Məhkəmə qərarları › İş №2-1(118)-2115/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2115/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2115/2021 20.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 28.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarxidə elan olunan atəşkəsə qədər və 220 N-li əmrlə təxris olunduğu 09.02.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və nəticədə onun Azərbaycan Respublikası Müdaifə Nazilriyinin tabeliyində olan N və N saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 28.12.1993cü il tarixdən 12.05.1994-cü il tarxidə elan olunan atəşkəsə qədər və 220 N-li əmrlə təxris olunduğu 09.02.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və nəticədə onun Azərbaycan Respublikası Müdaifə Nazilriyinin tabeliyində olan N vəN saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi qeyri-dəqiq ifadə edilmədiyindən və qarşıq olduğundan məhkəmənin 15.11.2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbini dəqiqləşdirmək və bu barədə məhkəməyə ərizəni təqdim etmək təklif edilmişdir. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmədiyindən iddiaçı 03.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasına dəvət edilmişdir. Həmin iclasda iştirak edən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə təqdim etmək təklif edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi adlanan ərizəni məhkəməyə göndərmiş, lakin faktiki olaraq ərizədə, o cümlədən iddia tələbində hər hansı dəyişiklik və dəqiqləşdirmə göstərilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi qeyri-dəqiq olması ilə yanaşı müəyyən edildi ki, iddiaçı müvafiq tələblə cavabdeh orqana müraciət etməmiş və bununla bağlı cavabdehin imtina cavabını almamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə qarşı araşdırmanın aparılması və arxiv arayışının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkzi Arxivinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı 28.12.1993-cü il tarixdən 12.05.1994-cü il tarxidə elan olunan atəşkəsə qədər və 220 N-li əmrlə təxris olunduğu 09.02.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları aparan N və N saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissədən tələb olunan əmrlər əsasında araşdırmaların nəticəsi barədə qərar qəbul edilməsi və nəticədə onun Azərbaycan Respublikası Müdaifə Nazilriyinin tabeliyində olan N vəN saylı hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar