Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2092/2022 27.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X9 Mərkəzi publik hüquqi şəxsə qarşı “30 mart 2022-ci ildə vəfat etmiş X3 ölüm haqqında 106 nömrəli tibbi şəhadətnaməninn” verilməsi tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı mərhum X1 rayonu,Xırdalan şəhəri,ev 4 ünvanında yaşamışdır.X6 xx.xx.2022-ci ildə saat 16:20 17 satlı X12 Stansiyası Briqadasının müşayəti ilə X11 ümumi reanimasiya və intensiv terapiyə şöbəsinə qabul edilmişdir. Diaqnoz olaraq digər və dəqiqləşdirilməmiş qara ciyər sisirrozu.Qara ciyər hüceyrə çatışmamazlığı.Xroniki virus hepatit C.Ürək damar çatışmamazlığı. Lakin aparılan müalicəyə baxmayaraq xx.xx.2022-ci ildə Bəhlul Vahabov vəfat etmişdir. Mərhumun Rusiya Federasiyasının vətəndaşı olmuuş və oan şəxsiyyətinin təstiq edən sənədin qüvvədə olma müddəti 2017-ci ildə bitmişdir. Hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi arqument əsassızdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, doğum haqqınikah haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X2 Federasiyasının vətəndaşı olmaqla yanaşı Xırdalan şəhəri ev 4 ünvanında yaşayırdı.Onun şəxsiyyətini müəyyən edən və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti 2012-ci ildə, Rusiya Federasiyasının ümumivətəndaşlıq pasportunun müddəti 2017-ci ildə bitmişdir. İş materiallarına əlavə edilmiş xəstəlik sənədlərindən müəyyən olunur ki, mərhum qara ciyər sisirrozu, qara ciyər hüceyrə çatışmamazlığı, xroniki virus hepatit C, ürək damar çatışmamazlığı kimi xəstəliklərdən əziyyət çəkirdi və məhz bu xəstəliklərin nəticəsi olaraq yerləşdirilmiş xəstəxanada 30 mart 2022-ci ildə vəfat etmişdir. Lakin ona tibbi şahadətnamə vermək əvəzinə cavabdeh təşkilat mərhumun adına olan pasportun qüvvədə olma müddətinin bitməsini əsas gətirərək tibbi şahadətnamənin verməsindən imtina etmişdir.Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikaı Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X4 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə əsasəsn ölüm baş vermə səbəbi cavabdeh təşkilatın verdiyi 2213 saylı 06 may 2022-ci il tarixli məktubu ilə öz təstiqni tapmışdır. Lakin buna baxmayaraq cavabdeh təşkilat heç bir əsası olmayan dəlili rəhbər tutaraq mərhumun adına tibbi şahadətnamənin verilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin ölümü ilə barəsində verilmiş şəxsiyyətini təstiq edən sənədin hüquqi qüvvəsi itirilmiş olur. Ona görədə şəxsin şəxsiyyətini təsdiq edən sənədin qüvvədə olma müddətinin bitməsi bir o qədər də əhəmiyyətli olmur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, 30 mart 2022-ci ildə vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X9 Mərkəzi publik hüquqi şəxsin üzərinə üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 30 mart 2022-ci ildə vəfat etmiş X3 ölüm haqqında tibbi şəhadətnaməninn verilməsi öhdəliyi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X9 Mərkəzi publik hüquqi şəxsin qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2092/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2092/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver