Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2128/2021 01.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X3 Satışı İdarəsi Şabran elektrik şəbəkəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23.09.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş) min manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərdən çəkinməyə məcbur edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X3 Satışı İdarəsi Şabran elektrik şəbəkəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23.09.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş) min manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərdən çəkinməyə məcbur edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq iş materialları üzrə araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi X1 25.10.2021-ci il tarixində telefonoqram vasitəsi ilə məhkəməyə dəvət olunmuşdur. Bundan başqa iddiaçının nümayəndəsi ilə mobil rabitə vasitəsilə əlaqə saxlanılmış, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak edə bilməyəcəyini və işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran rayonu Sincanboyad kəndində 121,0 kv.m fərdi yaşayış evi vardır. 22 sentyabr 2021-ci il tarixdə təxminən saat 19-20 radələrində ona məlum oldu ki, fərdi yaşayış evində elektrik sayğacının plombu qırılıb. Bu barədə “Şimal” X3 və Satışı İdarəsinə məlumat vermiş, həmin xidmətdən Zaman adlı mütəxəssis ona bildirdi ki, onlar bundan xəbərsizdirlər. İddiaçı dərhal "xxxx"-ın qaynar xəttinə zəng vurmuş, ona bildirmişlər ki, 102-yə zəng etsin, 102 xidmətinə zəng etdikdən və polis araşdırmasından 1 gün sonra 23.09.2021-ci il tarixdə Şabran elektrik Şəbəkəsindən yaşayış evinə verilən elektrik enejisinin onlar tərəfindən dayandırıldığını etiraf etmişlər və ona söz vermişlər ki, sentyabrın 24-də elektrik enerjisinin verilməsini bərpa edəcəklər. Həmin tarixdə enerjinin verilməsi bərpa olunmadığı üçün o Şabran rayonuna getməyə məcbur olmuş, Şabran elektrik Şəbəkəsinin rəisi Vaqif Mirzəyev şəxsən özü onunla fərdi yaşayış evinə baxış keçirdi və bildirdi ki, işığını qanunsuz kəsiblər və onu əmin etmiş ki enerjinin verilməsi 27 sentyabrda bərpa ediləcək. 27 sentyabrda fərdi yaşayış evinə enerjinin verilməsi bərpa olunmadı. Bundan sonra ona məlum oldu ki, onun mülkiyyətində olan fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi 22.09.2021 -ci il tarixdə heç bir səbəb və əsas olmadan dayandırılmış və onun bununla bağlı müvafiq qurumlara müraciətimdən sonra növbəti gündə yəni 23.09.2021-cİ il tarixdə Şabran elektrik şəbəkəsinin vəzifəli şəxsləri özlərinin qanunsuz əməllərini ört-basdır etmək üçün hüquqdan sui-istifadə edilməklə qanunsuz və əsassız olaraq mülkiyyətçinin və ya nümayəndəsinin iştirakı təmin olunmadan, qərəzli şəkildə 23.09.2021-ci il tarixli, ******* nömrəli protokola əsasən elektrik enerjisinin verilişi dayandırıldı. Hesab edir ki, həmin Ptotokol qanunsuz və əasız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti "xxxx" ASC-nin Şimal X3 Satışı İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23.09.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş) min manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərdən çəkinməyə məcbur edilməsindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən məlum olur ki, Şabran rayonunun Sincanboyad kəndində yerləşən və ümumi sahəsi 121.2 m2 olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evinə 18873681 saylı sayğac quraşdırılmış və istehlakçı olan iddiaçı ilə elektrik enerjisinin satışı ilə bağlı müqavilə bağlanılaraq fərdi yaşayış evinə **********00173 saylı abonent kodu verilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında elektrik enerjisinin dayandırılması ilə bağlı yaranmış mübahisə əsasları tərəflər arasında elektrik enerjisi satışının həyata keçirilməsi barədə bağlanmış sazişin müddəalarından irəli gəlir. Məhkəmə hesab edir ki, müqavildən irəli gələn tələblərin yerinə yetirilməməsi ilə bağlı mübahisələrin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XXİİ fəslində (442-447-ci maddələri) göstərilib və həmin tələblərin əsasında tərəflər arasında yaranmış mübahisələrə ümumi məhkəmələr tərəfindən mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 13-cü bəndində göstərilir ki, “Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.” Göründüyü kimi İddiaçı cavabdeh "xxxx" ASC-nin X4 Təhcizatı Satışı İdarəsinin Şabran Elektrik şəbəkəsinə qarşı elektrik enerjisinin dayandırılması ilə bağlı yaranmış mübahisənin əsası tərəflər arasında elektrik enerjisi satışının həyata keçirilməsi barədə bağlanmış sazişin müddəalarından irəli gəlir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X3 Satışı İdarəsi Şabran elektrik şəbəkəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23.09.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş) min manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərdən çəkinməyə məcbur edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Qeyd olunan iddia tələbinə dair ərizə ilə cavabdeh təşkilatın olduğu yer üzrə ümumi şəhər (rayon) məhkəməyə müraciət etməsi hüququnun olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal X3 Satışı İdarəsi Şabran elektrik şəbəkəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, 23.09.2021-ci il tarixli, ******* nömrəli protokolun ləğv edilməsi, 5000 (beş) min manat kompensasiyanın ödənilməsi, vəzifəli şəxs Vaqif Mirzəyevin qanunsuz hərəkətlərdən çəkinməyə məcbur edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2128/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2128/2021
01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver