Məhkəmə qərarları › İş №2-1(118)-2119/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2119/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2119/2022 04.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (Quba rayonu Söhüb kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 1991-1996-cı illərdə keçmiş Quba rayonu M.Müşfiq adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilmısi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1991-1996-cı illərdə keçmiş Quba rayonu M.Müşfiq adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilmısi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur, hazırda onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığından hüquqmüəyyənedici sənədləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnovasiyalar üzrə X3 Regional "Asan Xidmət" Mərkəzinə təqdim etmiş, lakin cavabdeh təşkilat özünün 26 aprel 2022-ci il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmiş və imtinasının əsası kimi onun xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi Quba rayonu M.Müşfiq adına qoyunçuluq kolxozunda işlədiyi dövrün stajına daxil edilmədiyi bildirilmişdir. Halbuki, X5 Filialının 25 yanvar 2022-ci il tarixli 29 N-li arayışından da aydın olur ki, o, Quba rayonu M.Müşfiq adına kolxozun 1991-1996-cı il tarixlərdə üzvü olmuş, əmək haqqı almışdır. Cavabdehin həmin dövrü sığorta stajı kimi qəbul etməməsinə heç bir əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümnkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X1 iddianı qəbul etməyərək izah etmişdir ki, İddiaçı təqdim etdiyi xx.xx.1971-ci il tarixli və xx.xx.1993-cü il tarixli A3E ******* saylı əmək kitabçalarına və hərbi biletinin surətinə əsasən s ı ğ o r t a s t a j ı 1 9 i l 5 a y 2 2 g ü n t ə ş k i l e d i r. x x . x x . 2 0 0 6 - c ı i l t a r i x d ə n xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya k a p i t a l ı q e y d ə a l ı n m a m ı ş d ı r. İ d d i a ç ı n ı n t ə q d i m e t d i y i ə m ə k k i t a b ç a s ı n d a qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək M.Müşfiq adına qoyunçuluq kolxozundakı əmək fəaliyyəti dövrünün a r a ş d ı r ı l m a s ı z ə r u r ə t i y a r a n m ı ş d ı r. 1 s a y l ı Q u b a - X a ç m a z r e g i o n a l f i l i a l ı ilə X5 Filialının xx.xx.2022-ci il tarixli aktına və təqdim edilən xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş əmək günləri və müəyyən edilmiş minimum əmək günləri norması qeyd olunmadığından həmin dövr s ı ğ o r t a s t a j ı n a d a x i l e d i l m ə m i ş d i r. A z ə r b a y c a n R e s p u b l i k a s ı X 5 filialının xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək M.Müşviq adına qoyunçuluq kolxozundakı əmək fəaliyyəti dövrü araşdırılarkən məlum olmuşdur ki, iddiaçı 1991c i i l i n y a n v a r, f e v r a l , m a r t a v l a r ı , 1 9 9 3 - c ü i l i n n o y a b r, d e k a b r a y l a r ı , 1 9 9 5 - c i i l i n i y u n , i y u l , a v q u s t , s e n t y a b r a y l a r ı , 1 9 9 6 - c ı i l i n n o y a b r, d e k a b r a y l a r ı ü z r ə ə m ə k h a q q ı a l m a m ı ş d ı r. M ü v a f i q a r a y ı ş a ə l a v ə olunan 23 avqust 2022-ci il tarixli arxiv çıxarışında kişilər üçün minimum iştirak normasının neçə gün (ay) olması barədə M.Müşviq kolxozunun sənədlərində heç bir məlumat aşkar edilmədiyi qeyd e d i l m i ş d i r. L a k i n x x . x x . 1 9 9 1 - c i i l t a r i x d ə n x x . x x . 1 9 9 6 - c ı i l t a r i x ə d ə k olan dövrdə İddiaçı işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, işlədiyi kolxozda kişilər üçün minimum əmək iştirakı normasının neçə gün (ay) olması və işlədiyi g ü n l ə r i n s a y ı b a r ə d ə m ə l u m a t l a r t ə q d i m e d i l m ə m i ş d i r. İş materiallarında olan: - iddiaçıya məxsus AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1954-ci il təvəllüdlüdür. - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1973-1975-ci illərdə həbi xidmətdə olmuşdur. - X5 filialının xx.xx.2022-ci il tarixli 29 saylı arxiv arayışından görünür ki, İddiaçı 1991ci ilin aprel-dekabr ayları, 1992-ci il, 1993-cü ilin yanvar-oktyabr ayları, 1994-cü il, 1995-ci ilin yanvar-may ayları və oktyabr-dekabr ayıarı və 1996-cı ilin yanvar-oktyabr ayları Quba rayonu M.Müşfiq adına kolxozda işləmiş və əmək haqqı almışdır. -iddiaçının adına açılmış AЗЕ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1971- xx.xx.1973, xx.xx.1975- -cü illərdə Şaumyan adına qoyunçuluq sovxozunda, xx.xx.1987-xx.xx.1989-cu illərdə Quba rayonu K.Marks adına sovxozda, xx.xx.1989xx.xx.1991-ci il tarixlərdə Şaumyan adına qoyunçuluq sovxozunda və xx.xx.1991xx.xx.1996-cı il tarixədək Quba rayonu M.Müşfiq adına kolxozda, işləmişdir. Məhkəmənin sorğusuna əsasən X5 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 1991-ci ilin aprel-dekabr ayları, 1992-ci il, 1993-cü ilin yanvar-oktyabr ayları,1994-cü il, 1995-ci ilin yanvar-may ayları və oktyabr-dekabr ayıarı və 1996-cı ilin yanvar-oktyabr ayları Quba rayonu M.Müşfiq adına kolxozda işləmiş və əmək haqqı almışdır. Məhkəmənin sorğusuna əsasən X5 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Quba rayonu M.Müşfiq adına kolxozun filialda mühafizə olunan 1991-1996-cı İllərə aid sənədlərində kişilər üçün minimum əmək İştirakı normasının neçə gün və ya ay olması haqqında heç bir məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin normasından göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün göstərilən yaşa çatmaq və azı 25 il sığorta stajına malik olmaq tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün müraciət etdikdə cavabdeh inzibati orqan onun iki əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət müddətini hesablayaraq onun cəmi 19 il 05 ay 22 gün sosial sığorta stajına malik olması qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının 1991-1996-c illərdə Quba rayonu M.Müşfiq adına kolxozda işlədiyi müddəti onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh imtinasının dəlili kimi iddiaçının təqdim etdiyi sənədlərdə həmin kolxozda işlədiyi müddət üzrə əmək günü normasının qeyd olunmamasını göstərmişdir. Məhkəmənin verdiyi sorğular nəticəsində iddiaçının həqiqətən də müəyyən aylar çıxılmaqla 1991-1996-cı illərdə Quba rayonu M.Müşfiq adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmənin verdiyi sorğuya cavab olaraq da bildirilmişdir ki, həmin kolxozun arxivə verilən sənədlərində kişilər üşün minimum əmək iştirakı normasının neçə gün təşkil edilməsi qeyd olunmamışdır. Məhkəmə tərəfindən hətta həmin dövr üçün qonşu kolxozlar üzrə minimum əmək iştirakı norması barədə məlumat tələb edilmiş, lakin həmin sorğuya cavab daxil olmamışdır. Bununla belə məhkəmə hesab edir ki, kolxozun sənədlərində kişilər üşün minimum əmək iştirakı normasının neçə gün təşkil edilməsi müəyyən olunmaması iddiaçının pensiya almaq hüququnu məhdudlaşdırmamalı və onun əmək haqqı aldığı aylar nəzərə alınmaqla həmin dövr onun sosial sığota stajına daxil edilməlidir. “İnizbati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 16.2-ci maddəsnə görə hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1991-ci ilin aprel-dekabr ayları, 1992-ci il, 1993-cü ilin yanvar-oktyabr ayları,1994cü il, 1995-ci ilin yanvar-may ayları və oktyabr-dekabr ayıarı və 1996-cı ilin yanvar-oktyabr aylarında Quba rayonu M.Müşfiq adına kolxozda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar