Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-214/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X14 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 26, mənzil 45-də yaşayan iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında düzəliş edilməsi və Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında düzəliş edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi cəlb edilmiş, məhkəmənin eyni tarixli qərardadı ilə X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Digah kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 90,3 kv m, yaşayış sahəsi 30 kv m olan fərdi yaşayış evi və 0,12 ha həyətyanı torpaq sahəsi iddiaçının mərhum atası X1 məxsus olmuşdur. İddiaçının mərhum atası 11 avqust 1993-cü ildə təsdiq edilən və notariat reyesterində 14 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnaməyə əsasən ona məxsus bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçının atası X2 1995-ci ildə vəfat etmişdir, onun birinci növbə vərəsələri iddiaçı və onun iki qardaşı - X13, X9 olmuşdur. Atasının vəfatından sonra iddiaçı mirası faktiki qəbul edərək ona sahiblik etmişdir. Digər vərəsələr olan qardaşları Azad və Çingiz 25 oktyabr 2000-ci ildə Quba rayon Dövlət Notariat Kontoruna ərizə ilə müraciət edərək mirasdan məcburi paylarından könüllü imtina etmişlər. Qeyd olunan vəsiyyət və qanun üzrə digər vərəsələrin mirasdan məcburi paylarından könüllü imtina ərizələri əsasında iddiaçıya 26 oktyabr 2000-ci il tarixli 2V-86 nömrəli “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə təqdim olunmuşdur. Daha sonra Quba rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçıya qeyd olunan fərdi yaşayış evinə dair 1 noyabr 2000-ci il tarixli 685 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli 4 saylı qərarı ilə torpaq onun mülkiyyətinə verilmişdir və bu sənəd əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsinin müdiri və Dövlət Yerquruluşu Layihə İnstitutunun vəzifəli şəxsinin imzası ilə JN-109F KOD 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi kimi iddiaçı göstərilmişdir. Lakin iddiaçı daçınmaz əmlakın dövət reystrindən çıxarış almaq istədikdə ona cavab verilmişdir ki, həmin şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında başqa şəxsin adı qeyd olunmuşdur. İddiaçı həmin texniki səhvin aradan qaldırılması üçün daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin 29 iyul 2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi ktabında X7 adı qeyd edilmişdir. Halbuki, iddiaçının qardaşı Quliyev Azad 25 oktyabr 2000-ci ildə Quba rayon Dövlət Notariat kontoruna ərizə ilə müraciət edərək mirasdan məcburi payından könüllü imtina etmişdir. Cavabdeh heç bir hüquqi araşdırma aparmadan formal olaraq hüquqların qeydiyyatı üçün əsas olan sənədlə arxiv sənədinin məlumatlarının uzlaşmaması səbəbilə iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs Azad Quliyev məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 01 noyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən ikimərtəbəli, iki otaqlı, ümumi sahəsi 90,3 kv m, yaşayış sahəsi 30 kv m olan fərdi yaşayış evi İddiaçı Balasoltan oğlunun adına qeydə alınmışdır. -JN-109F KOD 30327028 seriyalı Toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1993-cü il tarixli 04 saylı qərarı əsasında İddiaçı Balasoltan oğluna 0,12 ha torpaq sahəsi ayrılmışdır. -X11 tərəfindən verilmiş və Xuçbala kənd İcra hakimiyyətinin nümayəndəsi X10 tərəfindən təsdiq edilmiş 11 avqust 1993-cü il tarixli vəsiyyətnamədən görünür ki, X11 0.12 ha torpaq sahəsində olan iki mərtəbəli yaşayış evini və onun içərisində ona məxsus olan bütün ev əmlakını oğlu X16 vəsiyyət etmişdir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 avqust 1993-cü il tarixdə təsdiq edilən vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi İddiaçıdur. - X17 və X25 tərəfindən verilmiş razılıq ərizələrindən görünür ki, mərhum ataları X4 adına olan evin və torpaq sahəsinin qardaşları İddiaçı Balasulta oğlunun adına keçirilməsinə etiraz etmirlər. -fevral 1989-cu ildə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin texniki pasport X8, sonradan İddiaçı adına Quba rayonu Digah kəndində yerləşən yaşayış evinə dair tərtib edilmişdir. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 16.12.2021-ci il tarixli cavab məktubuna əlavə edilmiş JN -109 F KOD 30327028 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1993-cü il tarixli 04 saylı qərarı əsasında Quliyev Azad Soltan oğluna 0.12 hektar torpaq sahəsi ayrılmışdır. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişindən görünür ki, şəhadətnamənin arxiv nüsxəsində və təhvil verilmiş şəhadətnamələrin verilməsi ktabında X7 adı qeyd olunduğundan iddiaçının müraciətinin təmin edilməsi mümkün olmamışdır. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 28.04.2021-ci il tarixli məktubdan görünür ki, JN-109F KOD30327028 seriyalı toprağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında başqa şəxsin adı qeyd olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə araşdırması zamanl müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ atası X4 vəsiyyətnaməsi əsasında 01 noyabr 2000-ci il tarixdə qeydə alınmışdır. Vərəsəlik hüququ üzrə şəhadətnmaənin verilməsi ilə bağlı notariat işindən görünür ki, iddiaçının digər qardaşları X25 və X17 atalarından qalan mirasfan, yəni yaşayış evi və həyətyanı torpaq sahəsindən iddiaçının xeyrinə imtina etmişlər. Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ciil tarixli 4 saylı qərarı əsasında iddiaçıya verilən Torpağa mükiyyət hüququna dair şəhadətnamədə mülkiyyətçi kimi İddiaçı adı göstərilmişdir. Lakin şəhadətnamənin arxivdə saxlanılan nüsxəsində və şəhadətnamələrin təhvil verilməsi kitabında mülkiyyətçi kimi qüardaşı X15 adı qeyd edilmişdir. Bununla bağlı ididaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüquqununun qeydə alınmasından imtina edilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin və s. altında olan torpaqlar əvəzsiz onların mülkiyytinə verilir. İş materiallarına əlavə edilmiş Quba rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən 01.11.2000-ci il tarixdə verimiş qeydiyyat vəsiqəsi ilə Quba rayonu Digah kəndində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 90.3 rv m, yaşayış sahəsi 30.0 kv m olan fərdi yaşayış evinin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçı X3 mülkiyyətinə keçməsi sübuta yetirilir. Həmin şəhadətnamənin verilməsi üçün əsas olmuş 11.08.1993-cü il tarixli vəsiyyətnamədən də evin və 0.12 ha həyətyanı torpaq sahəsinin iddiaçının atası Quliyev Sultan Qurbanəli oğluna məxsus olması görünür. Belə olan halda ləğv edilmiş DTXK Quba rayon şöbəsi tərəfindən həmin evin yerləşdiyi torpaq sahəsinə dair verilmiş şəhadətnamənin arxivdə saxlanılan nüsxəsində iddiaçının qardaşı X19 adının qeyd edilməsi əsassız olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən torpaq sahəsinə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada əld etmişdir, lakin texniki səhv üzündən şəhadətnamənin arxivdə saxlanılan nüsxəsində və şəhadətnamələrin təhvil verilməsi kitabında onun adının əvəzinə qardaşı X15 adı göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-109F KOD30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və şəhadətnamələrin verilməsi kitabında mülkiyyətçinin adının İddiaçı adına dəyişdirilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu Digah kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş JN-109F KOD30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin arxiv nüsxəsində və şəhadətnamələrin verilməsi kitabında mülkiyyətçinin adının İddiaçı adına dəyişdirilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-214/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-214/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver