Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2099/2023 13.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətində olan Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən 5.0 ha torpaq sahəsində qanunsuz olaraq zəbt etmiş və cavabdeh tərəfindən izasəzis salınmış meşə zolağının ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və əldən çıxmış fayda kimi 800.000 manat kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən 5.0 ha torpaq sahəsində qanunsuz olaraq zəbt etmiş və cavabdeh tərəfindən izasəzis salınmış meşə zolağının ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və əldən çıxmış fayda kimi 800.000 manat kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon İcra Hakimiyyəti tərəfindən 5.0 ha torpaq sahəsi 99 il müddətinə iddaçının istifadəsinə verilmişdir. Torpaq sahəsi Xızı rayon Giləzi kəndi ərazisində yerləşir, iddiaç tərəfindən özəlləşdirilmişdir. 2012-ci ildə həmin torpaq sahəsi Ekologiya və X2 Yaşıllaşdırma İdarəsi tərəfindən qanunsuz olaraq zəbt edilmiş və ağaclar əkilərək meşə zolağı salınmşdır və faktiki olaraq iddiaçının mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 oölu iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh ASC inzibati orqan olmadığından hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti iddiaçının mülkiyyətində olan 5 ha torpaq sahəsinin boşaldılması, meşə zolağının ləğv edilməsi və vurulmuş ziyana və əldən çıxmış faydaya görə kompensasiyanın ödənilməsi barədədir. Mübahisənin xarakterindən göründüyü kimi iddiaçının tələbinin ilki iki bındi ümumiyyətlə mülki münasibətlərdən yaranmışdır və müvafiq mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərinə aid deyildir. Kompensasiyanın tutulması ilə bağlı tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması o halda mümkündür ki, cavabdeh inzibati orqan olsun və ya inzibati orqan funksiyalarına malik olsun. İddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzuibati orqan kimi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması halı mövcud deyil və eyni zaçanda cavabdeh orqan inzibati orqan olmamaqla bərabər ona torpaqların dövlət ehtiyacları üçün geri alınması səlahiyyəti verilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəmə icraatında baxıla bilməz. Beləliklə, cavabdeh inzibati orqan olsa da, hazırki mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bununıla bağlı məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətində olan Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən 5.0 ha torpaq sahəsində qanunsuz olaraq zəbt etmiş və cavabdeh tərəfindən izasəzis salınmış meşə zolağının ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və əldən çıxmış fayda kimi 800.000 manat kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülkiyyətində olan Xızı rayonu Giləzi kəndi ərazisində yerləşən 5.0 ha torpaq sahəsində qanunsuz olaraq zəbt etmiş və cavabdeh tərəfindən izasəzis salınmış meşə zolağının ləğv edilməsi, torpaq sahəsinin boşaldılması və əldən çıxmış fayda kimi 800.000 manat kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2099/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2099/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver