Məhkəmə qərarları › İş №2-1(118)-2098/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2098/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2098/2022 23.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ "xxxx" QSC-nin Bakı hissəsinin kanalizasiya təsərrüfatında işlədiyi “çirkab sularının aparatçısı”, “kimyəvi təmizləmə üzrə aparatçı” və “maşınist” peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir” məzmununda arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq “ "xxxx" QSC-nin Bakı hissəsinin kanalizasiya təsərrüfatında işlədiyi “çirkab sularının aparatçısı”, “kimyəvi təmizləmə üzrə aparatçı” və “maşınist” peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir” məzmununda arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixində cavabdeh "xxxx" QSC-yə Bakı hissəsinin kanalizasiya təsərrüfatının "çirkab sularının aparatçısı” vəzifəsinə işə qəbul olmuş və xx.xx.2017-ci il tarixinədək "çirkab sularınınn aparatçısı", “kimyəvi təmizləmə üzrə aparatçı”, "maşinist" v.s. vəzifələrində çalışmışdır. Ümumilikdə fasiləsiz 32 illik əmək stajı vardır, onun 20 ildən çoxu zərərli və ağır əmək şəraitli peşələrdə olmuşdur (əmək kitabçamın notariat qaydadad təsdiq edilmiş surəti əlavə olunur). İşlədiyi vəzifələrin əmək şəraiti ağır və zərərli olduğu üçün hazırda səhhətində mənfi nəticələrə səbəb olmuşdur. Hazırda 57 yaşı var və "Əmək pensiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası almaq istəyir. "Əmək pensiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının 32 il əmək stajı vardır, onlardan 18 zərərli və ağır şəraitli işlərdə çalışmışdır. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. Bu səbəbdən də, müvafiq arayışın alınması üçün cavabdeh "Azərbaycan Dəmir Yolları” QSCyə müraciət etmişdir. Cavabdehin 146007 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki onun "xxxx" QSC-də işlədiyim "Bakı hissəsinin kanalizasiya təsərrüfatında çirkab sularının aparatçısı”, “kimyəvi təmizləmə üzrə aparatçı” və “maşinist” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'na daxil deyildir (məktubun əsli əlavə olunur). Aşağıdakılara görə, cavabdeh "xxxx" QSC-nin həmin arayışını əsassız və qanunsuz sayıram, hesab edirki, işlədiyi peşələr zərərli və ağır şəraitli olması səbəbindən bunu təsdiq edən yeri arayışın verilməsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, işlədiyi "çirkab sularının aparatçısı" və “kimyəvi təmizləmə üzrə aparatçı” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışlar. "Çirkab suların aparatçısı" peşəsi həmin Siyahının 4.2-ci (çirkab təmizləyən aparatçılar), 7.20-ci (çirkab suların emalı ilə məşğul olan fəhlələr), 7.38-ci (çirkab suları təmizləyən aparatçılar), 10.5.1 -ci (istehsalat kanalizasiyasının xidməti və təmiri), 10.5.2-ci (sənaye çirkab sularının təmizlənməsi), 16-cı (istehsalat kanalizasiyasının təmiri, profilaktikası və xidməti ilə tam iş günü məşğul olan fəhlələr), 18.8-ci (çirkab sularının təmizlənməsi və neytrallaşdırılması ilə məşğul olan fəhlələr), 26.7-ci (kanalizasiyanın təmizlənməsi ilə məşğul olan təmizləyicilər), 29-cu (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) və 35-ci (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları) bəndlərində qeyd edilmişdir “Kimyəvi təmizləmə üzrə aparatçı” peşəsi isə həmin Siyahının 4.2-ci (kimyəvi məhsulun tökücüləri), 8.4-cü (kimyəvi reaktivlər ilə məşğul olan fəhlələr və ustalar), 10.2ci (quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar), 12-ci (kimyəvi materialların hazırlanması ilə məşğul olan kimyəvi yarımfabrikat hazırlayıcıları), 13-cü (kimyəvi yarımfabrikatların hazırlayıcıları), 21.4-cü bəndin a) hissəsi (kimyəvi məhlulları hazırlayan aparatçılar) və 35-ci (kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) bəndlərində göstərilmişdir. Beləliklə, qanunvericiliyin tələblərindən də göründüyü kimi, işlədiyi peşələr zərərli və ağır əmək şəraitli olsa da, cavabdeh bunu nəzərə almamış, əsassız və qanunsuz 146007 saylı xx.xx.2022-ci il tarixli məktubla işlədiyi peşələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'na düşmədiyini bildirmişdir. Bu səbəbdən də, hesab edir ki, cavabdeh "xxxx" QSC-nin həmin arayışı qanunsuz sayılmalı və “Azərbaycan Dəmir Yolları" QSC-nin üzərinə işlədiyi peşələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olmasını əks etdirən yeni arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “Əmək pensiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasaən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, 09 iyun 2022-ci il tarixdə daxil olmuş teleqrama əsasın iddiaçı məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı cavabdeh qismində "xxxx" QSC-ni qoymuşdur ki, qanunvericilikdə inzibati orqan olmayan tərəflər arasındakı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması da nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Hal-hazırkı iş üzrə cavabdeh "xxxx" QSC inzibati orqan olmamaqla yanaşı, mübahisə əmək münasibətləri ilə əlaqəlidir. İnzibati məhkəmə icraatı qaydasında isə bu cür iddialara baxılması nəzərdə tutulmammışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, işlədiyi müəssisə ilə əmək münasibətlərdən irəli gələn mübahisələrin həlli ilə bağlı müvafiq ümumi məhkəmə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prosoekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar