Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2089/2021 01.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X5 ilə X8 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.10.2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2286E saylı bağ sahəsinə gələn yolun açılması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X5 ilə X8 arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.10.2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2286E saylı bağ sahəsinə gələn yolun açılması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq iş materialları üzrə araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 228612 saylı bağ sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bunu 16.07.2014-cü il tarixli, RX Seriyalı ******* saylı çıxarışı təsdiq edir. Bağ torpaq sahəsinin ölçüsü 0,026 hadır. Həmin bağ torpaq sahəsim AN-İ seriyalı ******* saylı, 11.07.2014-cü il tarixli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”nə əsasən X2 almışdır. Torpaq sahəsini aldıqdan sonra maddi imkansızlıq səbəbindən bir müddət orada inşaat işləri apara bilməmiş, 2019-cu ilin fevral ayının sonlarında torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmək istəyərkən ona məlum olmuşdur ki, yol kimi istifadəsində olan torpaq sahəsi həmin bağ sahəsinin keçmiş mülkiyyətçisi olan X5 tərəfindən hələ ona satılmamışdan bir neçə ay qabaq X1 (01.10.2013-cü il tarixli, RX Seriyalı ******* saylı çıxarış). Nəticədə mülkiyyətçisi olduğu torpaq sahəsi yolsuz qalmış, ictimai yola çıxışımbağlanmışdır. Qeyd edilən səbəblərdən torpaq sahəsində inşaat işləri apara bilmir. Torpağın keçmiş mülkiyyətçisi olan X3 bu barədə etirazını bildirmiş və ondan tələb etmiş ki, 228612 saylı bağ torpaq sahəsinə gələn giriş-çıxış yolunu açsın. Lakin o, etirazına məhəl qoymamış yolu boşaltmamışdır. X6 torpaq sahəsini ona satarkən bildirmişdir ki, torpaq sahəsinə bitişik yol da bağ sahəsinə aiddir lal-hazırda onun bağ torpağına gedən yol demək olar ki bağlanmış, ensiz bir yol qalmışdır. Bu yoldan isə avtomaşın keçə bilmir, yalnız gediş-gəl iş mümkündür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı İddiaçı iddia tələbinə mahiyyəti üzrə baxıb və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti X5 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.10.2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2286E saylı bağ sahəsinə gələn yolun açılması”ndan ibarətdir. Nəzərə alınmalıdır ki, əqdlərin və ondan sonra yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəslində (337- 354-cü maddələri) göstərilib və həmin tələblərin əsasında tərəflər arasında yaranmış mübahisələrə ümumi məhkəmələr tərəfindən mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Göründüyü klimi X4 Sumqayıt şəhəri,Corat Bağlar ərazisi,2286E saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün əsas X5 ilə X8 aralarında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Ona görədə məhkəmə hesab edir ki, İddiaçı X5 ilə X8 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.10.2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2286E saylı bağ sahəsinə gələn yolun açılması tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Alqı-satqı müqaviləsindən irəli gələn hüquqlarının müdafiəsinə dair ərizəsi ilə cavabdeh təşkilatın olduğu yerin ümumi (şəhər, rayon) məhkəməsinə müraciət hüququnun olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “X5 ilə X8 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X4 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.10.2013-cü il tarixli çıxarışın ləğv edilməsi və Sumqayıt şəhəri, Corat Bağlar ərazisi, 2286E saylı bağ sahəsinə gələn yolun açılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2089/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2089/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver