Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2121/2021 22.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi–Sosial Ekspert Komissiyasına qarşı ona “Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, anadangəlmə ailəvi-irsi Vazoangiopatiya, diffuz şəkildə yayılmış Venodisplaziya, xroniki venoz çatmamazlıq İİİ dərəcə, hər iki aşağı ətrafda ikincili limfostaz, birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə” diaqnozu ilə 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi–Sosial Ekspert Komissiyasına qarşı iddia qaldıraraq ona “Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, anadangəlmə ailəvi-irsi Vazoangiopatiya, diffuz şəkildə yayılmış Venodisplaziya, xroniki venoz çatmamazlıq İİİ dərəcə, hər iki aşağı ətrafda ikincili limfostaz, birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə” diaqnozu ilə 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə 21 oktyabr 2021-ci il tarixdə İddiaçı “məhkəməyə olan müraciətini ləğv edib, sənədlərinin geri qaytarılması”na dair ərizəsi daxil olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi–Sosial Ekspert Komissiyasına qarşı ona “Periferik damar sisteminin digər anadangəlmə anomaliyaları, anadangəlmə ailəvi-irsi Vazoangiopatiya, diffuz şəkildə yayılmış Venodisplaziya, xroniki venoz çatmamazlıq İİİ dərəcə, hər iki aşağı ətrafda ikincili limfostaz, birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, sağ tərəfli konduktiv tip ağır eşitmə” diaqnozu ilə 3-cü qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2121/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2121/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver