Məhkəmə qərarları › İş №2-1(118)-21/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-21/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-21/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (İddiaçı ASC-də X4 departamentinin Məhkəmələrlə iş şöbəsində baş hüquq məsləhəçisi işləyən, Bakı şəhəri, M.Xiyabani küçəsi 10 C, mənzil 32-də yaşayan) iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Şamaxı rayonu Avaxıl kəndində yerləşən X1 mülkiyyətində olmuş və 05 iyun 2015-ci il tarixdə keçirilmiş açıq hərracda İddiaçı ASC tərəfindən alınmış 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin fəaliyyəti ilə ələqədar Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli,1/99 M saylı məxfi qrifli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı ləğv prosesində olan Atabank” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək qarşı Şamaxı rayonu Avaxıl kəndində yerləşən X1 mülkiyyətində olmuş və 05 iyun 2015-ci il tarixdə keçirilmiş açıq hərracda İddiaçı ASC tərəfindən alınmış 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin fəaliyyəti ilə ələqədar Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli,1/99 M saylı məxfi qrifli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş ərazi adiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 27 sentyabr 2011-ci il tarixli 2(074)-435/2011 saylı qətnaməsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək həmin iş üzrə cavabdehdən 250 000 manat əsas və 81.838 manat faiz borcunun, ümumilikdə 281.838 manat kredit borcunun, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun alınıb iddiaçı “AtaBank’' Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi üçün, ödəmənin cavabdehlə bank arasında bağlanmış 20 may 2009-cu il tarixli, GYF-2205 nömrəli kredit müqaviləsinin təminatı qismində cavabdehə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 aprel 2009-cu il tarixli, MN seriyalı ******* nömrəli, **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və ipoteka qoyulmuş daşınmaz əmlak, yəni X1 mülkiyyətində olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2,0 ha torpaq sahəsi Şamaxı rayon İcra Qrupunun sifarişinə əsasən “Əmlak İxisaslaşdırılmış Hərrac Mərkəzi» tərəfindən keçirilən açıq hərracda satışa çıxarılmışdır. 05 iyun 2015-ci il tarixdə keçirilmiş açıq hərracda İddiaçı Açıq Səhmdar Cəmiyyəti X1 mülkiyyətində olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2,0 ha torpaq sahəsini almışdır. Hərracın nəticələri haqqında həmin tarixdə hərracın təşkilatçısı, sifarişçi və alıcı "AtaBank” ASC-nin nümayəndəsinin iştirakı ilə Y-162 saylı protokol tərtib olunaraq imzalanmış, hərracın təşkilatçısı ilə alıcı arasında əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçının nümayəndəsi 13 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh imtina etmiş və imtinasını həmin əmlak üzərinə Beynəlxalq Bankın fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla bağlı müvəqqəti nəzarət qoyulması ilə əsaslandırmışdır. İddiaçı 28 dekabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı Şamaxı rayonunun Avaxıl kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 25 oktyabr 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, həmin qərardan İddiaçı ASCnin verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyalarının qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyaları iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldikləri nəticəni inzibati orqan tərəfindən hüququn qeydiyyatından imtina edilməsinin onun öz fəaliyyəti ilə bağlı deyil, digər bir inzibati orqan tərəfindən cinayət işi üzrə torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyət ilə bağlı olması ilə əsaslandırmışlar. Bu səbəbdən də iddiaçı 13 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edərək sözügedən torpaq sahəsinin üzərinə "xxxx" ASC-nin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli, 99M saylı məxfi qrifli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Müraciət 14 iyun 2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən imza olunmaqla qəbul edilsə də, müraciətə cavab verilməmişdir. İddiaçı yuxarıda qeyd edilən daşınmaz əmlakı məhkəmə qətnaməsinin icrası nəticəsində keçirilən hərracda almış və iddiaçının gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -Şamaxı rayon Məhkəməsinin 27 sentyabr 2011-ci il tarixli 2(074)-435/2011 sayl qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdeh X2 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək həmin iş üzrə cavabdehdən 250 000 manat əsas və 81.838 manat faiz borcunun, ümumilikdə 281.838 manat kredit borcunun, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun alınıb iddiaçı “AtaBank’' Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi üçün, ödəmənin cavabdehlə bank arasında bağlanmış 20 may 2009-cu il tarixli, GYF-2205 nömrəli kredit müqaviləsinin təminatı qismində cavabdehə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 14 aprel 2009-cu il tarixli, MN seriyalı ******* nömrəli, **********99 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışına əsasən xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsi açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi qət edilmişdir. -Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, X1 mülkiyyətində olan Şamaxı rayonu Avaxıl kəndində yerləışən 2.0 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən keçirilən hərrac nəticəsində ipoteksaxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2169/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, İddiaçı ASC-nin cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsiə qarşı Şamaxı rayonunun Avaxıl kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərar ilə təmin edilməmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə, apellyasiya instansiya məhkəməsinin qərarı isə kassasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. -Bakı Apellyasiya Məhkəməsi inzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli qərarından görünür ki, ərizəçi Azərbaycan Respublikasıl Mərkəzi Bankının İddiaçı ASC-nin müflis elan edilməsi və Əmanətlərin Sığortalanması Fondunun banka ləğvedici təyin edilməsinə dair ərizəsi təmin edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-nin 14 saylı Şamaxl Ərazi İdarəsi xx.xx.2022-ci il tarxili **********69 saylı məktubunda bildirmişdir ki, X1 mülkiyyətində olmuş Şamaxı rayonu Avaxıl kəndində yerləşən 2.0 ha torpaq sahəsi üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99M saylı məxfi qrifli məktubuna əsasən həmin torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 11 mart 2016-cı il tarixli 001-13360-1216 saylı məktubu ilə qeyd edilən 06 may 2015-ci il tarixli 1/99M saylı məxfi qrifli məktubun məxfilik qrifi ləğv edilməsinə baxmayaraq X2 məxsus olan əmlakların üzərindən nəzarət götürülməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bi hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən Qanunda və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnaməsində daşınmaz əmlakın dövlət reyestrini aparan orqana hər hansı daşınmaz əmlak üzərinə nəzarət və ya müvəqqəti nəzarət səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi iddiaçının müraciətini təmin etməkdə imtina edərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin 1/99M saylı 06 may 2015-ci il tarixli məxfi qrifli məktubu əsas götürmüş və həmin məktub əsasında əmlak üzərində nəzarətin olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən Azərbacyan Respublikası Daxili İşlər Nazilriyinə dəfələrlə müraciət olunaraq həmin məxfi qrifli məktubun surətinin təqdim edilməsi və qüvvədə olub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin sorğularına cavab verilməmişdir. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, 06 may 2015-ci il tarixli 1/99M saylı məktubun məxfilik qrifinin ləğv edilməsinə baxmayaraq X2 məxsus olan əmlaklarıan üzərindən nəzarətin götürülmədiyi bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəsi gedən 2.0 ha torpaq sahəsi X2 məxsus olmuş, lakin məhkəmənun qanuni qüvvəyə minmiş qətnaməsin əsasən ipoteksaxlayan “Atabank ASC-nin iddiası qismən təmin edilərək tələb həmin torpaq sahəsinə yöəldilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrası mərhələsində keçirilən hərrac nəticəsində mübahisə obyekti olan torpaq sahəsi tələbkar bank tərəfindən əldə edilmişdir. Hazırda M.Zamanov həmin torpaq sahəsi üzərində hər hansı hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, əmlak üzərinə həbs yalnız məhkəmənin qərarına (qərardadına) əsasən, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda isə müstəntiqin qərarına əsasən, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təxirəsalınmaz hallarda icra məmuru tərəfindən qoyula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayonu Avaxıl kəndində yerləşən X1 mülkiyyətində olmuş və 05 iyun 2015-ci il tarixdə keçirilmiş açıq hərracda İddiaçı ASC tərəfindən alınmış 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərindən Azərbaycan Respublkası Daxili İşlər Nazirliyinin 06 may 2015-ci il tarixli 1/99 M saylı məxfi qrifli məktubuna əsasən qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazilryinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar