Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2132/2021 09.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə qarşı “cavabdeh orqan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinin hərəkət(hərəkətsizliyini) qanunsuz hesab edib, Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2 ünvanına dair iddiaçı ilə kirayə (sosial) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinə qarşı iddia qaldıraraq “cavabdeh orqan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Təsərrüfat və Mənzillərin Uçotu Şöbəsinin hərəkət(hərəkətsizliyini) qanunsuz hesab edib, Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2 ünvanına dair iddiaçı ilə kirayə (sosial) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının qəbul edib qoşulduğu beynəlxalq müqaviləyə əsasən(öhdəlik) “İnsan haqları və Huquqları” uzrə qəbul olunmuş Konvensiyasının maddə 8 -ci maddəsi tələbi baxımından; Hər bir şəxs oz şəxsi həyatına, ailəsinə və yaşayışına hörmətlə yanaşılma huququna malikdir. Belə hüquqların həyata keçirilməyinə məhdudiyyət qoyulması, müdaxilə edilməsi doviət və ictimayi orqanlar tərəfindən yol verilməyir. Yalnız belə hallar qanunvericilik baxımından və demokratik cəmiyyətin ictimayi qayda pozuntusunun aradan qaldırılmashvə ya cinayət əməlinn qarşısının alınması, sağlam mənəviyyatın qorunması və yaxud başqa şəxslərirn hüquqlarının müdafiəsində yol verilir. Beləki, yuxarıda qeyd edilmiş ( H.Zeynalabdin qəsəbəsi, ünvan 1 ünvanda iddiaçı 2000-ci il tarixdən köçərək tam istifadə əsasında yaşayır. Mənzilin tam istifadəsində olması və bunun əsasında cavabdeh orqana mənzil (sosial icarə) müqaviləsinin bağlanılması barədə müraciət etmiş, cavabdeh orqan iddiaçının hüququna təminat verməyərək yayınmışdır. Azərbaycan Respublikasının Mənzi Məcəlləsinin- Maddə 2. Mənzil hüquqlarının əsasları 2,1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi, ev 1, mənzil 2 ünvanına dair iddiaçı ilə kirayə (sosial) müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulmasını istəyir. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığına və kirayə müqaviləsi ilə bağlı yaranan hüquq münasibətlərinin publik hüquq sahəsinə aid olmadığına görə, belə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müqavilə öhdəlikləri inzibati məhkəmə icraatının predmetini təkil etmir, inzibati məhkəmə icraatı qaydasında inzibati orqandan inzibati aktın qəbul edilməsi tələb edilə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçıya izah edilsin ki, müqavilə öhdəlikləri ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(118)-2132/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2132/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver