Məhkəmə qərarları › İş №2-1(118)-2143/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2143/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2143/2022 13.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “Cavabdeh üzərinə üçüncü şəxslər X11 və X2 iddiaçının mülkiyyətində olan ünvan 4-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair öhdəlik qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdeh üzərinə üçüncü şəxslər X11 və X2 iddiaçının mülkiyyətində olan ünvan 4-dən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə üçüncü X12 və X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin 2(029)-208/2020 saylı 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının X10 və X4 qarşı evdən çıxarılma tələbinə dair iddiası, X5 iddiaçıya, X3, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və 1/2 payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddiaçıya, X3, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apelyasiya şikayəti yerilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Qusar rayon məhkəməsinin həmin qətnaməsi iddiaçının iddiasıa dair hissədə ləğv edilmiş, X5 və X2 iddiaçıya məxsus Qusar şəhəri Ç.Qurbanov (keçmiş N.Şərifov) küçəsi 53 saylı evdən çıxarılmaları qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən qarşı tərəf kassasiya şikayəti vermişlər, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirimədən saxlanılmışdır. Bununla da Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə minmiş, icra oolunması üçün Qusar rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin qətnamə icra olunaraq X11 və X9 iddiaçıya məxsus evdən çıxarılmışlar. Bundan sonra Qusar rayon İcra və Probasiya Şöbəsi Cavabdehnə xx.xx.2022-ci il tarxli 49/2022 saylı məktub göndərərək icra sənədinin icra olunması və icra sənədi üzrə icraata xitam verilməsi barədə məlumat verilmişdir. Lakin, Cavabdeh tərəfindən həmin şəxslərin qeydiyyatdan çıxarılmaları indiyədək təmin edilməmişdir. İddiaçı dəfələrlə Polis Şöbəsinə müraciət etsə də, həmin şəxslər pasport qeydiyyatından çıxarılmamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. - RX seriyalı, ******* saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reystrin”dən çıxarışın surətindən görünür ki, Qusar şəhəri N.Şərifov küçəsi, ev 53 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-487/2021 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Qusar rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsinin ilk iddiaya aid hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddianın təmin edilməsi, ilk iddia üzrə cavabdehlər X11 və X2 İddiaçı mülkiyyətində olan Qusar şəhəri, Ç.Qurbanov (keçmiş N.Şərifov) küçəsi 53 saylı evdən çıxarılması, ilk iddia üzrə cavabdeh X2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X7, qarşılıqlı iddia üzrə cavabdeh X1, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayətlərinin təmin edilməməsi, Qusar rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(029)-208/2020 saylı qətnaməsinin qarşlıqlı iddiaya və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Mməhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 4965/2021 saylı qərarının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X11, ilk iddia üzrə cavabdeh X9, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X13, habelə qarşılıqlı və üçüncü şəxsin iddiaları üzrə cavabdeh X8 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(105)-487/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Qusar rayon İcra və Probasiya Şöbəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-487/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X11 və X9 da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X7 və X2 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X7 və X2 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar