Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-208/2023 17.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabının qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə İddiaçı əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabının qanunsuz hesab edilməsi, güzəştli şərtlərlə İddiaçı əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-5490/2022 saylı 23 fevral 2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 31 avqust 1963-cü il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində Sumqayıt şəhər 49 saylı Texniki peşə məktəbində “Əl ilə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı qaynaq işləri üzrə nəzarətçi ixtisası üzrə təhsil almışdır. X2 xx.xx.1981-ci il tarixindən xx.xx.1983-ci il tarixinə qədər hərbi xidmətdə olmuşdur. X2, xx.xx.1984-cü il tarixindən xx.xx.1988-ci ii tarixinədək “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə əvvəl 4-cü dərəcəli sonra 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində; xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Azərenerjitikinti” trestinin “Yeni Bakı” İEM TQİ-də zərərli sahələrdə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək TQİ-də zərərli sahələrdə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində, xx.xx.1996-cı il tarixindən xx.xx.1998ci il tarixinə kimi "xxxx" DŞ-nin “Santexquraşdırma” İdarəsində zərərli sahədə 6-cı dərəcəli əl ilə qaynaq aparan- elektrik qaynaqçısı peşəsində, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinə kimi "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində zərərli sahədə 6-cı dərəcəli əl ilə qaynaq aparan-elektrik qaynaqçısı peşəsində, xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixinə kimi “Azfen” BM-nin AZF- 067 layihəsində qaynaqçı vəzifəsində, xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi AZF-073 layihəsində qaynaqçı vəzifəsində, xx.xx.2010-xx.xx.2010- cu il tarixinə kimi AZF-081 layihəsində qaynaqçı köməkçisi vəzifəsində, xx.xx.2010-cu il tarixindən xx.xx.2013-cü il tarixinə kimi AZF-081 layihəsində qaynaqçı vəzifəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinə kimi AZF-086 layihəsində qaynaqçı köməkçisi vəzifəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinə kimi AZF-086 layihəsində qaynaqçısı 6G vəzifəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinə kimi AZF-086 layihəsində qaynaqçı 6G/6GR vəzifəsində, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinə kimi AZF-086 layihəsində qaynaq ustası vəzifəsində, xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinə kimi AZF-087 layihəsində qaynaqçı vəzifəsində, xx.xx.2019-xx.xx.2019-cu il tarixinə kimi AZF-100 layihəsində qaynaqçı köməkçisi vəzifəsində, xx.xx.2019-cu il tarixindən bu günədək AZF-100 layihəsində qaynaq ustası vəzifəsində işləyir. İddiaçı "xxxx" ASC-də zərərli sahələrdə işlədiyi dövr üzrə 12 il 1 ay stajı, “Azfen” BM-də zərərli sahələrdə işlədiyi dövr üzrə 12 il 2 aydan artıq stajı vardır. İddiaçı bu ilin fevral ayında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək güzəştli iş stajı nəzərə alınaraq iddiaçıya pensiya təyin edilməsini xahiş etmişdir. Həmin idarə tərəfindən ona ünvanlanan və aprel ayında poçt vasitəsilə qəbul etdiyi cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmiş, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 01 yanvar 2006- cı il tarixinədək güzəştli iş stajının guya 12 il 6 aydan az təşkil etdiyi qeyd olunmuşdir. İddiaçı əmək fəaliyyəti ona işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarın Vİİİ bölməsinin 23200000-19906 şrifti ilə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) pensiya almaq hüququ verir. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 2 №-li Qərarının 8.3.4-cü bəndinə əsasən və hal-hazırda 31 avqust 2020-ci il tarixində 57 yaşı tamam olduğundan güzəştli şərtlərlə hüququ yaranır. Tutduğu vəzifə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ versə də, bu hüququnu həyata keçirməmişdir. Cavabdeh orqana təqdim etdiyi sənədlərdən (əmək kitabçasından, arxiv arayışlarından və s.) də göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Qeyd edilən normanın məzmunundan göründüyü kimi ilkin tələb ödənilmir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə (60 yaş) yaranır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) 01.01,2006-ci İİ tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək haqqı cədvəllərinə əsasən, xx.xx.1987-01.04,2003- cü il tarixlərdə "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrlər üzrə 98 ay (8 il 2 ay) əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bu səbəbdən əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (18 il 6 ay 5 gün) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan ikinci şərt ödənilmir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olmalı, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Əlavə olaraq ikinci və üçüncü şərtlərə münasibətdə aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edirlər: Belə ki, Filial tərəfindən keçirilmiş qarşılıqlı yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əməkhaqqı hesablandığı məlum olmuşdur. Həmçinin İddiaçı 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) haqqı ödənilməyən (ödənişsiz) məzuniyyətdə olduğu müəyyən olunmuşdur (əlavə edilir). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 4.1,1ci bəndinə əsasən, 2006-cı il yanvarın 01-dək olan dövr üzrə ‘‘Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasındaişləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş aktdan məlum olur ki, İddiaçı həmin dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əməkhaqqı hesablanmışdır. Bu səbəbdən əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin müvafiq aktda İddiaçı 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə əsasən, ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır (Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1 (102)- 1527/2021 nömrəli qərarı (42-ci bənd}; xx.xx.2022-ci il tarixli 2-1 (102)-1100/2022 nömrəli {28-ci bənd}). Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (12 il 27 gün) təşkil edir. Üçüncü şərtə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı əmək şəraiti zərərli və ağır işlərdə işlədiyi dövr 12 il 06 aydan az (06 il 01 ay 25 gün) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı, ona güzəştli şərtlərlə əmək pensiyasının hesablanması və verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş aktdan məlum olur ki, İddiaçı həmin dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əməkhaqqı hesablanmışdır. Bu səbəbdən əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin müvafiq aktda İddiaçı 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir: a) iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr; b) qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü; c) əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; ç) təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr. Bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına (ödənişsiz) məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək İddiaçı ümumi iş stajı 25 ildən az (12 il 27 gün) təşkil edir. Üçüncü şərtə münasibətdə qeyd etməyi zəruri hesab edirlər ki, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı əmək şəraiti zərərli və ağır işlərdə işlədiyi dövr 12 il 06 aydan az (06 il 01 ay 25 gün) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərenerjitikintiquraşdırma Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 38 saylı arxiv arayışında qeyd edilir ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı əmək kitabçasına, "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1984-cü il tarixdən (Əmr № 1/k xx.xx.1984 cü il) xx.xx.1987-ci il tarixinə kimi (Əmr №139 xx.xx.1987-ci il) “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli-əl ilə qaynaq aparan elektrik qaynaqçısı-peşəsində işləmişdir. xx.xx.1987-ci il tarixindən (Əmr №139 xx.xx.1987-ci il) “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək, “Azərenerjitikinti" trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. Həmin idarədə zərərli sahədə-əl ilə qaynaq aparan 5-ci dərəcəli elektirik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1988-ci il tarixindən (Əmr № 31 xx.xx.1988-ci il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən, “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsindən, köçürmə yolu ilə, “ Azərenerjitikinti” trestinin “Yeni Bakı “ İEM TQİ-ə keçirilmişdir. xx.xx.1988-ci il tarixindən (Əmr № 20/ok xx.xx.1988-ci il) xx.xx.1992-ci il tarixinə kimi (Əmr № 13/k xx.xx.1992-ci il) “ Azərenerjitikinti” trestinin “Yeni Bakı “İEM TQl-də zərərli sahələrdə 5- ci dərəcəli -əl ilə qaynaq aparan elektrik qaynaqçısı- peşəsində işləmişdir. xx.xx.1992-ci il tarixdən (Əmr № 13/k xx.xx.1992-ci il) “Azərenerjitikinti” İTQB-nin xx.xx.1992-ci il 200 saylı əmrinə əsasən “Yeni Bakı “İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti“ T1 yaradılıb və onun nəzdində Sumqayıt TQİ -si əmələ gəlib, bunu əsas götürərək köçürmə yolu ilə (Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən) Sumqayıt TQİ -ə keçirilmişdir. xx.xx.1996-cı il tarixdən ( Əmr № 1 5/k xx.xx.1996- cı il) xx.xx.1998-ci il tarixinə kimi ( Əmr №44/k xx.xx.1998- ci il) “Azərenerjitikintiqııraşdırma" DŞ-nin ’’Santexquraşdırma ” İdarəsində zərərli sahədə 6-cı dərəcəli- əl ilə qaynaq aparan-elektirik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1998-ci il tarixdən Əmr № 44/k ilə (öz xahişi ilə) Azərbaycan Respublikası ƏQM-nin 37-cı maddəsinə əsasən işdən azad olunmuşdur. xx.xx.1999-cü il tarixdən (Əmr № 18 xx.xx.1999- cu il) xx.xx.2002-ci il tarixinə kimi (Əmr № 21/k xx.xx.2002- ci il) "xxxx" ASC-nin ’’Santexquraşdırma ” İdarəsində zərərli sahələrdə 6-cı dərəcəli-əl ilə qaynaq aparan-elektirik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2002-ci il tarixdən (Əmr № 21/k xx.xx.2002- ci il )Azərbaycan Respublikası ƏM-nin 75-ci maddəsinin aj bəndinə uyğun (tərəflərin qarşılıqlı razılığı ilə) "xxxx" ASC-nin ’’Santexquraşdırma” idarəsindən 6-cı dərəcəli-əl ilə qaynaq aparan-elektirik qaynaqçısı peşəsindən işdən azad olunmuşdur. İddiaçı zərərli sahələrdə işlədiyi dövr üzrə faktiki əmək haqqı 12 il 1 ay olmuşdur. Onun zərərli sahələrdə işlədiyi dövr üzrə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarın 35.Ümumi peşələr bölməsinin-əl ilə qaynaq aparan elektirik qaynaqçıları- bəndinə uyğun olaraq imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya və indeksasiya nəzərə alınmamışdır.Əmək haqqı cədvəllərindən yazılmışdır. SSRİ Energetka Nazirliyinin xx.xx.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (ПСМО) adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən“Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) (ПСМО ) və “Enerjiquraşdırma” -nın bazası əsasında"xxxx" Dövlət Şirkəti (DŞ)(TK) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC ) (АО) yaradılmışdır. "xxxx"ASC- i -“Azərenerjitikinti” tresti “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin,“Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsinin, “ Azərenerjitikinti” trestinin “Yeni Bakı “İEM TQİ-nin, “Azistilikenerjitikinti“ Tİ "xxxx" DŞ “ Santexquraşdırma“ İdarəsinin hüquqi varisidir. X3 AZF-2021/46/K saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı , Azfen BM-in layihələrində qaynaqçı peşələrində işləyir. X6 Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir:
1. xx.xx.2003- X3 AZF-067 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 4 il 6 ay 26 xx.xx.2007 gün (dörd il, altı ay, iyirmi altı gün) çalışmışdır.
2. xx.xx.2008- X3 AZF-073 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 ay 1 gün xx.xx.2008 (üç ay,bir gün) çalışmışdır.
3. xx.xx.2010- X3 AZF-081 layihəsində qaynaqçı köməkçisi peşəsində 9 gün (doqquz gün) xx.xx.2010 çalışmışdır.
4. xx.xx.2010- X3 AZF-081 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 il 2 ay 5 xx.xx.2013 gün (üç il,iki ay, beş gün) çalışmışdır.
5. xx.xx.2014 X3 AZF-086 layihəsində qaynaqçı köməkçisi peşəsində 20 gün (iyirmi gün) xx.xx.2014 çalışmışdır.
6. xx.xx.2014- X3 AZF-086 layihəsində qaynaqçısı 6G (elektrik əl qaynaqçısı) peşəsində 3 ay 9 xx.xx.2015 gün (üç ay, doqquz gün) çalışmışdır.
7. xx.xx.2015- X3 AZF-086 layihəsində qaynaqçısı 6G/6GR (elektrik əl qaynaqçısı) peşəsində 5 xx.xx.2015 ay 19 gün (beş ay, on doqquz gün) çalışmışdır.
8. xx.xx.2015- X3 AZF-086 layihəsində qaynaq ustası vəzifəsində 1 il 1 ay 27 gün (bir il, bir ay, xx.xx.2016 iyirmi yeddi gün) çalışmışdır.
9. xx.xx.2016- X3 AZF-087 layihəsində qaynaqçı (elektrik əl qaynaqçısı) peşəsində 3 ay 8 gün xx.xx.2017 (üç ay, səkkiz gün) çalışmışdır.
10. xx.xx.2019- X3 AZF-100 layihəsində qaynaqçı köməkçisi peşəsində 21 gün (iyirmi bir gün) xx.xx.2019 çalışmışdır.
11. xx.xx.2019- X3 AZF-100 layihəsində qaynaq ustası vəzifəsində 1 il 9 ay 3 gün (bir il, doqquz hal-hazırda ay, üç gün) çalışır.
12. Cəmi 12 il 0 ay 24 gün (on iki il, iyirmi dörd gün).
Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarın 35-ci maddəsində, “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş qaz qaynaqçıları bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İş materiallarına əlavə edilmiş arayışlardan göründüyü kimi iddiaçının xx.xx.2017-cı il tarixədək iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı vardır. Arayışlarda qeyd edilmiş dövrlər iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində təhsil aldığı, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olduğu illər də nəzərə alındıqda 25 ildən artıq ümumi iş stajı yaranmış olur. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh qeyd edir ki, qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş aktdan məlum olur ki, İddiaçı həmin dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əməkhaqqı hesablanmışdır. Bu səbəbdən əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Cavabdehin bu dəlililinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin digər dəlili ondan ibarətdir ki, müvafiq aktda İddiaçı 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi 1 il 10 ay nəzərə alınmasa belə iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdeh orqana müraciəti xx.xx.2021-ci il tarixdə olmuşdur. Göründüyü kimi iddiaçı onun pensiya hüququnun yarandığı tarixdən üç il keçməmiş inzibati orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı dövrdən üç il müddət keçmədiyi üçün ona pensiyanın hesablanması və ödənilməsi tarixi 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixi olaraq nəzərə alınmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev