Məhkəmə qərarları › İş №2-1(118)-212/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-212/2024

19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-212/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci ildən onun əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci ildən onun əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı 1975-ci ildən xx.xx.1985-ci ilə qədər Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş mis-molibden kombinatında mədən çıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi normal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq tikinti sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və 01 yanvar 2008-ci il tarixdən hal hazırkı tarixə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdırki, “o, xx xxxxxx 1954-ci ildə Ermənistan SSR Sisiyan rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildən başalamışdır: 1975-ci ildən 1985-ci ilədək Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş mis molibiden kombinatında əmək şəraiti xüsusilə zərərli olan istehsalat sahəsində işləmiçdir. “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikası Qanunun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 sentyabr tarixli qərarının icrası ilə əlaqədar olaraq Azorbaycan Respublikası Nazirlər Kabineti qaçqınların və mocburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında 15 yanvar 1993cti il tarixli 320 nömrəli qərar qəbul etmişdir. Həmin qərarda qeyd edilir ki, qaçqın və məcburi köçkün kateqoryasından olan vətəndaşlara pensiyalar "Vətandaşların pensiya təminatı haqqında” Qanunu ilə müəyyən edilən qaydada hesablanır. Belə ki, "Qaçqınların və macburi köçkünlərin statusu haqqında” təlimata və eləcədə Əmək və Əhalininin Sosial Mıdafıasi Nazirliyi tərəfindən müəyyon edilmiş qaçqınlara "Qaçqın və məcburi köçkünlərə pensiya təyinatı və hesablanması Milli Məclis tərəfından 23 sentyabr 1992-ci ildə qəbul olunmuş "Vətandaşların pensiya təminatı haqqında” Qanunu ilə nizama salınır. Həmin Qanunun 17 və 19-cu maddalarinə əsasən Milli münaqişə zəminində öz daimi yaşayış yerlərini məcburi tərk etmiş şəxslərin pensiyaları onların orta aylıq əmək haqqı barəda sənədləri tədqim etmək mümkün olmadıqda, Respublika Dövlat Statistika Komitəsi tərəfindən onların işlədikləri sahələr uzrə müəyyən edilmiş orta aylıq əmək haqqına görə hesablanır. İddiaçıya pensiya təyin edilərkən mədan çıxarma sahəsində işlədiyi uçün yüksək əmək haqqı barədə sənədləri təqdim edə bilməmişdir. Odur ki, pensiya təyin edilərkən Statistika Komitasi tərəfindən müəyyən edilmiş mədən çıxarma sahəsinin nominal orta aylıq əmək haqqı nəzərə alınmaqla təyinat aparılmalı idi. Yəni konkret halda mədən çıxarma sənayesində işlədiyi üçün ”iqtisadi faaliyyot növlarinin tasnifatna” uyğun olaraq mədən çıxarma bölməsi əsas göttürülməli idi. Axırıncı dəfə Dövlat Sosial Müdafiə Fondunun 19 may 2008-ci tarixli xx/xx-1709 sayll məktubuna uyğun olaraq Dövlət Statistika Komitəsinin 2008-ci il 6 may tarixli 6-30 nömrəli məktubuna əsasən 2007-ci ilin yekunlarına görə Azorbaycan Respublikasında iqtisadi faaliyyat növləri uzrə işçilərin orta aylıq nominal əmək haqqı barədə cədvəlinə istinadən mədən çıxarma sanayesinin orta aylıq nominal əmək haqqı 846 manat olmuşdur. Umumi iş stajl və 10 ildən artıq ağır şəraitdə işlədiyi üçün 1 Nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı aparılarkən pensiyalar 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş "Vətandaşların pensiya təminatı haqqında" Qanunun 29-cu maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır. 01 yanvar 2008-ci iı tarixdan ”Əmak pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlava və dəyişikliklarlə əlaqadar olaraq orta aylıq əmək haqqına tətbiq edilmiş məhdudiyyətin götürülməsindən sonra 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olan qanunvericilik üzrə hər bir sığorta olunanın bu qanun qüvvəyə mindiyi tarixədək qazanmış olduqları pensiya hüquqları bu qanunun müddləalarına uyğun olaraq şərti çevrilməsi hesablanmalıdır (yəni, pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınmalıdır). Bu zaman qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyası baz hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanunun qüvvəyə mindiyi güənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi hesablanmalı idi. Lakin cavabdeh bunu qanunsuz olaraq hesablamadı”.Həmin iş üzrə cavabdeh məhkəmədə bildirib ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-ci maddasina 01 yanvar 2010-cu il tarixdən edilmiş dəyişikliklərə uyğun olaraq bu qanunun qüvvayə mindiyi günədək sığortaolunanlarm qazanılmış olduğu pensiya hüquqları pensiya kapitalına çevrilmakla onların fərdi hesablarında nəzərə alınır. Bu zaman hamin dəvrə aid olan ümumi iş stajını hər ili üçün 170 manat pensiya kapitali hesablanır və sığortaolunanlarm fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə almır. Bu səbəbdən iddiaçının 19 may 2010-cu il tarixdə cavabdehə müraciəti əsasında 22 il 06 ay iş stajı nəzərə alınmaqla mövcud qanunvericiliyə uyğun olaraq, 01 aprel 2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara asasan iddiaçının iddia tələbi əsassızdır. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin araşdırmalarından sonra qəbul edilmiş 25 may 2015-ci il tarixli, 2-1 (85)-983/2015 saylı qərarı ilə iddiaçının haqlı iddia tələbi təmin edilmiş və İddiaçı 1975-ci ildən xx.xx.1985-ci ilə qədər Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş mis-molibden kombinatında mədən çıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi normal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq tikinti sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və 01 yanvar 2008-ci il tarixdən hal hazırkı tarixə qədər yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdehin verdiyi apelyasiya şikayəti Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (105)-157/201 5 aylıq qərarı ilə təmin edilmədi və həmin qərar qüvvəsində saxlanılmışdır. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin qanuni qüvvəyə minmiş 27 yanvar 2015-ci il tarixli 2(060)- 986/2015 saylı qətnaməsindən məlum olur ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1985-ci ilə qədər Ermənistan Respublikası Qafan rayonunda fəaliyyət göstərmiş mis-molibden kombinatında mədən çıxarma sahəsində pratladıcı işlməklə əmək stajı faktı müəyyən edilmişdir. Məhkəmə araşdırmaları və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən olunduğu ki, iddiaçıya 2008-ci ildən təyin edilmiş əmək pensiyası qanuni olduğu üçün onun yenidən hesablanması da qanunidir. Bütün bunlar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunub. Lakin buna baxmayaraq xx.xx.2020-ci ildə isə Cavabdeh məhkəmənin qanun qüvvəyə minmiş qərarına məhəl qoymadan Azərbaycan Respublikası Konstitusiyasını, Vətəndaşların Sosial Təminatı haqqında Azərbaycan Respublikası qanunvericiliyini, Məhkəmələr və hakimlər haqqında qanunu, Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələrini, digər qanunvericilik aktlarını və insan hüquqlarına dair qoşulduğumuz Konvensiyaları pozaraq iddiaçının əmək pensiyasını qanunsuz olaraq kəsilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin pensiyanın bərpa olunmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının bu tələbini qanunsuz olaraq təmin etməmiş və bu səbəblə iddiaçı məhkəməyə müraciət edərək həmin pensiyanın bərpa edilməsini və ödəniməyən pensiyaların cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ötən iclaslarında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ona təyin olunmuş əmək pensiyasının dayandırılma səbəbinin araşdırılmasıyla bağlı ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdən ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini birbaşa məhkəmədən xahiş etmişdir. İddiaçıya təyin olunmuş pensiya ödənişi (p/i Ns 034105, FİN xxxxxxx) 01,10.2020-ci il tarixdən dayandırılmışdır. Bu barədə İddiaçı yazılı şəkildə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onu tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq pensiya təminatı sahəsində müxtəlif risk qurupları və parametrlər üzrə aparılan araşdırmalar nəticəsində analoji hallar və şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş əmək pensiyalarının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələbinə uyğun olaraq dayandırılmışdır. Belə ki, İddiaçı hüququ olmadığı halda xx.xx.2010-cu il tarixdən əlilliyə görə daha sonra xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edildiyi aşkar edilmiş və bu səbəbdən onun əmək pensiyasının ödənilməsi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır.Qeyd olunan maddənin tələblərinə uyğun olaraq İddiaçı 18.04,2022-ci il tarixdən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.**********2 nömrəli xx.xx.2022-ci il tarixli xidməti məktuba əsasən araşdırma zamanı 2010-cu il tarixdə İddiaçı 2-ci dərəcə “ümumi xəstəlik” səbəbilə əmək pensiyası təyin edildiyi, 2012-ci il tarixdən xəstəliyin səbəbinin dəyişdirilərək hər iki gözdən əlilliyə görə 1-ci dərəcə əlillik müəyyən edildiyi və pensiya məbləğinin yenidən hesablanaraq artırıldığı aşkar edilmişdir. Eyni zamanda İddiaçı 2015-ci ildə “1975-ci ildən xx.xx.1985-ci il tarixədək Ermənistan Respublikası ərazisindəki iş stajı dövrünün nəzərə alınaraq orta aylıq əməkhaqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi normal orta aylıq əməkhaqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq tikinti sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008- ci il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Fondun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması”na dair iddia tələbi ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1 (85)-983/2015 saylı qərarı əsasında İddiaçı iddia tələbi təmin ediiişdir. Tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1 (105)-157/2015 saylı qərarı ilə təmin edilməmişdir. Sözügedən məhkəmə qərarlarına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən - 53 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək yenidən hesablanmasına, habelə 2015-ci ilin iyul ayında aylıq pensiya məbləğinin 265,31 manatdan 1403,38 manata çatdırılmasına, növbəti 2 ay ərzində 99817,20 manat məbləğin birdəfəlik ödənilməsinə nail olunmuşdur. Həmçinin, “Pensiya” altsistemində vətəndaşın pensiyasının növünün “yaşa görə” qeyd olunduğu məlum olmuşdur. Bununla belə, İddiaçı 1-ci dərəcə gözdən əlillik təyin olunduğundan yaşa görə əmək pensiyası ilə yanaşı “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobı! AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” növü üzrə 130,0 manat, habelə “1-ci dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşmadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” növü üzrə ona baxan şəxs kimi X2 (FİN 2U52VR4) 80,0 manat məbləğində təqaüd təyin olunaraq ödəniş aparıldığı məlum olmuşdur. Araşdırma dövründə Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli qurumu tərəfindən əlillik vəziyyətinin əsaslığının yoxlanılması ilə əlaqədar İddiaçı yaşadığı ünvanda nəzarət qaydasında müayinə olunmuş, nəticədə təyin olunmuş əlillik dərəcəsinin əsaslı olmadığı müəyyən edilmiş, bu barədə X1 sədrinə xidməti məktubla məruzə edilmişdir. Göstərilənlərlə yanaşı, Nazirliyə dəvət edilmiş İddiaçı bilavasitə iştirakı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq sənədlərinin araşdırılması nəticəsində onun əmək pensiyası almaq hüququnun olmadığı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa zidd təyin olunduğu xx.xx.2008-ci il tarixdən ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixədək cəmi 217815,53 manat məbləğin əsassız ödənildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ötən iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir.Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsasən inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı iş üzrə məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli, 2-1 (85)-983/2015 nömrəli qərarının icra vəziyyəti ilə bağlı ayrıca ərizə ilə icra icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2015-ci il tarixli qərarı qüvvədə olması səbəbindən hazırkı iddia tələbinə müstəqil iddia tələbi çərçivəsində baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci ildən onun əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar