Məhkəmə qərarları › İş №2-1(118)-2137/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2137/2021

10.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2137/2021 10.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Torpaq hərrac və müasbiqə komissiyasına qarşı “13.12.2012-ci il tarixli AN-İ №0327559 saylı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Torpaq hərrac və müasbiqə komissiyasına qarşı “13.12.2012-ci il tarixli AN-İ №0327559 saylı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq iş materialları üzrə araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illər Xaçmaz rayonu, Xaçmaz şəhəri, M.S.ünvan 1 ünvanında yerləşən 12 sot torpaq sahəsi və torpaq üzərində tikililər mülkiyyətində və istifadəsində olmuşdur. Lakin həmin tikili və tikinti altı torpaq sahəsinin 0,05822 sotunu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışla 08.06.2011-ci ildə adına rəsmləşdirə bilmişdir.Həmin dövrlərdə bir adamın adına 6 sotdan artıq torpaq sahəsinin rəsmləşdirilməsinin qanunla qadağan olunduğunu bəhanə edərək qalan 6 sotu adına rəsmləşdirməmişlər. Buna baxmayaraq həmin torpaq sahəsi onun tərəfindən münbitləşdirilmış, müxtəlif növ ağaclar əkilmiş, becərilmişdir. Həmçinin torpaq sahəsinin qorunması, torpaq haqqının ödənilməsi, mühafizə edilməsi onun və digər ailə üzvləri tərəfindən həyata keçirilməklə istifadəsində və faktiki mülkiyyətində olmuşdur. Əfsuslar olsun ki, yaxın qohumu üçüncü şəxs Xaçmaz şəhər bələdiyyəsi ilə əlbir olaraq onun xəbəri, məlumatı, razılığı olmadan 13.12.2012-ci ildə AN-İ N-0327559 saylı alqı-satqı müqaviləsi ilə 6 sot torpaq sahəsini X1 adına rəsmləşdırmışlər. Üçüncü şəxs həmin alqı satqı müqaviləsi əsasında 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək onun adına Dövlət reyestri xidməti idarəsində qeydiyyata alınmasım xahiş etmişdir. Sözügedən idarə tərəfindən üçüncü şəxs X2 və etibarnamə əsasında nümayəndəsinə **********79 saylı, 04.05.2021-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, “həmin yerin ölçüsü uyğun deyil, həm də adınıza rəsmləşdirmək istədiyiniz torpaq sahəsi digər şəxsin, yəni mənim istifadəmdə, faktiki mülkiyyətimdə olduğundan dövlət reyestrində qeydə alınmadan imtina edilir”. Hesab edir ki, istər alqı-satqı müqaviləsi, istərsə də bu hərəkət və ya hərəkətsizliklər ali qanunvericiliyimizin tələblərinə zidd olmuş, qanunla qorunan Konstıtusıyoıı hüquqlarım çox ciddi şəklidə pozulmuşdur. Eyni zamanda bu əməliyyatları həyata keçirən şəxslərin əməlləri əmlakının qanunsuz olaraq mənimsənilməsinə yönəlmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək səhəti ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini, iddia tələbinə mahiyyəti üzrə baxıb və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Belə ki, hazırkı iddia tələbinin predmeti Xaçmaz şəhər bələdiyyəsi ilə X4 arasında bağlanmış 13.12.2012-ci il tarixli AN-İ N-0327559 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, əqdlərin və ondan sonra yaranmış hüquqi nəticələrin ləğv edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-424-cü maddələrində göstərilib və həmin tələblərin əsasında tərəflər arasında yaranmış mübahisələrə ümumi məhkəmələr tərəfindən mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmələr tərəfindən baxılacaq iddia tələblərinin növləri göstərilmiş və iddia tələbinə cavab verməli tərəfin inzibati orqan olmasının zəruriliyi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.” Göründüyü kimi X3 Xaçmaz şəhəri, M.S.ünvan 2 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə gələcəkdə mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün əsas 13.12.2012-ci il tarixli AN-İ N-0327559 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Torpaq hərrac və müasbiqə komissiyasına qarşı “13.12.2012-ci il tarixli AN-İ №0327559 saylı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Alqı-satqı müqaviləsindən irəli gələn hüquqlarının müdafiəsinə dair ərizəsi ilə cavabdeh təşkilatın olduğu yerin ümumi (şəhər, rayon) məhkəməsinə müraciət hüququnun olması iddiaçıya izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Xaçmaz şəhər Bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz Torpaq hərrac və müasbiqə komissiyasına qarşı “13.12.2012-ci il tarixli AN-İ №0327559 saylı alqı-satqı müqaviləsinin və digər hüquqi sənədlərin ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar