Məhkəmə qərarları › İş №2-1(118)-215/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-215/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-215/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətimə verilmiş Sumqayıt şəhərı.'Novxant” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr, faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “12 fevral 2013-cü il tarixdə vəfat etmiş İddiaçı adına Sumqayıt şəhəri, Saray bağlar massivi, A-3186 saylı bağ sahəsinə dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3600/022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Hüseyn İlyas Ağaşükür oğlu, 2-1(118)-1017/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə Sumqayıt şəhəri “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr,faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin qərar qəbul edilərkən tərəfindən ******* (üç milyon) manat məbləğində torpağın alqı-satqı haqqı bələdiyyənin hesabına ödənilmiş, torpaq sahəsinin planı-sxemi çəkilərək ona təqdim olunmuşdur. Lakin adı çəkilən bələdiyyə qərarı qəbul edilərkən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi alınmadığından mən torpaq sahəsi üzərində mülkiyyət hüququmu dövlət qeydiyyatından keçirə bilmədiyi üçün 2011-cı ildə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi ilə onun iddia tələbləri təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətimə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Adı çəkilən məhkəmə qətnaməsi əsasında da sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilərək, adına qeydiyyat tarixi xx.xx.2011-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” tərtib edilmışdır. Sonradan o, qeyd edilən bağ sahəsini bağışlama müqaviləsi əsasında yaxın qohumu olan X6 bağışlamış və sonuncunun torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ancaq sonradan Hüseyn İlyas Ağaşükür oğlu mülkiyyətimə verilmiş torpaq sahəsinin bir hissəsinə iddia edərək müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmiş və çıxarılmış məhkəmə aktları ilə mübahısələndırilən bağ torpaq sahəsinə dair onunla X8 arasında bağlanmış bağışlama müqaviləsi və torpaq sahəsinə dair onun və X4 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış lar etibarsız hesab edilmişdir. Məhkəmələr bu nəticəyə gələrkən Hüseyn İlyas Ağaşükür oğlunun, onun və digərlərinin iştirak etdiyi başqa bir mülki iş üzrə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasının tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi barədə 17 aprel 2007-ci il tarixli qərardadına istinad etmişdir ki,həmin qərardada əsasən Hüseyn İlyas Ağaşükür oğluna 400 kvadrat metr, ona da 200 kvadrat metr torpaq sahəsi qalmışdır. Halbuki,bələdiyyə qərarı ilə ona 1200 kvadrat metr torpaq sahəsi ayrıldığı halda məhz bu barışıq sazişi əsasında onun istifadəsində cəmi 600 kvadrat metr sahəsi qalmışdır. Ancaq məhkəmə mübahisələri başa çatdıqdan Hüseyn İlyas Ağaşükür oğlu müvafiq pul məbləği müqabilində iddia etdiyi 400 kvadrat metr torpaq sahəsindən imtina edəcəyinə dair təklif irəli sürmüş ,danışıqlar nəticəsində Hüseyn İlyas Ağaşükür oğlu 12.000 manat pul müqabilində sözügedən torpaq sahəsindən imtina etmişdir. Bununla bağlı Hüseyn İlyas Ağaşükür oğlu ilə X7 arasında Sumqayıt şəhər 3 saylı notariat ofisində 10 may 2022-ci il tarixdə saziş (kompensasiya) bağlanılmışdır ki, həmin sazişə əsasən Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsinin mübahisələndirilən 400 kvadrat metrindən imtina etməsi müqabilində Hüseyn ilyas Ağaşükür oğluna X7 tərəfindən 12.000 manat pul ödənilmiş, Hüseyn İlyas Ağaşükür oğlu da bunun müqabilində mübahisələndirdiyi 400 kvadrat metr torpaq sahəsindən və həmin torpaq sahəsi ilə bağlı çıxarılmış bütün məhkəmə aktlarının icrasından imtina etmişdir. Ancaq həmin saziş bağlanılarkən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən artıq icra olunmuş və torpaq üzərində həm onun, həm də X5 mülkiyyət hüququna dair dövlət qeydiyyatı ləğv edilmişdir. Mübahisələndirilən bağ sahəsinin faktiki olaraq onun istifadəsində qaldığını, torpaq sahəsinə dair mübahisənin artıq olmadığını və bağ sahəsinin mülkiyyətimə verilməsinə dair bələdiyyə qərarının halhazırda da qüvvədə olduğunu nəzərə alaraq o, ərizə ilə cavabdehə müracət edərək, Sumqayıt Bələdiyyəsinin 24 may 2005-ci il tarixli,17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən sahəsi sənəd üzrə 1200 kvadrat metr,faktiki isə 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun yenidən qediyyata alınmasını xahiş etmişdir. Ərizəsində də yuxarıda sadalananları qeyd etmiş, torpağa dair mübahisənin artıq qalmadığını bildirərək müvafiq hüquq müəyyənedici sənədləri də müraciətinə əlavə etmişdir. Lakin cavabdeh bağ torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin müraciətimə verdiyi 30 sentyabr 2022-ci il tarixli, **********47 saylı cavab məktubunda torpaq üzərində hüquqnmun qeydiyyatının aparılmasından imtina olunmasının səbəbləri kimi adına aparılmış əvvəlki qeydiyyatın məhkəmə qaydasında ləğv edilməsi və müraciətinə qanunvericiliklə müəyyən edilmiş hüquq müəyyənedici sənədlərin əlavə edilməməsini göstərilmişdir. Hesab edir ki,cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası üçün göstərdiyi əsaslar formal xarakter daşıyır və imtina tamamilə əsassız və qanunaziddir. Bu səbəbdən də hazırki tələblə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə baxışı iclasında iştirak etmiş nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavbdehin nümayənəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 0.06 ha olan 1895 saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi barədə 29 avqust 2022-cı il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçı X2 bildirilmişdir ki, Hüseyn ilyas Ağaşükür oğlunun kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli Qətnaməsi ləğv edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli Qətnaməsi əsasında üzərində hüquqlarınızın qeydiyyata alındığı sözügedən torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddianız rədd edilmişdir və Sumqayıt Şəhər Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(060)1963/2021 nömrəli Qətnaməsi ilə qeydiyyatın ləğv edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq əməliyyat aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Həmçinin iddiaçının nəzərinə çatdırılmışdır ki, hazırki müraciətə qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Bu səbəbdən Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1895 saylı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunmalıdır: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Sumqayıt şəhər bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı; MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”; Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(060)- 550/2011 ssaylı qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 oktyabr 2019cu il tarixli, 2(102)-6408/2019 saylı qərarı; Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 mart 2022-ci il tarxili, 2(102)-1392/2022 saylı qərarı; 3M-604 saylı, 10 may 2022-ci il tarixli saziş; Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 1963 saylı, 10 fevral 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu; cavabdehin iddiaçıya ünvanladığı 30 sentyabr 2022-ci il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi.

Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh özünün 30 sentyabr 2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi məhkəmə qərarı əsasında iddiaçının tələbinin rədd edildiyini və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qeydiyyatın ləğv edilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq əməliyyatlar aparıldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqnda Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlakın qeydiyyatı üçün əsaslar sözügedən Qanunun 8-ci maddəsi ilə imperativ olaraq müəyyən edilmişdir. Beləliklə həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələ daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işlə bağlı mübahisə predmeti olan Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə mülkiyyətinə verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(060)-550/2011 saylı qətnaməsi ilə Sumqayıt şəhər bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı qərarı ilə X1 mülkiyyətinə verilmiş “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kv.metr olan bağ torpaq sahəsinə dair X3 ilə Sumqayıt şəhər bələdiyyəsi arasında bağlanmış alqı-satqı müqaviləsi 2005-ci ildən bağlanmış hesab olunmuş və həmin bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarı əsasında onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-48/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli, 2(060)-550/2011 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(102)-6408/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-48/2019 saylı, 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və tələbin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 185 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha torpaq sahəsi üzrə Vəliyeva (Əmirşahova) Pərvanə İlham qızının adına qeydiyyata alınmış xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarşın, həmin çıxarış əsasında İddiaçı ilə X8 arasında bağlanmış xx.xx.2016-ı il tarixli, 4Ə-289 reyestr nömrəli bağışlama müqaviləsi və X4 adlna rəsmiləşdirilmi xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi qərara alınmışdır. Bundan sonra Hüseyn İlyas Ağaşükür oğlu və X7 arasında bağlanmış 3M-604 saylı, 10 may 2022-ci il tarixli saziş əsasında Hüseyn İlyas Ağaşükür oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1895 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin 0.04 ha hissəsindən X7 tərəfində ona 12.000 manat ödənilməsi müqabilində Sumqayıt Apellyasiya Məhkəməsinin 1MK-282/2007 saylı, 17 aprel 2007-ci il tarixli qərardadının icrasından X5 xeyrinə imtina etmişdir. Həmçinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 1963 saylı, 10 fevral 2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasından Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsi əsasında X5 xeyrinə imtina edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənədlərin etibarsız sayılmasına dair məhkəmə qərarı mövcuddur və həmin qərar qanuni qüvvəsini almışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1963/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrasından Hüseyn İlyas Ağaşükür oğlunun ərizəsi əsasında X5 xeyrinə imtina edilmişdir. Belə olan halda idiaçının mübahisələndirdiyi bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənəd mövcud deyildir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmadığından və iddiaçı tərəfindən hər hansı digər hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 24 may 2005-ci il tarixli, 17 saylı iclasının qərarı ilə mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, “Novxanı” bağları ərazisində yerləşən, faktiki sahəsi 600 kvadrat metr olan 1895 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması və həmin torpaq sahəsinə dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar