Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-209/2022 06.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı X1 adına **********96 reyestr nömrə ilə X3 adına **********98 nömrə ilə, X2 adına qeydə alınmış **********00 reyestr nömrə ilə və X5 adına **********01 reyestr nömrə ilə qeydə alınmış çıxarışların ləğv edilməsi Azərbaycan SSR Nazirlər Sovetinin 09.01.1991-ci il tarixli 9 nömrəli və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21.0.1991-ci il 126 nömrəli qərarına əsasən iddiaçının istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 oölunun adına daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyanını və RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin 9 yanvar 1991-ci il tarixli 9 N-li və Abşeron rayon XDS İK-nin 21 iyun 1991-ci il tarixli 126 N-li qərarına əsasın iddiaçının istifadəsinə verilmiş 0.10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydı alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 adına **********96 reyestr nömrə ilə X3 adına **********98 nömrə ilə, X2 adına qeydə alınmış **********00 reyestr nömrə ilə və X5 adına **********01 reyestr nömrə ilə qeydə alınmış çıxarışların ləğv edilməsi Azərbaycan SSR Nazirlər Sovetinin 09.01.1991-ci il tarixli 9 nömrəli və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21.0.1991-ci il 126 nömrəli qərarına əsasən iddiaçının istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı X1 adına **********96 reyestr nömrə ilə X3 adına **********98 nömrə ilə, X2 adına qeydə alınmış **********00 reyestr nömrə ilə və X5 adına **********01 reyestr nömrə ilə qeydə alınmış çıxarışların ləğv edilməsi Azərbaycan SSR Nazirlər Sovetinin 09.01.1991-ci il tarixli 9 nömrəli və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 21.0.1991-ci il 126 nömrəli qərarına əsasən iddiaçının istifadəsinə verilmiş 0,10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-209/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-209/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver