Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2127/2025 21.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən, 21 sentyabr 2020ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini dükan kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə yaşayış evinin 1-ci mərtəbəsinin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı Sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. 01 iyul 2024-cü il tarixdə iddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək ünvan 4 ünvanda yerləşməklə 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə 05 iyul 2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmiş, ünvan 4 ünvanda yerləşməklə 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata almaqdan və bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən faktiki olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etməkdədir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 14 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi,vəkili iddia ərizəsinə qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, habelə məhkəməyə iddia tələbinə dair yazılı münasibəti ifadə edən sənəd təqdim edilməmişdir. Bununla da, iddia tələbinə dair cavabdeh orqan tərəfindən İddiaçı ərizəsinin icra edilməməsinə dair faktiki olaraq hər hansı bir sənəd mövcud olmamaqdadır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10302 reyestr nömrəli Çıxarışla göründüyü üzrə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam mülkiyyətindədir İşə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 951 inventar nömrəli fərdi yaşayış evinin Texniki pasportu da əlavə edilmişdir. İddiaçı müraciəti əsasında ona Qusar şəhəri, Azadlıq küçəsi 25 ünvanında yerləşən ümumi sahəsi 0,0398 ha olan torpaq sahəsindəki zirzəmi və ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən 152.9 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini nəzərdə tutan Qusar rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli, 5 nömrəli Sərəncamı da işə əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61-10302 reyestr nömrəli Çıxarışla tam mülkiyyət əsasında iddiaçıya məxsusdur. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Qusar şəhəri olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfinədən “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş müddət ərzində iddiaçıya hər hansı bir cavab verilməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Qusar şəhəri olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi 20-ci maddə: Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1-ci maddə: Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2-ci maddə: Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.4-cü maddə: Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5.2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2020-ci il tarixli **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini dükan kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə yaşayış evinin 1-ci mərtəbəsinin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı Sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. 01 iyul 2024-cü il tarixdə iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ünvan 4 ünvanda yerləşməklə 21 sentyabr 2020ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə 05 iyul 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinə qanunla müəyyən edilmiş qayda və müddətdə cavab verilməməsi iddiaçının ərizəsinin icrasından imtina edilməsi kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən, Xaçmaz rayon Poçt Filialından daxil olmuş Teleqramla iddiaçının cavabdeh orqana müraciəti üzrə ərizəsi xx.xx.2024-cü il tarixdə cavabdeh orqana təhvil verildiyi müəyyən edilmişdir. Bununla belə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciəti cavablandırılmamış, həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 26 avqust 2024-cü il tarixli Sərəncamına hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbi üzrə iş materiallarını tədqiq edərək hesab edir ki, ünvan 1 ünvanda yerləşən, 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsində qeyd olunur ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Məhkəmə tərəfindən iş materialları tədqiq olunarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci maddəsinin müddəalarında qeyd olunmuş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilməsi hallarının mövcud olmaması, yəni yaşayış sahəsinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəlişin mümkün olması, habelə İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməsinə dair Qusar Rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 2021-ci il tarixli 5 saylı Sərəncamının qüvvədə olması səbəblərindən məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlara, müvafiq qanunvericilik aktlarına, mübahisə edilən fərdi yaşayış evinin Çıxarış əsasında iddiaçıya məxsus olması faktına, iddia tələbi üzrə üçüncü şəxslərin maraqlarına toxunulmaması və mübahisənin mövcud olmaması hallarına istinad edilərək iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən, 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən, 21 sentyabr 2020-ci il tarixli, **********61-10302 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev