Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2112/2024 01.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı şəhəri Kolxoz bazarında yerləşən və bağışlama müqaviləsi əsasında əldə etdiyi ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 13 oktyabr 2023-cü il tarixli imtina cavabının ləğv edilərək Şamaxı şəhəri Kolxoz bazarında yerləşən ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək özünün iddiaçılar sırasından çıxarılması və Şamaxı şəhəri Kolxoz bazarında yerləşən və bağışlama müqaviləsi əsasında əldə etdiyi ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri Kolxoz Bazarı küçəsində yerləşən qeyri-yaşayış binası X4 mülkiyyətində olmuşdur. Həmin binz əvvəllər mebel sexi olmuş, özəlləşdirmə zamanı mağazaya çevrilmişdir. A.Bəhrəmov sağlığında həmin qeyriyaşayış binasını bağışlama müqaviləsinə əsasən qızı İddiaçı özgəninkiləşdirmişdir. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmiş, cavabında bildirilmişdir ki, təqdim olunmuş bağışlama müqaviləsində göstərilən qeyri-yaşayış binası bazar ərazisində mövcud olmadığına görə ərizənin icrası qeyri-mümkündür. Əmlakın texniki pasportunda qeyd edilmişdir ki, bünövrəsi beton, divarları dəmir, dikt, çardaq örtüyü dəmir və ağac, dam örtüyü bir lay şifer, tavanı dikt, döşəməsi asfalt, qapıları bir və iki lay dəmir, daxili işıqlandırması asma lampadan ibarət olması qeyd olunmuşdur. İmtina məktubunda Kolxoz bazarında yerləşən orpaq sahəsinin və tikililərin "xxxx" firması tərəfindən özəlləşdirilməsi eyd edilmişdir. Həmin vaxt məhkəmə mübahisələri olmuş və nəticədə Şamaxı rayon Məhkəməsinin 2-2425/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və icra edilərək A.Bəhrəmova məxsus olan və sonradan İddiaçı bağışlanan əmlakın bazar ərazisindən çıxarıldığı və hazırda sözügedən ərazidə digər şəxslərə məxsus qeyri-yaşayış binasının mövcudluğu yazılmışdır. Halbuki, mübahisəli əmlak hazıradək mövcuddur və öz yerindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, mübahisəli əmlaka dair mərhum X7 çıxarış və texniki pasport verilmişdir. Onun tərəfindən əmlak qızına bağışlanmışdır. Lakin bağışlama müqaviləsi vaxtında cavabdeh idarəyə təqdim edilməmişdir. Həmin ərazidə çoxsaylı rekonstruksiya işləri aparılmış və məhz hansı əmlakdan söhbət getməsini müəyyən etmək mümkün deyildir. Əlavə araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayonunun Kolxoz bazarının yerləşdiyi torpaq sahəsi və tikililər 2001-ci ildə "xxxx" firması tərəfindən özəlləşdirilmişdir. X7 məxsus qeyri-yaşayış binası (dəmir pavilyon) bazar ərazisində yerləşdiyinə görə, icarə haqqı ödənilməli idi. Lakin, A.Bəhrəmov icarə müqaviləsini bağlamadığına və icarə haqqını ödəmədiyinə görə, "xxxx" firmasının direktoru X5 ona qarşı məhkəmədə iddia qaldırmışdır. Şamaxı rayon Məhkəməsinin 2-xx/xx/2002 saylı, 18 iyun 2002-ci il tarixli qətnaməsi ilə cavabdehlər X9 məxsus bərbər köşkü, X7 məxsus dəmir pavilyonlar "xxxx" firmasının ərazisindən çıxarılması və cavabdehlər X8 ******* manat, X2 ******* manat debitor borcun alınıb “Şamo“ firmasına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən apellyasiya və sonradan kassasiya şikayətləri verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 oktyabr 2002-ci il tarixi 6k-1347/2002 saylı qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin həmin iş üzrə 31 iyul 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı rayon məhkəməsinin 2-xx/xx/2002 saylı 18 iyun 2002-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və icra edilərək, X7 məxsus olan və sonradan Bəhrəmova llhamə Ağış qızına bağışlanan əmlak bazar ərazisindən çıxarılmışdır. Halhazırda sözügedən ərazidə digər şəxslərə ("xxxx" firmasının direktoru mərhum X1 vərəsələrinə) məxsus qeyri-yaşayış binası mövcuddur. Təqdim olunmuş bağışlama müqaviləsində qeyd olunan qeyri-yaşayış binası bazar ərazisində mövcud olmadığına görə, ərizənin icrası mümkün olmamış və bu barədə Ərazi İdarəsi tərəfindən iddiaçıya rəsmi cavab məktubu verilmişdir. Bundan başqa İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mülkiyyətində olan daşınmaz əmlakın sahibliyinə və istifadəsinə verilməsi ilə bağlı” iddiası da Şamaxı rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-1154/2016 saylı qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Şamaxı şəhəri Kolxoz bazarının şərq hissəsində yerləşən qeyri-yaşayış sahəsi 15 aprel 1999-cu il tarixdə X4 adına qeyə alınmışdır. Daha sonra 20 dekabr 2001-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən Şamaxı şəhəri Kolxoz bazarı ərazisində yerləşən 1976-cı ildə tikilmiş, ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsini İddiaçı bağışlamışdır. Şamaxı rayon Məhkəməsinin 18 iyun 2002-ci il tarixli 2-xx/xx/2002 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" firmasınını cavabdehlər X9 və X7 qarşı iddia tələbi bərbər köşkü və dəmir pavilyonunun firmanın ərazisindən çıxarılması hissəsində təmin edilmiş, habelə Z.Bəhramovdan 1.715.380 manat, A.A.Bəhramovdan 261.860 manat debitor borcunun tutulması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Apellyasiya Məghkəməsinin 31 iyul 2002-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 oktyabr 2002-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin gğstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qərarın əsaslandırma hissəsində qeyd edilmişdir ki, “əlavə cavabdeh İ.A.Bəhramova (hazırki iş üzrə iddiaçı) fiziki şəxs olduğu üçün işə düzgün olaraq ümumi məhəkmə tərəfindən baxılmışdır.Pavilyonun yeni mülkiyyətçisi olan cavabdehlərin mənsub olduqları tikililərə dair qeydiyyat vəsiqələrinin olması da onların sahibkar hesab edilməsinə əsas deyildir. Bazarın ərazisindən götürülən pavilyonun daş tikili olması dəlili iş materiallarına uyğun deyildir. Şamaxı rayon Məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarının 24 sentyabr 2002-ci il tarixli arayışından aydın olur ki, A.Bəhramova məxsus dəmir pavilyonlar və Z.Bəhramova məxsus köşk məhkəmə qətnamələrinin icrası qaydasında firmanın ərazisindən götürülmüşdür. Dəmir pavilyonun yeni mülkiyyətçisi İ.A.Bəhramovanın məhkəmə iclasında iştirak etməməsi dəlili iş materilları ilə təkzib olunur. Məhkəmə icları protokolundan görünür ki, o, birinci instansiya məhkəməsinini iclasında iştirak etmiş və əlavə cavabdeh kimi izahat vermişdir”. Bundan başqa Şamaxı rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(074)- 1154/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" firmasına qarşı Şamaxı rayonDövlət notariat kontorunda 20 dekabr 2001-ci il tarixdə 3M-4-420 reyestr nömrəsi ilə təsiq edilmiş bağışlanma müqaviləsinə əsasən Şamaxı kolxoz bazarının ərazisində 1976-cı ildə tikilmiş, ümumi sahəsi 77.5 kv m olan divar daşı, üst örtüyü şiferdən olan mülkiyyətinə verilmiş qeyri-yaşayış binası olan mağaza binasının onun istifadəsinə və sahibliyinə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamənin əsaslandırma hissəsində göstərilmişdir ki, “sübitların yerində müayinəsi zamanı "xxxx" firması MMC-nin (Şamaxı şəhəro Kolxoz bazarının) ərzisində yerləşən ümumi sahəsi 77.5 kv m olan, divarı daş, üst örtüyü şifer olan qeyri-yaşayış binası aşkar edilməmişdir. İddiaçının iddia etdiyi yerdə müasir üslübda tikilmiş döşəməsi metlax, tam təmirli, ümumi sahəsi 44.4 kv m olan paıtar mağazası fəaliyyət göstərir”. Həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)- 2641/2016 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Şamaxı şəhər Kolxoz bazarının və bazar əttrafı torpaqlarının üçüncü şəxs "xxxx" firmasının adına özəlləşdirilməsinin ləğv edilməsinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2-1(085)-1181/2019 saylı qərardadı ilə iddia müddəti buraxıldığına görə mümkün sayılmamışdır. Həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildiki, hazlrki iddia tələbi üzrə mübahisə predmeti olan tikili məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə bazar ərazisindən çıxarılmış, iddiaçının həmin tikilinin onun istifadəsinə və sahibliyinə qaytarılması tələbi təmin edilməmişdir. Faktiki olaraq iddiaçı mövcud olmayan əmlaka mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, mübahiəsli daşınmaz əmlakın (qeyri-yaşayış binasının) müqəddəratı məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı şəhəri Kolxoz bazarında yerləşən və bağışlama müqaviləsi əsasında əldə etdiyi ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı şəhəri Kolxoz bazarında yerləşən və bağışlama müqaviləsi əsasında əldə etdiyi ümumi sahəsi 77.5 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2112/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2112/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver