Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2129/2022 13.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı “X2” MMC-nin direktoru İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə,Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt Şəhər bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri,10-cu mikrorayon, Babək prospektində MMC tərəfindən inşa edilmiş 6 mərtəbəli və xx.xx.2007-ci ildə inşası dayandırılmış 12 mərtəbəli yaşayış binalarında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyətinə, o cümlədən Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə qoyulmasını, Sumqayıt şəhər 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı “X2” MMC-nin direktoru İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə,Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt Şəhər bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri,10-cu mikrorayon, Babək prospektində MMC tərəfindən inşa edilmiş 6 mərtəbəli və xx.xx.2007-ci ildə inşası dayandırılmış 12 mərtəbəli yaşayış binalarında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyətinə, o cümlədən Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə qoyulmasını, Sumqayıt şəhər 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti hündür mərtəbəli yaşayış binaların inşa edilməsi ilə bağlı olmuşdur. Belə ki, Şakir Hüseynov adlı şəxslə aralarında bağlanmış podrat müqaviləsi əsasında ona Sumqayıt şəhəri ərazisində ayrılmış torpaq sahələrinin üzərində 4 ədəd 17 mərtəbəli və 3 girişli 12 mərtəbəli binaların inşasına başlanılmışdır. Fövqalədə Hallar Nazirliyi tərəifndən inşa etdirdiyi binaların inşası dayandıırlmışdır. X1 və onun barələrində açılmış cinayət işinin nətiəcsi olaraq baraəklərində məhkəmənin hökmü ilə müxtəlif cəzalar verilmiş və yaşayış binalarının inşasının davam etditilərək vətəndaşlara təhvil verilməsi öhdəliyi qoyulmuşdur. Bir müddət sonra Şakir Hüseynov cəzaçəkmə müəssisəsndə vəfat etmişdir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Sumqayıt Bələdiyyəsi tərəfindən onun adına ayrılmış torpaq sahəsinə dair verilmiş qərarlar ləğv edilmiş və binaların sökülməsi haqqında qətnamə qəbul edilmişdir. Lakin həmin binalar hələ sökülməmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-76/09 saylı hökmünün icra edilməsi məqsədi ilə həmin binalarda qanunsuz fəaliyyət göstərən şəxslərin fəaliyyəti dayandırılmalıdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2120/2011 saylı xx.xx.2011-ci il tarixli qətanməsi ilə Şakir Hüseynovun adına ayrılmış torpaq sahələrinə dair bələdiyyə qərarları ləğv edildiyi üçün həmin torpaq sahələri iddiaçının təmsil etdiyi MMC-nin adına rəsmiləşdirilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının azadlıqdan məhrumetmə cəzasının istintaq təcridxanasında çəkməsi səbəbindən onun inzibati icraat çərçivəsində məhkəmə iclasında təmin edilməsi mümkün olmadı. Belə ki, qanunvericiliyin tələbləri baxıından cinayət işinə baxan məhkəmənin qərarı əsasında müvəqqəti saxlama yerinə etap olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə verilmiş iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər verilmiş iddia tələbinə rəsmi münasibət bildirməmişdirlər. Sumqayıt şəhər İcra Hakimiyyəti iddiaçının anoloji iddia tələbi ilə bağlı Bakı İnzibati və Bakı Apellyasiya Məhkəmələrinin qərardadlarının surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırıldıqdan sonra məlum olmuşdur ki, iddia tələbinin birinci hissəsi, yəni inşası dayandırılmış binalarda kənar şəxslərin fəaliyyətinin dayandıırlması rayon icra hakimiyyətinin fəaliyyət istiqamətlərinə aid deyil. Belə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyətlərinin üzərinə başqa şəxslərin mülkiyyətində və ya sahibliyində olan əmlaklarda qanunsuz fəaliyyət göstərən şəxslərə məhdudiyyət qoyulması səlahiyyəti mövcud deyil. Hesab olunur ki, qeyd olunan tələb ilə bağlı qanunsuz fəaliyyətin növündən asılı olaraq nəzarət funksiyasına malik olan qurumlara müraciət olunmalıdır. İddia tələbinin Sumqayıt Bələdiyyəsinin üzərinə torpaq sahələri ilə bağlı “X2” MMC ilə bələdiyyə arasında müqavilənin rəsmiləşdirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt bələdiyyəsi diskression səlahiyyətlərindən istifadə edərək mülkiyyətində olan torpaq sahəsinin vətəndaşlara ayrılmasında sərbəstdir və məhkəmə tərəfindən inzibati orqanın diskression səlahiyyətinə müdaxilə edilməsi yolverilməzdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyin tələbləri baxımından torpaq sahələri hüquqi şəxslərə yalnış hərrac vasitəsi ilə ayrıla bilər.Yəni mübahisə predmeti olan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin birbaşa qərarı əsasında hər hansı bir hüquqi şəxsə ayrıla bilməz. Sonda məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində müxtəlif təşkilatlara qarşı müxtəlif tələblərin bir iddia tələbində verilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “X2” MMC-nin direktoru İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə,Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt Şəhər bələdiyyəsinə qarşı “Sumqayıt şəhəri,10-cu mikrorayon, Babək prospektində MMC tərəfindən inşa edilmiş 6 mərtəbəli və xx.xx.2007-ci ildə inşası dayandırılmış 12 mərtəbəli yaşayış binalarında qanunsuz fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırılması öhdəliyinin Sumqayıt şəhər icra Hakimiyyətinə, o cümlədən Memarlıq və Şəhərsalma İdarəsinin üzərinə qoyulmasını, Sumqayıt şəhər 10-cu mikrorayon, Babək prospekti ünvanında yerləşən 1,7 ha torpaq sahəsinin "xxxx" MMC-nin adına rəsmiləşdirilməsi öhdəliyinin Sumqayıt Bələdiyyəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2129/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2129/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver