Məhkəmə qərarları › İş №2-1(118)-2118/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2118/2024

04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2118/2024 04.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin ümumi sosial stajına daxil edilməklə ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək təhsil müddətinin sosial sığorta stajına daxil edilməklə, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, şəhid ailəsidir. Hal-hazırda “X6” QSC-də çalışır. xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-H-205523/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi göstərilmişdir. Əmək kitabçasından (HT-İ №2101661) da göründüyü kimi xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Sinar boru zavodunun Texniki Nəzarət şöbəsində qara metal istehsalatının nəzarətçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun ("Azərboru” ASC) Texniki Nəzarət (Keyfiyyətə Nəzarət) şöbəsində (Yayma və Boruyayma sexləri üzrə) qara metal istehsalatının nəzarətçisi işləmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək "X6” QSC-nin (3-cü istehsalat sahəsi - Azərboru) Keyfiyyətə nəzarət şöbəsində (Boruyayma sexi üzrə) qara metal istehsalatının nəzarətçisi işləyir. "xxxx" ASC-də işlədiyim peşələr xx.xx.2023-cü il tarixli AZB01/181 saylı arayışa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.7-ci Yayma, çarxyayma, bandajyayma, yabayayma, tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları, rels bəndlərinin istehsalı, isti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində “isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri”, həmin Siyahının 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” peşələri ilə eynilik təşkil edir. İddiaçının 55 yaşı tamam olan tarixədək, yəni xx.xx.2021-ci il tarixədək təhsil dövrü də nəzərə alınmaqla 29 ilədək ümumi əmək stajı və 26 ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi vaxtda onun 57 yaşı olmuşdur. Halbuki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi 58 yaş 6 aydır. Buna uyğun olaraq iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə yaş, güzəştli və ümumi staj və pensiya kapitalı tələbi mövcuddur. İddiaçının kifayət qədər pensiya kapitalı olmadığından cavabdeh orqan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı elə hesab edir ki, pensiya kapitalının hesablanma qaydası dəyişmiş və ona münasibətdə tələb olunan minimum pensiya kapitalının məbləği 53760,00 manat deyil, 28800,00 manat olmalıdır. İddiaçı iddia ərizəsində ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən onun fərdi hesabının sıporta hissəsində minimum pensiya kapitalının məbləği 53760,00 manat olmalı idi. İddiaçının fərdi hesabının sıqrorta hissəsində yığılan pensiya kapitalı isə 28830,79 manat təşkil edir. İddiaçı qeyd edir ki, hal-hazırda Qanunun 45-ci maddəsinin 2-ci cümləsi çıxarıldığından həmin maddənin 2-ci cümləsi ona tətbiq edilməli deyil, belə ki, həmin cümlə Qanuna edilmiş 13 may 2022-ci il tarixli dəyişikliklə çıxarılmışdır. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə əsasən 45-ci maddənin 2-ci cümləsinin çıxarılması bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yasa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Nəticə etibarilə, iddaçının hüququ xx.xx.2021-ci il tarixdə yarandığından ona münasibətdə Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiq edilməsi qanuni və əsaslıdır. Göründüyü kimi iddiaçının hüququnun yarandığı tarixə münasibətdə tələb olunan minimum pensiya kapitalının, yəni 53760,00 manatın olmaması ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir. İş materiallarında olan: -AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il təvəllədlüdür. - Azərbaycan Boru Yayma zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Azərbaycan Boruyayma zavodunun X4 700 aqreqatının isti şöbəsində qara metal istehsalatının nəzarətçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə həmin şöbədə Boruyayma sexi üzrə qara metal istehsalatının nəzarətçisi, 08.1.2007-ci il tarixdə həmin şöbədə qara metal istehsalatının böyük nəzarətçisi keçirilmiş, xx.xx.2008-ci il tarixdə X4 Boruyayma sexinin Yivaçma sahəsi üzrə qara metallurgiya məhsulunun baş nəzarətçisi keçirilmiş və xx.xx.2017-ci il tarixdə onunla bağlanılmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. “Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3-cü Yayma, çarxyayma, bandajyayma, vabayayma. tənəkəyayma, qalayçı, sinkləmə, qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsli metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” - (2040300a—12942). həmin Siyahının 4-cü Boru istehsalı: boruyayma. boruqaynağı. elektrik boru qaynağı, boruçəkınə, borutökmə. fıtinq. balon. termiki və sinkləmə; metalın hazırlanması və doğranması bəndinin (a) fəhlələr yarımbəndinin "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri”1 - (2040400a-12942) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.7-ci Yayma, çarxyayma, bandajyayma. vabayayma, tənəkəyayma, qalayçı, sinkləmə. qurğuşunlama istehsalatları. Rels bəndlərinin istehsalı. İsti metalın termik emalı, kəsilməsi və təmizlənməsi. Kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri", həmin Siyahının 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fıtinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” peşələri ilə eynilik təşkil edir. - НТ 557935 nömrəli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə Sumqayıt Politexnik Texnikumunda təhsil almışdır. - Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Sumqayıt Politexnik Texnikumunda 1987-ci və 1990-cı illərdə təhsil alması barədə tələbə əmrlər kitablarındakı məlumat məhkəməyə təqdim edilmişdir. -İddiaçının adına açılmış ИТ -№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Sumqayıt Politexnik Texnikumunda təhsil almış; xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Sinar boru zavodunun Texniki Nəzarət şöbəsində qara metal istehsalının nəzarətçisi işləmiş; xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun ("Azərboru” ASC) Texniki Nəzarət (Keyfiyyətə nəzarət) şöbəsində (Yayma və Boruyayma sexləri üzrə) qara metal istehsalatının nəzarətçisi işləmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək "X6” QSC-nin (3-cü İstehsalat sahəsi - Azərboru) Keyfiyyətə nəzarət şöbəsində (Boruyayma sexi üzrə) qara metal istehsalatının nəzarətçisi işləyir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdehin mövqeyinə görə hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının mövcud olması tələb olunur ki, iddiaçı həmin kapitala malik deyildir. Bununla bağlı ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi sahənin zərərli işlərin siyahısına aid edilməsi və onun 20 ildən artıq ümumi və 10 ildən artıq xüsusi staja malik olması işin mübahisələndirilməyən halıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.(xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.(xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.(yeni redaksiya) 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan qəzeti, 29 iyun 2022-ci il, N-135) ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-9.3 və 9.7-ci maddələri yeni redaksiyada verilmişdir. 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022ci il № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il № 6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Metallurgiya istehsalatı (qara metallar)” adlanan bölməsində isti iş sahələrində məşğul olan isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri peşəsi 2040300a-12942 şifrəsi altında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3.7-ci bəndində “Yayma, çarxyayma, bandajyayma. vabayayma, tənəkəyayma, qalayçı, sinkləmə. qurğuşunlama istehsalatları, rels bəndlərinin istehsalı, isti metalın termik emalı, kəsilməsi və təmizlənməsi, kalibrlənmiş metal istehsalı bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri", həmin Siyahının 3.8-ci bəndində “Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fıtinq. balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan qara metal istehsalının nəzarətçiləri” peşələri nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının həmin peşələrdə işləməsi və tələb ounan güzəştli iş stajını toplaması mübahisələndirilməmişdir, imtinaya səbəb kimi pensiya kapitalının az olması göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə xx.xx.2022-ci il tarixdə edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, iddiaçının xx.xx.2022-ci il tarixədək tələb olunan 20 il ümumi sığorta stajı və 10 il güzəştli stajı toplandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün pensiya kapitalı tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçının 55 yaşı tamam olduğu tarixdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün pensiya kapitalının tələb olunması barədə tələb qüvvədə olsa da, xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə görə həmin tələb ləğv olunduğundan iddiaçının təhsil müddəti olnun sosial sığorta stajına daxil edilməklə xx.xx.2022- ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar