Məhkəmə qərarları › İş №2-1(118)-2134/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2134/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2134/2022 29.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü illərdə 35 №-li Texniki Peşə məktəbində təhsil almışdır. Təyinatla Sumqayıt şəhərində fəaliyyət göstərən M.Əzizbəyov adma X8 zavodunda işə göndərilmişdir. Həmin zavodda xx.xx.1974-cü ildən xx.xx.2012-ci ilə qədər işləmişdir. May 1975-may 1977-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2012-09.07.202İ-ci illərdə “Azərkimya” İB-nin Təmir-Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı 48 ildir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin İО80Л01 0 şifrinə əsasən İ saylı siyahıda sadalanan xlor. kaustik soda istehsalı sahəsində 38 il işləmişdir. Zərərli istehsal şəraitində işlədiyinə 52 yaşı tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, hal-hazırda qüvvədə olan '"Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında" qanun xx.xx.2006-cı ildə qəbul edilmişdir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin a) bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu iş dövrünün İ0 ilini ARsı NK-nın xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi AR-nın xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanunun l-ci bəndinə əsasən 1997ci il avqustun 1-dən 2000-ci il avqustun İ-dək hər il bir ay artırılmışdır. Beləliklə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 9.8-ci maddəsinə görə mənim xx.xx.1997-ci il tarixinə qədər 24 il ümumi və 23 il İ №li siyahı üzrə iş stajı olduğundan ona 50 yaşı tamam olan tarixdən pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı ərizə ilə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 50 yaşı tamam olan tarixdən, yəni 11,06.2006cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubda ona 11 iyun 2006-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmiş və əmək pensiyasının məbləği barədə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bildirirlər ki, X1 X5 Sistemindən əldə olunan məlumata əsasən, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müraciəti əsasında xx.xx.2008-ci il tarixli qərarla xx.xx.2006-cı il tarixdən təyin edilmişdir (qoşma əlavə olunur). Eyni zamanda iddiaçının adına açılmış 144036 №-li uçot vərəqində ona xx.xx.2006cı il tarixdən, yəni 50 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əks olunmuşdur (qoşma əlavə olunur). İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati-Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavadehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini istəyir və bildirir ki, ona pensiya 52 yaşından xx.xx.2008-ci il tarixdə təyin edilmişdir. Lakin bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın təqdim etdiyi sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçıya müraciəti əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2008-ci il tarixli qərarla xx.xx.2006-cı il tarixdən təyin edilmişdir. (X1 X5 Sistemindən Çıxarış və 144036 saylı pensiya uçot vərəqəsi) Göründüyü kimi iddiaçıya əmək pensiyası xx.xx.2006-cı il tarixdən təyin edilmişdir və iddiaçının tələbi təmin edildiyinə görə hazırkı iddia tələbinə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar