Məhkəmə qərarları › İş №2-1(118)-214/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-214/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-214/2023 13.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8, Cavabdehin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “cavabdehin qəbul etdiyi 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəal iyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. Quba Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli, 217 nömrəli sərəncamı ilə Qum-çınqıl karxanasının yaradılması üçün Qudyalçay çayı yatağından 3,0 ha ərazi "xxxx" MMC-nin istifadəsinə verilmiş və Bakı şəhər sakini Elvira Muradovanın istifadəsinə və onun tərəfindən "xxxx" MMC-nin subicarəsinə verilmiş 2,0 ha torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 5,0 ha torpaq sahəsindən qum-çınqıl karxanasının yaradılmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 01149 nömrəli, xx.xx.2019-cu il tarixli aktla “Qudyalçay” qum-çmqıl yatağında qum-çınqıl hasilatı "xxxx" MMC-yə ayrılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X3 15 dekabr 2020-ci il tarixli, 36/185 nömrəli məktubuna əsasən, su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman guya "xxxx" MMC-yə ayrılmış 5 ha yer təki sahəsindən kənarda 16,980 m3 qum-çmqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı guya xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Halbuki, iddiaçı Azerbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X3 cavabdeh "xxxx" MMCyə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair Şirvan Kommersiya Məhkəməsinə ünvanladığı iddia ərizəsində “"xxxx" MMC-yə ayrılmış 5 ha yer təki sahəsindən kənarda 85.000 m3 qum-çmqıl qarışığı hasil edildiyi” qeyd edilmişdir. Yaranmış ziddiyyətdən də görünür ki, cavabdeh orqanın araşdırması və apardığı bütün monitorinqlər tamamilə əsassız və qanunsuzdur. 29 oktyabr 2020-ci il tarixdə onların məlumatı olmadan və iştirakı təmin edilmədən “Qudyalçay” yatağı ünvanında yoxlama keçirilmiş və eyni tarixli akt tərtib edilmişdir. Həmin akt onlara yalnız 31 yanvar 2022-ci il tarixdə, yəni 1 il 4 aydan çox müddət keçdikdən sonra təqdim edilmişdir. Akta göstərilir ki, guya əraziyə baxış zamanı müəyyən olunmuşdur ki, mərz nişanları tam olaraq mövcud deyil. Markşeyder planında qeyd olunan 4-cü nöqtəsi yanlışdır. Həmin əsassız və qanunsuz yoxlamanın nəticələri əsas gətirilməklə, X14 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-yə yerin təkindən istifadə üçün verilmiş hüquq 3 ay müddətinə, xx.xx.2021-ci il tarixədək dayandırılmışdır.Sözügedən qərar onlara yalmz xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.X14 83 nömrəli, 27 may 2021-ci il tarixli Qərarı ilə "xxxx" MMC-nin yerin təkindən istifadə üçün verilmiş hüququ ləğv edilmişdir. Digər qərarlar kimi də, sözügedən qərar da onlara, xeyli müddət sonra xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Hesab edir ki, 29 oktyabr 2020-ci il tarixli, 000012 nömrəli akt əsasında qəbul edilmiş 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı və 83 nömrəli, 27 may 2021-ci il tarixli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Əvvəla qeyd etdi ki, cavabdeh tərəfindən aparılmış heç bir yoxlama zamam bizim iştirakı təmin edilməmiş, məlumat verilməmiş, qərarlar xeyli müddət keçdikdən sonra yalnız onların tələbi əsasında təqdim edilmiş, birtərəfli qaydada araşdırma aparılmışdır. Bundan əlavə, “Yərin təki haqqında” AR Qanunun 1-ci maddəsinə görə, yerin təki— yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral- xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsidir. Göründüyü kimi, yerin təki dedikdə, yer səthinin dibində yerləşən qatı nəzərdə tutulur ki, tərəfimizdən yer səthinin dibində yerləşən, yerin üst səthindən 3 metr dərinlikdən aşağıda olan qatma hər hansı zərər vurulması mümkün hal deyildir. İddiaçı tərəfindən göstərilən sahədə istehsal prosesində torpaq sahələrinin yerləşdiyi planda göstərilən hüdudlardan kənarda heç bir hasilat edilməmişdir, ekologiyaya heç bir ziyan vurulmamışdır. Bundan əlavə, hasilat barədə aidiyyatı orqanlara vaxtı-vaxtında tələb olunan hesabatlar verilmiş və yaranmış öhdəliklə bağlı ödənişlər həyata keçirilmişdir. Həmçinin, onlardan əvvəl də həmin sahə başqası tərəfindən istismar olunmuş, sonra isə Quba Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli, 217 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC tərəfindən “Yerin təki haqqında” AR Qanununun, Torpaq Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmuş, 3 metrdən artıq dərinlikdə və ya bizə ayrılmış ərazidən kənarda qazıntı işləri aparılmamışdır. Həmçinin cavabdeh tərəfindən "xxxx" MMC-də yoxlamanın aparılması üçün həmin yoxlama Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır, bununla da Qanunun tələbi pozulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Qəbul edilmiş qərarlar qanunsuz olduğundan məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Sözügedən tədbirlər çərçivəsində çay hövzələrində yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gücləndirilməsi nəzərdə tutulmuşdur. Sözü gedən Tədbirlər planına uyğun olaraq 2020-ci ilin sentyabr-oktyabr aylarında çay hövzələrində yerləşən faydalı qazıntı yataqlarına keçirilən baxış zamanı Quba rayonu ərazisində Qaraçay, Qudyalçay, Talıbqışlaq və digər çay hövzələrində yerləşən qum-çınqıl karxanalarına Agentliyin əməkdaşları tərəfindən ETSN-nin regional idarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilmişdir. Keçirilən baxış zamanı sahibkarlar tərəfindən müvafiq icazə sənədi ilə onlara ayrılmış yer təki sahəsindən kənarda, icazə verilən istismar dərinliyindən (5 metr) artıq qazıntı işləri aparılması aşkar edilmişdir. Eyni zamanda sözügedən çayın məcrasında bərpası mümkün olmayan faydalı qazıntı materiallarının çıxarılmasının nəticəsində yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş vermişdir, həmçinin ətraf mühitə, sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalmış, çayların ekoloji axımları dəyişmiş, torpaq sahələri və digər təbiət obyektləri yararsız hala salınmışdır. Hazırda Quba rayonu ərazisində su qıtlığı problemi yaşanmaqdadır, sakinlər həm içməli su, həm əkin sahələrini sulamaq üçün yararlı texniki su təminatı ilə bağlı çətinlik çəkirlər, həyətyanı sahələrdə qazılmış quyularm suyu aşağı həddədir. Eyni zamanda iddiaçının yerin təkindən istifadədə ifadə olunan sahibkarlıq fəaliyyəti müqayisədə yerin təkindən səmərəli və təhlükəsiz istifadənin, yerin təkindən özbaşına istifadəyə yol verilməməsinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsində ifadə olunan cəmiyyətin üstün maraqları (publik maraqlar) ilk növbədə nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin, cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, "xxxx" MMC tərəfindən ona təhkim olunmuş ərazidən kənarda qazıntı işləri apardığına görə Agentlik tərəfindən cinayət işinin açılmasına görə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmişdir. Sonradan iddiaçı tərəfindən dövlətə dəymiş ziyan ödənildiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinə xitam verilmişdir. Məhkəmə qərar qəbul edərkən həmin faktın nəzərə almasını xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın qəbul etdiyi 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 83 nömrəli, xx.xx.2021-ci il tarixli qərarların surəti, etiraz ərizəsi, cavabdehin 36/153 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişin surəti, 15 dekabr 2020-ci il tarixli, 36/185 nömrəli məktubun surəti, Quba Rayon İcra Hakimiyyəti başçısının 28 dekabr 2017-ci il tarixli, 217 nömrəli sərəncamının surəti, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 01149 nömrəli, xx.xx.2019-cu il tarixli aktın surəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində agentlik tərəfindən 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 83 nömrəli, xx.xx.2021-ci il tarixli qərarların qəbul edildiyi vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X3 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, respublika ərazisində yerin təkindən istifadənin həyata keçirilməsinin əsasları və müvafiq lisenziyaların alınması Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Mineral Xammal X5 hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, iş materiallarından məlum olur ki, Mineral Xammal X5 tərəfindən qəbul edilmiş qərarlar iddiaçı tərəfindən xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixdə əldə olunmuş və xx.xx.2022-ci ildə məhkəmədə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci ildə mövcud mübahisəni araşdırmaq məqsədilə məhkəmə tərəfindən tədqiqat obyektinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X3 aparıcı mütəxəsisi X10, həmin Agentliyin nümayəndəsi X11, həmin Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi X13, Elit-S şirkətinin təsisçisi X9 və sex rəisi X6 iştirakları ilə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə təhkim edilmiş ərazinin yaxınlığında Qudyalçayın yatağında bənd qurma adı ilə qazıntı işləri aparılmışdır. Qazıntı işlərinin aparılması həmçinin cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş peyk görüntülərindən də görünür. Dağ çayının daşması nəticəsində qazılmış həmin dərə su ilə dolmuş və ərazidə gölməçə əmələ gəlmişdir. Qazılan hissənin su ilə dolması səbəbindən və hava şəraiti ilə əlaqədar yerli baxış zamanı qazılan hissənin dərinliyini dəqiq müəyyən etmək mümkün olmadı. Qazıntı işlərinin aparılan hissənin iddiaçı təşkilata həvalə edilən torpaq sahəsinə aid olmaması iddiaçının təsisçisi olan Bayram Adıgözəlov və cavabdeh təşkilatın nümayəndəsi Sübhan Şirinovun verdiyi ifadələrdən, o cümlədən Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi X13 xüsusi texniki vasitə ilə koordinatların ölçülməsi zamanı müəyyən edildi. Ərazinin qonşuluğunda qazıntı işlərini həyata keçirən texnika aşkar edilmədi. Yerli baxış zamanı məhkəmə tərəfindən müəyyən edilənlər yuxarıdakılardan ibarət oldu. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X5 tərəfindən 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın qəbul edilməsinə əsas kimi iddiaçıya təhkim edilmiş ərazidən kənardan qazıntı işlərinin aparılması və iddiaçıya təhkim edilmiş ərazidə icazə verilmiş dərinlikdən artıq qazıntı işlərinin aparılması göstərilmişdir. Məhkəmə baxışı zamanı qazıntı işlərinin iddiaçıya təhkim edilmiş ərazidən kənarda aparılmasının müəyyən edilməsinə baxmayaraq həmin işlərin məhz iddiaçı tərəfindən aparılmamasına dəlalət edə bilməz. İddiaçıya təhkim edilmiş ərazidə qazıntı işlərinin qanunamüvafiq qaydada aparılmasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təşkil edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mütəxəssis rəyi verilmişdir, lakin MMC-nin mütəxəssisləri məhkəmə tərəfindən qoyulmuş suallara aydınlıq gətirə bilməmişdir. Bununla belə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X12 tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun cinayət işinə xitam verilməsi barədə qərardan müəyyən etmək olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona təhkim edilmiş ərazidən kənarda qazıntı işləri apardığından və dövlətin qanunla qorunan mənafelərinə xələl yetirdiyindən istintaq orqanı tərəfindən müəssisə barəsində cinayət təqibi başlanılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə ödənilmiş ödəniş qəbzləri onu deməyə əsas verir ki, müəssisə qanunsuz hərəkətlər etdiyindən dövlət büdcəsinə müvafiq ödənişləri etmiş və bu səbəbdən də cəmiyyət barəsində cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X19 X5 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarları qəbul edərkən inzibati icraat haqqında hüquq normalarının tələblərini pozmamış və əsaslı olaraq müvafiq qərarları qəbul etmişdir. Yerin təkindən istifadənin həyata keçirilməsinin əsasları və müvafiq lisenziyaların alınması “Yeri təki haqqında” Azərbaycan Respublikasının Qanunu və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulub və analoji işlər üzrə həmin yoxlamanın həyata keçirilməsi və müvafiq lisenziyaların verilməsi agentliyin müstəsna səlahiyyətidir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı hal üzrə agentliyə qanunla verilmiş səlahiyyətin məhdudlaşdırılması yolverilməzdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibatı icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3 və 73.3.1 maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, məhkəmə bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin məcəllənin 74-cü maddəsi diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü tənzimləyərək müəyyən edirki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral X1rşı “cavabdehin qəbul etdiyi 14/20 nömrəli, xx.xx.2020-ci il tarixli və 83 nömrəli, 27 may 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar