Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2145/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, ev 120-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, üçüncü şəxs X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, ev 120-dən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X9 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, ev 120a üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və onun adına çıxarış verilmişdir. Bu mənzili həyat yoldaşı X10 xx.xx.2022-ci ildə bağışlama müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. X9 əvvəlki mülkiyyətçinin -həyat yoldaşının birinci nikahdan olan oğludur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-5806/2021 saylı qətnaməsi əsasında X5 7000 manat məbləğində kompensasiya verilməklə onun bu evdən çıxarılması və s. qət olunmuşdur. Z.Məcidovla evin əvvəlki sahibi arasında daşınmaz əmlakdan istifadə hüququna xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında məhkəmə qətnaməsi ilə qət edilmiş kompensasiya məbləği hissə-hissə ona ödənilmiş, Z.Məcidov bu evi ailə üzvləri ilə birlikdə tərk edərək köçmüşdür, lakin qeydiyyatdan çıxmamışdır. İddiaçı cavabdeh təşkilata müvafiq sənədləri təqdim etməklə Z.Məcidovun evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin cavabdeh təşkilat ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin istifadə hüququna xitam verilməsi barədə qətnaməsi olduqdan sonra həmin qətnamə icra olunacaqdır. Z.Məcidovla bağlanan istifadə hüququna xitam verilməsi barədə müqavilə tərəflərindən tam olaraq icra edilmiş, ona verilməli olan kompensasiya tam olaraq ödənilmişdir. Bundan başqa məhkəmə qətnaməsi ilə də onun evdən çıxarılması qət edilmişdir ki, bu hal da Z.Məcidovun qeydiyyatdan çıxarılması üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 5806/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən cavabdeh X5 7000 (yeddi min) manat məbləğində kompensasiya verilməklə iddiaçı X1 şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120 a saylı evdən çıxarılması, cavabdeh X2, azyaşlı uşaqları - 2015-ci İİ təvəllüdlü X6, 2016-cı il təvəllüdlü X7 və 2019-cu il təvəllüdlü X11 və əmlakları - 1 ədəd şifoner, 1 ədəd taxt, 1 ədəd şkaf, 1 ədəd qaz peçi, 1 ədəd xalça, 1 ədəd divan, 1 ədəd soyuducu, 1 ədəd kiçik televizor, 1 ədəd pərdə, 1 ədəd mətbəx stolu və şəxsi əşyaları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllədə yerləşən 120a saylı evdən çıxarılması qət edilmişdir. 06 mart 2022-ci il tarixli daşınmaz əmlakdan istifadə hüququna xitam verilməsi barədə müqavilə ilə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə ünvanda yerləşə 120 A nömrəli fərdi yaşayış evinin və 0.015184 ha torpaq sahəsinin mülkiyyətçisi X10 həmin ünvanda qeydiyyatda olan X8 7000 manat məbləğində kompensasiya ödəməyi öhdəsinə götürmüşdür, ondan ötrü ki, o, yuxarıda qeyd edildiyi ünvandan qeydiyyatdan çıxarılsın və həmin əmlakda olan digər hüquqları itirilmiş hesab olunsun. 07 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi X10 tərəfindən İddiaçı bağışlanmışdır. Reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarından göründüyü kimi X4 mənzilə istifadə hüququ qalmamış, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 13-cü məhəllə, ev 120-dən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev