Məhkəmə qərarları › İş №2-1(118)-2141/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2141/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2141/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı onunla X3 arasında 23 sentyabr 2010-cu ildə Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən ona verilmiş 28.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan, ******* saylı çıxarışın və onunla X3 arasında 23 sentyabr 2010-cu il tarixdə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən onun adına verilmiş, 25.09.2021-ci il tarixli, reyestr nömrəsi **********67 olan, AA 023796 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin bərpasının cavabdeh olan səlahiyyətli orqanlara həvalə edilməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq onunla X3 arasında 23 sentyabr 2010-cu ildə Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi əsasında cavabdeh tərəfindən ona verilmiş 28.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan, ******* saylı çıxarışın və onunla X3 arasında 23 sentyabr 2010-cu il tarixdə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin alqısatqı müqaviləsi əsasında cavabdeh tərəfindən onun adına verilmiş, 25.09.2021-ci il tarixli, reyestr nömrəsi **********67 olan, AA 023796 seriyalı “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin bərpasının cavabdeh olan səlahiyyətli orqanlara həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsinə həmin normaya uyğun olaraq hüquqi yardım edilmiş, məhkəmə iclasında onun tələbi aydınlaşdırılmışdır. İddiaçının iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün ilk öncə cavabdeh inzibati orqana hazırda qaldırdığı iddia ilə eyni məzmunda müraciət etməli olduğu, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi təqdirdə məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh peospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar