Məhkəmə qərarları › İş №2-1(118)-2093/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2093/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2093/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “X9 ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngə, 44 nömrəli evə olan pasport qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə-l-də yerləşən 44 saylı evə dair DƏDRX tərəfindən verilmiş çıxarış onun adınadır. X5 ilə cavabdeh X15 arasında 01.02.2005-ci il tarixdə Saatlı VVADQ şöbəsi tərəfindən 05 saylı rəsmi nikah qeydə alınmışdır. Onların birgə nikahlarından üç övladları- 27.12.2004-cü il təvəllüdlü X17, 01.04.2006-cı il təvəllüdlü X21 və 07.10.2007-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Oğlum İlham ilə cavabdeh X15 arasında olan ər- arvad münasibətləri tamamilə pozulmuşdur. Nikahları formal xarakter daşıdığı, ailə münasibətləri dözülməz həddə çatdığı üçün oğlu nikahın pozulması, uşaqların atanın himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-798/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X29 kağa oğlu ilə cavabdeh X18 ilə onun arasında Saatlı VVADQ Şöbəsində bağlanan 01 fevral 2005-ci il tarixli, 05 saylı nikahın pozulması, Nikah pozulduqdan sonra 01 aprel 2006-cı il təvəllüdlü X21 atası X7, 27 dekabr 2004-cü il təvəllüdlü X17 və 07 oktyabr 2007-ci il təvəllüdlü X8 isə anaları X10 yanında qalmaları, 30 aprel 2021-ci il tarixdən hesablanmaqla 27 dekabr 2004-cü il təvəllüdlü X17 və 07 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün X12ndan hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X10 xeyrinə ödənilməi qət edilmişdir. X5 ilə X18 arasında olan rəsmi nikah məhkəmə qaydasında ləğv edildikdən sonra iddiaçı qərara gəlmiş ki, X13 onun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, 6-cı küçə, döngə-l-də yerləşən 44 saylı evə olan istifadə hüququna xitam verilməklə evdən çıxarılsın. Belə ki, o X18na qarşı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - X18 və onun azyaşlı övladları 27.12.2004-cü il təvəllüdlü X17 və 07.10.2007-ci il təvəllüdlü X8nı ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci döngədə yerləşən 44.6 kv.m sahəsi olan 44 saylı evdən istifadə hüququna xitam verilməsinə və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2887/2021 saylı, 31.05.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, X2 Asmaya Abdulhəşim qızının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6cı küçə, 1-ci döngə, 0.0064 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 44,6 kv.m olan 44 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Bundan əlavə Abşeron rayon Məhkəməsinin 2(012)-2887/2021 saylı, 31.05.2021-ci il tarixli Qərardadına əsasən iddiaçı X6 cavabdeh X18na qarşı evdən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddia tələbinin "cavabdeh X10 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngə, 0.0064 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 44,6 kv.m olan 44 saylı evdən istifadə hüququna xitam verilməsi" hissəsi üzrə iş ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Artıq illərdir ki, cavabdeh ona məxsus fərdi yaşayış evində qeydiyyatdadır, Hazırkı vəziyyətdə cavabdehin ona məxsus evdə qeydiyyatda olması səbəbindən iddiaçı mülkiyyətində olan evdən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı ilk əvvəl həmin şəxsin qeydiyyatdan çıxması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxs X19 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbi ilə razılaşmadığının, həmin əmlaka uşaqları ilə bərabər paya sahib olduqlarına görə qeydiyyatdan çıxarıla bilməz. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********22-10301 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-2887/2021 nömrəli, 31.05.2021-ci il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngə, 44 nömrəli evin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X19 iddiaçının keçmiş gəlinidir və o, qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2887/2021 nömrəli, 31.05.2021-ci il tarixli qətnaməsindən də müəyyən olunduğu kimi həmin şəxsin mübahisəli yaşayış sahəsinə istifadə hüququ olmadığından onun mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Belə olduğu tədqirdə İradə Xankişiyevanın mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, İradə Xankişiyevanın mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxsin sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qohumu olan İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X9 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X9 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 6-cı küçə, 1-ci döngə, 44 nömrəli evdən qeydiyyatdan çıxarılması vəzifəsi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar