Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2108/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt ASAN Xİdmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum akt qeydi bərpa olunarkən yeni doğum haqqında şəhadətnamədə soyadının nikaha daxil olana qədər daşıdığı “Gülmalıyeva” soyadı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Sumqayıt ASAN Xİdmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum akt qeydi bərpa olunarkən yeni doğum haqqında şəhadətnamədə soyadının nikaha daxil olana qədər daşıdığı “Gülmalıyeva” soyadı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuşdur. Nikaha qədər soyadı “Gülmalıyeva” olmuşdur. Ona həmin rayonun qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında orta məktəbə getmiş və şəxsiyyət vəsiqəsi almışdır. O, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üşün Sumqayıt ASAN Xidmət Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ilkin doğum haqqında akt qeydi olmadığı üçün ona imtina cavabı verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onun xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilmişdir və doğum akt qeydi bərpa olunarkən ata qrafasında X3, ana qrafasında X2 göstərilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün təqdim edildikdə Sumqayıt ASAN Xİdmət Mərkəzinin qeydiyyat şöbəsi bildirmişdir ki, qətnamədə uşaq qrafasında “Gülmalıyeva” soyadının qeyd olunmalı olduğu göstərilmədiyindən qətnamənin icrası mümkün deyildir. Artıq həmin fakt hamıya bəlli olduğundan bunun ayrıca göstərilməinə zərurət yoxdur. Bu səbəbdən cavabdehin imtinasını əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5477/ 2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş və İddiaçı xx.xx.1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən edilmiş, doğum akt qeydinin bərpa edilməsi və doğum akt qeydi bərpa olunarkən ata qrafasında X3, ana qrafasında X1 göstərilməsi qət edilmişdir. Cavabdeh inzibati orqan nikah bağlananadək iddiaçının soyadının “Gülmalıyeva” olmasına baxmayaraq istinad olunan məhkəmə qətnaməsinin nəticə hissəsində “Gülmalıyeva” soyadı göstərilməmiş, doğum haqqında akt qeydi bərpa olunarkən uşaq qrafasında qeyd edilməli olan məlumatlar qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5477/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə qətnamədə yanlışlıqların düzəldilməsi barədə ərizəçi İddiaçı ərizəsi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə tənzimləndiyindən və mülki xarakterli olduğundan inzibati məhkəmə icraatında baxılan mübahiəslərə aid edilə bilməz. Belə ki, faktiki olaraq hazırki mübahisə doğum haqqında akt qeydinin bərpa edilməsi barədədir və ümumi məhkəmənin səlahiyyətləri çərçivəsində baxılan mübahisələrə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, qətnamədə hər hansı məlumatın (hazırki işdə uşaq qrafasında göstərilməli olan məlumatların) göstərilməməsi mülki prosessual qanunvericiliyin normalarına uyğun olaraq əlavə qətnamə, yanlışlığın düzəldilməsi isə müvaiq qəraradın çıxarılması yolu ilə aradan qaldırıla bilər. Bununla bağlı inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia qaldırılması nəzərdə tutulmamışdır. «İnzibati məhkəmə itcraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt ASAN Xİdmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum akt qeydi bərpa olunarkən yeni doğum haqqında şəhadətnamədə soyadının nikaha daxil olana qədər daşıdığı “Gülmalıyeva” soyadı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya xüsusi icraat qaydasında ərizə ilə yaşayış yeri üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt ASAN Xİdmət Mərkəzində qeydiyyat şöbəsinə qarşı doğum akt qeydi bərpa olunarkən yeni doğum haqqında şəhadətnamədə soyadının nikaha daxil olana qədər daşıdığı “Gülmalıyeva” soyadı kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2108/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2108/2023
31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver