Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2107/2021 23.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin direktoru X5, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı “Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli 2(105)-662/2014 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Şabran rayon və Probasiya şöbəsi tərəfindən qeyri-qanuni şəkildə X7 təhvil vermiş “Dəvəçi-Sərnişin" ASC-yə məxsus 400 manat dəyərində su çəninin və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklun "Dəvəçi-Sərnişin” ASC-yə geri qatarılması, Cavabdeh İddiaçı ASC-yə vurduğu 3897.38 manat məbləğ ziyana görə kompensasiyanın “Dəvəçi-Sərnişin" ASC-yə ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, Şabran rayon məhkəməsinin 09 iyun 2017 tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinə əsasən Cavabdeh hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin borc məbləğinin silinməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə X6 “Dəvəçi-Sərnişin" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı X6 “Dəvəçi- Sərnişin" ASC-yə iqtisadçı vəzifəsi işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh hesablama metodunu əsas götürsək məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır: Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması: X6 məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü 07.01.2013- 03.02.2015-ci illər üçün orta aylıq əmək haqqını 350 manatdan hesablasaq, həmin 25 ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 manat təşkil edir, 350 x 25 =8750. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 manatın 14 %-i 1225 manat. Həmçinin 8750 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 manatın 3 %-i 262.50 manat. X2 məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması: İddiaçı ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və 07.01.2013- 03.02.2015-ci illər üçün 7 il müddəti üçün hesablansa belə bir nəticə alınır. Belə ki, X6 2002-2006-cı illər üçün aylıq əmək haqqı 85 manatdan, 07.01.2013-03.02.2015-ci illər üçün isə əmək haqqı 350 manatdan hesablansa belə bir nəticəyə gəlinir: əmək haqqı 85 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər 2002-2006cı illər. 5 il. 5 ildə 180 gün məzuniyyət hüququ yaranır. 36 x 5=180 85/30.4=2.79 (bir günlük əmək haqqının məbləği) 2.79 x 180 (məzuniyyət günlərinin sayı) 502.2 manat. əmək haqqı 350 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər 07.01.2013- 03.02.2015-ci illər. 25 ay. 25 ayda 75 gün məzuniyyət hüququ yaranır. 350/30.4=11.51 (bir günlük əmək haqqının məbləği) 11.51 x 75 (məzuniyyət günlərinin sayı) 863.25 manat 502.2 manat+863.25 manat=cəmi 1365.45 manat Həmin vəsaitin 14 %-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı idi. 1365.45 manatın 14 %-i 191.16 manat. Həmçinin 1365.45 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365.45 manatın 3 %-i 40.96 manat. X3 əmək məzuniyyətlərinə görə hesablanmış 1365.45 manat kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133.33 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə X7 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 7262.50+1133.33=8395.83 manat pul ödənilməli idi. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə 05.02.2015-ci il tarixinə kimi "Dəvəçi- Sərnişin” ASC tərəfindən poçt vasitəsilə 1362.03 manat, “Dəvəçi-Sərnişin" ASCnin Kapital bankın Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar 31.08.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, 07.11.2017-ci il tarixdə 998 manat, 08.12.2017-ci il tarixdə 1996 manat, 07.02.2018-ci il tarixdə 1611.99 manat, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh 08.02.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Cavabdeh 08.02.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran rayon məhkəməsinin 8(031)-69/2018 saylı, 01 oktyabr tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521.21 manat ASC-yə borc hesablanmışdır. "xxxx" ASCdən məcburi icra tədbirləri nəticəsində inkasso sərəncamı və əmlakların hesabına (Şabran rayon məhkəməsinin 19.01.2016-cı il tarixli, 8(031 )-1/2016 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 400 manat dəyərində su çəni və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl ) həmin borc da ödətdirilmişdir. 05.11.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə X7 Cavabdeh tərəfindən 5297.43 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521.21=13693.21. 13693.21-8395.83=5297.38) Şabran rayon məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi ilə iddiaçı X6 işdən azad olunması barədə “Dəvəçi-Sərnişin" ASC-nin 03 fevral 2015-ci il tarixli 02 saylı əmrinin ləğv edilməsi, iddiaçı X6 İddiaçı ASC-yə baş iqtisadçı işinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması: İddiaçı ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün məcburi iş buraxmaya görə əmək haqqına görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, icra məmurunun götürdüyü 03.02.2015-02.07.2018-ci illər üçün X6 orta aylıq əmək haqqı 350 manatdan hesablansa həmin 41 ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 14350 manat təşkil edir. 41 x 350 =14350. Həmin vəsaitin 14 %-i vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 14350 manatın 14 %-i 2009 manat. Həmçinin 14350 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 14350 manatın 3 %-i 430.50 manat. X2 məcburi iş buraxma dövrü üçün hesablanmış 14350 manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (2009+430.50=2439.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 11910.50 manat pul ödənilməli idi. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması: İddiaçı ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki həmin müddəti icraçının götürdüyü 03.02.2015-02.07.2018-cı illər üçün 41 ay müddəti üçün hesablansa belə bir nəticə alınır. Belə ki, X6 03.02.2015-02.07.2018-cı illər üçün aylıq əmək haqqısı 350 manatdan hesablansa belə bir nəticəyə gəlinir ki, əmək haqqı 350 manat, əmsal-30.4 (ayın təqvim günlərinin orta illik miqdarı), 1 ildə əmək məzuniyyəti 36 gün (30 gün əsas, 6 gün əlavə) əmək məzuniyyətindən istifadə edilməyən illər 03.02.2015-02.07.2018-cı illər. 41 ay. 41 ayda 123 gün məzuniyyət hüququ yaranır. 350/30.4=11.51 (bir günlük əmək haqqının məbləği) 11.51 x 123 (məzuniyyət günlərinin sayı) 1415.73 manat. Həmin vəsaitin 14 %-i vergi olaraq əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyadan tutulmalı İdi. 1415.73 manatın 14 %-i 198.20 manat. Həmçinin 1415.7 manatın DSMF-yə köçürüləcək 3% hissəsi şirkət tərəfindən sığorta olunanın əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1415.73 manatın 3 %-i 42.47 manat. X3 əmək məzuniyyətlərinə gö hesablanmış 1415.73 kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (198.20+42.47=240.67) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1175.06 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə X7 məcburi buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasi olaraq 11910.50 +1175.06 =13085.56 manat pul ödənilməli idi. Cavabdeh tərəfindən 03.11.2020-ci il tarixdə Şabran rayon məhkəməsinin 14.10.2019-cu il tarixli, 8(031)-7/2019 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 9350 manat dəyərində 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokor dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina X7 təhvil verilmişdir. Beləliklə ikinci qətnamə üzrə ASC-nin borcu 3735.56 manat təşkil etməli idi. 13085.56 -9350=3735.56. Lakin, Şabran rayon İcra Probasiya Şöbəsinə müraciət etdikdə ASC-nin X7 ikinci qətnamə üzrə 12101.60 manat borcunun olduğu qeyd olunur. Həmin borcun 8366.04 manat hissəsi əsassızdır. 12101.60-3735.56=8366.04. Belə ki, Cavabdeh hər iki icra sənədləri əsasında apardığı hesablamalar zamanı səhvlərə yol vermişdir. Cavabdeh 1-ci icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da N.Ağamalıyevə ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. N.Ağamalıyevə görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Cavabdeh ikinci icra sənədi üzrə X7 verilmiş əmlakların dəyərini 9350 manat deyil 6821 manat olaraq nəzərə alır. Hansı ki, bu barədə qiymətləndirmə rəyi vardır. "xxxx" MMC-nin 08.05.2019-cu il tarixli QR2250 nömrəli rəyində qeyd olunur ki, direl-deşici dəzgahın bazar dəyəri 400 manat, Tokar dəzgahının bazar dəyəri 700 manat, hava kompressorunun bazar dəyəri 250 manat, 2 otaqlı gözətçi binasının bazar dəyəri 3000 manat, 2 otaqlı yardımçı binanın bazar dəyəri 5000 manat olmaqla adı çəkilən əmlakların cəmi bazar dəyəri 9350 manat təşkil edir. Həmçinin qətnamələrdə X7 ödənilməli məbləğin miqdarı göstərilməmiş, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğlərin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə birinci icra vərəqəsi üzrə Cavabdeh qeyri-qanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu X7 təhvil vermiş və 3897.38 manat ASC-dən ar pul tutmuş, bununla da, İddiaçı ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 3897.38 manat ziyan vurulmuşdur. 5297.38- 1400=3897.38. Ona görə də Şabran rayon İcra Probasiya şöbəsi tərəfindən həmin əmlaklar İddiaçı ASC-yə qaytarılmalı və Cavabdeh İddiaçı ASC-yə vurduğu 3897.38 manat məbləğində ziyana görə kompensasiya İddiaçı ASC-yə ödənilməlidir. İkinci icra vərəqəsi üzrə Cavabdeh hesabladığı 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassız olduğundan həmin borc məbləği silinməlidir. Cavabdehnə qeyd olunan məsələlərlə əlaqədar müraciət edilsə də Cavabdeh hərəkətsizlik etməkdədir. Ona görə də iddia ilə məhkəməyə müraciət olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə iddiaçı inzibati orqandan vurulmuş ziyana görə kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçı məhkəmədə qaldırdığı kompnsasiya tələbini ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah edilsin ki, məhkəmə qərarının icrası ilə bağlı, məhkəmə qərarının icrasına nəzarət edən məhkəməyə müraciət edə bilər. Həmçinin iddiaçıya izah olunsun ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Eyni zamanda tələb edilən kompensasiyanın məhkəmə qərarının icrası ilə bağlı olması və həmin icraya nəzarət edən məhkəmənin müvafiq qərarının olmasının iddianın uğurluluq ehtimalı baxımından nəzərə alınması məqsədəmüvafiq hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2107/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2107/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver