Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-211/2025 10.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38rşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi X17 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38rşı “fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, xx.xx.2009-cu il tarixli MH ******* seriya nömrəli, **********15-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, ləğv olunmuş "xxxx" ASC-nin Xaçmaz filialı ilə iddiaçı arasında xx.xx.2009-cü il tarixli, 44SF saylı ipoteka müqaviləsinə əsasən İddiaçı, X20, X26 və X10 məxsus Xaçmaz rayonu, Armudpadar kəndindən yerləşən 0,54 ha torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, 4 otaqlı 88,90 kv.metr yaşayış, 63,50 kv.m. köməkçi sahədən ibarət olan fərdi yaşayış evin üzərinə Daşınmaz Əmlakın 5 saylı ərazi İdarəsi tərəfindən yüklülük qoyulmuşdur. İddiaçı ‘’Kredobank” ASC-уэ olan kredit borcunu ödəyərək öhdəliyini yerinə yetirmişdir. Bununla bağlı "xxxx" ASC-nin müdiri R.M.Ramazanova xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz Ərazi İdarəsinə bizə məxsus xx.xx.2009-cu il tarixli, MH № ******* seriya nömrəsi, reyestr nömrəsi **********15-10301, qeydiyyat nömrəsi **********) fərdi yaşayış evinin girovdan (ipotekadan), çıxarılması barədə azad olma məktubu ünvanlamışdır. Həmin məktuba əsasən fərdi yaşayış evinin çıxarışını və texniki pasportunu Xaçmaz 1 saylı notariat kontorundan götürmüşdür. Lakin DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsi əmlak üzərindən yüklüyüyü götürərək, girovdan azad etməmişdir. Bununla da mülkiyyətinin üzərindən qanunla nəzərdə tutulan hüquqlarını həyata keçirə bilmir. DƏDRXnin 5 saylı Xaçmaz ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə rəsmi müraciət edərək əmlak üzərində yüklülüyün götürülərək, girovdan azad olunmasını xahiş etsə də əsasız olaraq imtina verilmişdir. İmtinanın səbəbi isə güya əmlakı digər şəxslərin paylı mülkiyyəti ilə birlikdə ipotekaya qoyulmuşdur. Armudpadar kəndində yerləşən ipoteka yüklülüyü ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi əmanətlərin sığortalanması fondu tərəfindən ipotekanın ləğvinə dair məktub təqdim ediləcəyi halda azad oluna bilər. Bu nüansın onun əmlakına heç bir aidiyyəti yoxdur, çünki ipoteka saxlayan ona yuxarıda qeyd olunan əmlakın girovdan azad olunması barədə rəsmi məktub verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evi üzərindəki ipoteka yüklülüyünün ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 say ı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-A-0107-8/2023 nömrəli məktubla bildirilmişdir ki: “Məktubunuza cavab olaraq bildiririk ki, Sizin və digər şəxslərin paylı mülkiyyətində olan Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evi üzərindəki ipoteka yüklülüyü ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipotekanın ləğvinə dair məktub təqdim ediləcəyi halda, həmçinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsində göstərilən dövlət rüsumu və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2 nömrəli qərarı ilə nəzərdə tutulan xidmət haqqı ödəniləcəyi halda, yuxarıda qeyd olunan məsələyə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 15.1-ci maddəsinə əsasən İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikas Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs etirazında qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialı ilə cavabdeh X3 ƏN-İ №259617 saylı, M-7411 reyestrli, Xaçmaz şəhəri 20 iyun 2011-ci il tarixli etibarnaməsi əsasında X18 arasında bağlanmış xx.xx.2013ci il tarixli 114KT saylı kredit müqaviləsinə əsasən X6 60 (altmış) ay müddətinə illik 7 (yeddi) faiz dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evi kredit müqaviləsinə təminat olaraq ipoteka ilə yüklü edilmişdir. Borc məbləği ödənilmədiyindən LPO "xxxx" ASC məhkəmədə iddia qaldırmış, uzun çəkən mülki məhkəmə icraatı nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-481/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamənin “Qət etdi:” hissəsində tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi qeyd edilmişdir. İnzibati Prosessual Məcəllənin aşağıdakı müddəalarına əsasən: 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müəddaları tətbiq oluna bilər. 58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin aşağıdakı maddələrinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Etiraza qoşma kimi əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-481/2025 nömrəli qətnaməsi ilə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edildiyindən hesab edirlər ki, həmin fərdi yaşayış evinin üzərindən yüklülüyün götürülərək, girovdan azad olunması halı hazırkı inzibati məhkəmə icraatında mübahisələndirilə bilməz. Bu səbəbdən iddia tələbi əsassızdır və iddia rədd edilməlidir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X28 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: MH seriyalı, ******* saylı, **********15-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Armudpadar kəndində mülkiyyətdə olan 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 88.9 kv.m yaşayış, 63.50 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı fərdi yaşayış evi tam torpaq sahəsi ümumi birgə, X14 torpaq sahəsi ümumi birgə, X19 torpaq sahəsi ümumi birgə, X7 torpaq sahəsi ümumi birgə adlarına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X11, İddiaçı, X15 X21, X22, X1, X33ma və X23 qarşı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-481/2025 nömrəli qətnaməsi ilə qət edilmişdir: “X2 xx.xx.2013-cü il tarixli, 114 KT nömrəli kredit müqaviləsi üzrə 70377,27 manat əsas borc, 6000 manat dəbbə pulu, kredit müqaviləsi üzrə öhdəliyin icrasının müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə öhdəliyin icrasının gecikdirilməsinə görə 10248,02 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 200 manat, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 2000 olmaqla, cəmi 88855,29 (səksən səkkiz min səkkiz yüz əlli beş manat, 29 qəpik) manat tutularaq, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evinə; X12 məxsus olmuş Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35,6 kv.m yaşayış, 7-4,8 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə; X8 məxsus olmuş Xaçmaz rayonu, Sərkarh kəndində 0.32 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış 181,1 kv m köməkçi sahədən ibarət fərdi yaşayış evinə; X4 məxsus olmuş Armudapar kəndində 0.14 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 27,30 kv.m yaşayış, 27,30 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə; X21 məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 63,1 kv.m yaşayış, 219.0 kv.m köməkçi sahədən ibarət 98 nömrəli fərdi yaşayış evinə yönəldilsin. İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0..54 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat; X12 məxsus Xaçmaz şəhəri, Rəşid Behbudov küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 42500 manat; X9 məxsus Xaçmaz rayonu, Sərkarh kəndində 0.32 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat: X13 məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.14 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 42000 manat; X21 məxsus Quba rayonu, Zərdabi kəndində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 78500 manat müəyyən edilsin. Həmin əmlaklar açıq hərracda satılmaqla tələb təmin edilsin. İpoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan ən geci 1 ay ərzində boşaldılaraq, təhvil verilsin. İddia cavabdeh X11 münasibətdə və qalan hissələrdə təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-149 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə cavabdeh X5 tutulan 68.996,01 manat pu! məbləği tam və ya qismən icra olundu halda hazırkı qətnamə ilə tutulan borclar İlə əvəz olunması iddiaçı “Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025ci il tarixli, 2(102)-2497/2025 saylı qərarı ilə X16 və X29 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-481/2025 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialı ilə cavabdeh X3 ƏN-İ №259617 saylı, M-7411 reyestrli, Xaçmaz şəhəri 20 iyun 2011-ci il tarixli etibarnaməsi əsasında X18 arasında bağlanmış xx.xx.2013-ci il tarixli 114KT saylı kredit müqaviləsinə əsasən X6 60 (altmış) ay müddətinə illik 7 (yeddi) faiz dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evi kredit müqaviləsinə təminat olaraq ipoteka ilə yüklü edilmişdir. Borc məbləği ödənilmədiyindən LPO "xxxx" ASC məhkəmədə iddia qaldırmış, uzun çəkən mülki məhkəmə icraatı nəticəsində Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-481/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamənin “Qət etdi:” hissəsində tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus Xaçmaz rayonu, Armudapar kəndində 0.54 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, 88.90 kv.m yaşayış, 63,50 köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi qeyd edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixli MH ******* seriya nömrəli, **********15-10301 reyestr nömrəli çıxarışa əsasən iddiaçıya məxsus olan fərdi yaşayış evinin üzərindən ipoteka yüklülüyünün götürülməsini istəyir. Cavabdeh qeyd edir ki, Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evi üzərindəki ipoteka yüklülüyü ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipotekanın ləğvinə dair məktub təqdim ediləcəyi halda, həmçinin "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsində göstərilən dövlət rüsumu və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 2 nömrəli qərarı ilə nəzərdə tutulan xidmət haqqı ödəniləcəyi halda, yuxarıda qeyd olunan məsələyə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “İpoteka haqqında" Azərbaycan Respublikası qanununun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipotekanın ləğvinə dair məktubu tələb edilsə də iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə iclasında üçüncü şəxs "Kredobank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi izahatında ipotekanın ləğvinə və iddia tələbinə etiraz etdiyini bildirmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X11, İddiaçı, X15 X21, X22, X1, X33ma və X23 qarşı iş üzrə davam etməkdə olan mülki mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, həmin mülki iş digər məhkəmənin icraatında olan mübahisədir. Hazırki inzibati mübahisənin yaranma səbəbləri fərqli əsaslara söykənir və cavabdeh inzibati orqan tərəfindən davam etməkdə olan mülki mübahisə əsası ilə deyil, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ipotekanın ləğvinə dair məktub təqdim edilməməsi ilə bağlı imtina verilmişdir. Qeyd edilənlər iddianın təmin edilməməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-211/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-211/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver