Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2103/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı soyadının sonluğunun “zadə”-dən “ov”-a dəyişdirilməsi, doğum haqqında akt qeydində soyadının “Fərhadov” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri,Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavbadeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, soyadının sonluğunun “zadə”-dən “ov”-a dəyişdirilməsi, doğum haqqında akt qeydində soyadının “Fərhadov” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1991-ci il tarixdə Quba rayonunda anadan olmuş, Cavabdeh tərəfindən ona doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamədə soyadı “Fərhadov” kimi qeyd olunmuşdur. Ata adı X2, ana adı isə X1 qeyd edilmişdir. Daha sonra isə onun müraciəti əsasında soyadı “Fərhadov”dan “Fərhadzadə”yə düzəliş edilmişdir. Ona məxsus olan Almaniyada verilmiş sürücülük vəsiqələrində soyadı “Fərhadov” kimi göstərilmişdir. O, yaxın gələcəkdə Almaniyaya gedəcəkdir. Orada onun soyadının sənədlərdə fərqli göstərilməsi ciddi problemlər yaradacaqdır. Bundan başqa ümumiyyətcə soyad sonluğumun “zadə” olmasını istəmir. Çünki valideynlərinin soyadı da “Fərhadov” olmuşdur. O, soyad sonluğunun dəyişdirilməsi barədə Cavabdehnə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Qanunvericlikdə şəxsin soyad sonluğunun dəyişdirilməsinə heç bir qadağa qoyulmamışdır. Qeyd olunanlara əsasən o, soyadının “Fərhadzadə"-dən “Fərhadov”-a dəyişdirilməsi, doğum haqında akt qeydində soyadının “Fərhadov" kimi qeyd edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq izah etdi ki, 2018-ci ildə anasının xəstəliyi ilə bağlı Almaniyaya getmiş, gələndən sonra deportasiya olunmasa da, soyadının sonluğunu “Fərhadzadə”yə dəyişdirmişdir. Həmin vaxtlar iddiaçı təhsil almaq niyyəti ilə yenidən Almaniyaya getmək niyyətində olduğunu bilən şəxslə onun yenidən getmək üçün soyadn sonluğunun dəyişməli olduğunu izah etmişlər. İddiaçı buna hər hansı zərurət olmadan soyadının sonluğunu dəyişdirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, İddiaçı “Fərhadzadə” soyad sonluğunun əvvəlki soyad sonluğu olan “Fərhadov”a dəyişiklik edilməsi barədə iddia ərizəsinə dair bildirir ki, İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsinə və Milli Məclisin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına uyğun olaraq soyad sonluğunu “Fərhadov”dan “Fərhadzadə”yə dəyişiklik etdirmişdir.Soyad sonluğuna növbəti dəfə dəyişiklik edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci İİ 12 may tarixli 79 saylı Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaların 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşma çatanadək, həm də yetkinlik yaşma çatdıqdan sonra yol verilir.Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş : -iddiaçıya aid şəxsiyyət vəsiqsəindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlüdür. -İş materiallarında olan alman sürücülük vəsiqəsi, nikah haqqında şəhadətnamədən və uşaqların doğum haqqında şəhadətnamələrində iddiaçının soyadı “Fərhadzadə” göstərilmişdir. - İş materiallarında olan Almaniyada verilmiş sürücülük vəsiqəsində, hərbi biletdə iddiaçının soyadı “Fərhadov” göstərilmişdir. - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. -Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı doğum haqqında akt qeydi məhkəməyə göndərilmişdir. -Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə vətəndaşlara 18 yaşına catdıqdan sonra oz adlarını, soyadlarını və ata adlarını dəyişməsi huququ verilsə də, adın, ata adının, habelə soyadın novbəti dəfə dəyişdirilməsi məhdudlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nomrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Qeyd olunan huquq normalarının mənasından gorunduyu kimi, soyadın sonluğunun novbəti dəfə dəyişdirilməsinə imperativ olaraq qadağa qoyumuşdur. Hazırki işdə iddiacının soyadının sonluğunun növbəti dəfə dəyişilməsinin mümkünlüyü üçün istisna bir halın mövcud olması müəyyən edilmədi. Məhkəmə iddiaçının artıq bir dəfə soyadının sonluğunu dəyişdirməsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də iddiaçı həmin öhdəliyin icrasını zəruri edən şərtləri, cavabdeh orqan isə - belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı soyadın sonluğunun dəyişdirilməsini zəruri edən şərtləri sübut edə bilmədiyi üçün iddia təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2103/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2103/2023
31.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver