Məhkəmə qərarları › İş №2-1(118)-2108/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2108/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2108/2021 12.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı fəaliyyət qabiliyyəti olmayan bacısı X1 üzərində onun qəyyum təyin edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt inzibati məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı fəaliyyət qabiliyyəti olmayan bacısı X1 üzərində onun qəyyum təyin edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında onun tələbi aydınlaşdırılmışdır. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, № 2(027)-208/2019 saylı qətnaməsindən göründüyü kimi həmin qətnamə ilə 28 sentyabr 1990-cı ildə Quba şəhərində anadan olmuş bacısı X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Həmin qətnaməyə əsasən qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Quba Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, № 2(027)-208/2019 sayh qətnaməsi qanuni qüvəyə minmişdir. Hazırki ərizəyə əlavə edilmiş cavabdeh Quba Rayon İcra Hakimiyyəti Aparatına təqdim etdiyi 22 aprel 2021-ci il tarixli ərizəsinin əslindən göründüyü kimi rəsmi qaydada cavabdeh təşkilata müraciət edərək fəaliyyət qabiliyyətli olmayan bacısı X3 üzərində onun qəyyum təyin edilməsi barədə sərəncam verilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh Quba Rayon İcra Hakimiyyəti Aparatının səlahiyyətli şəxsi, aparatın qəbul şöbəsinin əməkdaşı həmin ərizəni 27.04.2021-ci il tarixdə qəbul edərək bu barədə ərizənin onda qalan nüsxəsində qeyd etmişdir. Cavabdeh Quba Rayon İcra Hakimiyyəti Aparatı onun ərizəsini 27.04.2021-ci il tarixdə qəbul etdikdə aparatın hüquqşünası məsələ ilə bağlı sərəncamın bir həftəyə hazır olacağına vəd vermiş, lakin işlərin çoxluğu səbəb göstərilməklə müddət uzadılmışdır. Bundan sonrakı vaxtlarda Başçının məzuniyyətdə olması, başçının vaxtının çox məhdud olması, ərizəsinin və digər sənədlərin Başçının stolunun üstündə olması və imza edib verəcəyi və s. kimi bəhanələrlə uzun müddət ötürülərək bacısı X1 qanunla qorunan hüququ qanunsuz olaraq pozulmuşdur. Hazırki ərizəyə əlavə edilmiş 02 noyabr 1990-cı il tarixli, XV-ЖГ seriyalı, № 437171 nömrəli və 07 iyun 1988-ci il tarixli, Xİİİ-ЖГ seriyalı, № 356865 nömrəli “Doğum haqqında şəhadətnamə”-lərin notariat kontorunda təsdiq edilmiş surətlərindən göründüyü kimi fəaliyyət qabiliyyətli olmayan X3 ilə onun valideynləri eyni şəxslərdir - anaları X4 və ataları X2r. Hazırki ərizəyə əlavə edilmiş 03 aprel 2010-cu il tarixli, AZ-İ seriyalı, № 537596 nömrəli “Nikah haqqında şəhadətnamə”-nin notariat kontorunda təsdiq edilmiş surətindən göründüyü kimi onun ilkin soyadı “Ağaliyeva”, nikah bağlandıqdan sonra “Məmmədova” soyadını qəbul etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. Belə ki, İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı – onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2- ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati akta anlayış verilmişdir. Qərarda qeyd edilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının qəbul edilməsini tələb etdiyi (fəaliyyət qabiliyyəti olmayan şəxs üzərinə qəyyum təyin edilməsi barədə) sərəncam inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs üzərinə qəyyum təyin edilməsi barədə sərəncam qəbul edilməsi tələb edilir. Göründüyü kimi, qəbul edilməsi tələb edilən sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etmir və hakimiyyət tədbiri hesab edilmir. Qeyd edilməlidir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Beləliklə, hazırda iddiaçı tərəfindən qəbul edilməsi tələb edilən sərəncam inzibati akt olmadığından həmin sərəncamın inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı fəaliyyət qabiliyyəti olmayan bacısı X1 üzərində onun qəyyum təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar