Məhkəmə qərarları › İş №2-1(118)-2156/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2156/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2156/2022 08.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə (Quba rayonu, Ağbil kəndində yaşayan), Cavabdehin nümayəndəsi X5 (DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında baş mütəxəssis işləyən, Bakı şəhəri, M.Seyidov küçəsi, ev 14, mənzil 15-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 26 iyun 1996-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X2 1980-1996-ci il tarixlərdə keçmiş Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialına qarşı 26 iyun 1996-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X2 1980-1996-ci il tarixlərdə keçmiş Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirərək, cavabdehi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-cı il tarixdə X3 ilə ailə qurmuşdir, 3 övladı vardır. Həyat yoldaşı N.Məcidov 1996-cı idə vəfat etmişdir. İddiaçının hazırda pensiya almaq hüququ yarandığından zəruri sənədləri DSMF-nin 1 saylı Quba- Xaçmaz filialına təqdim etmiş, lakin ona pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh mərhum N.Məcidovun 1980-1995-ci illərdə keçmiş Quba Rayon XXll Partiya Qurultayı adına sovxozda işlədiyi dövrü onun sosial sığporta stajına qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi N ü m a y ə n d ə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı 02 fevral 2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, təqdim etdiyi sənədlər əsasında ona ailə başçısını itirməyə pensiya təyin edilməsi xahiş etmişdir. Lakin iddiaçının mərhum əri N.Məcidovun iş stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin dövrün onun sosiaı sığorta stajında daxil edilməsi və iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş materiallarında olan : - iddiaçıya məxsus AZE 08125521 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. - İİ- ЖГ 367060 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X1 Nəsrulla Əsədulla oğlu ilə xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olaraq ərinin soyadını qəbul etmişdir. -БТ № 603706 seriyalı diplomun surətindən görünür ki, X3 1975-1980-ci illərdə X11 texnik-mexanik ixtisası üzrə tam kursu bitimişdir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, N.Məcidov 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. - X12 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 434 saylı arxiv arayışından görünür ki, X3 1980-cı ilin may-dekabr ayları, 1981-1982-ci illər, 1983-cü ilin yanvar-iyul, oktyabr, 1985-ci ilin iyun-dekabr, 1986-1988-ci illər, 1989-cu ilin fevral-dekabr, 1990-1994cü illər, 1995-ci ilin mart-aprel, iyun aylarında Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işləmiş və əmək haqqı almışdır. - İV-ЖГ № 449685 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1996-cı ildə vəfat etmişdir. Məhkəmənin sorğusuna əsasən X12 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 729 saylı arxiv arayışından və əmək haqqı cədvəllərindən görünür ki, X3 xx.xx.1980-ci il tarixli 68 saylı əmrə əsasən Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozafəhlə işinə qəbul edilmiş, vəfat etməsi ilə əlaqədar xx.xx.1996-cı il tarixli 29 saylı əmrə əsasən işdən azad edilmişdir. 1980-cı ilin may-dekabr ayları, 1981-1982-ci illər,1983-cü ilin yanvariyul,oktyabr,1985-ci ilin iyun-dekabr,1986-1988-ci illər, 1989-cu ilin fevral-dekabr,1990- 1994-cü illər,1995-mart-aprel, iyun ayları Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işləmiş və əmək haqqı almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidməti müddəti sığortaolunanın sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Göstərilən Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən ailə başçısını itirməyə görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən, ailə başçısınının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd, ailə başçısının yaşı barədə sənəd (əgər ölüm haqqında şəhadətnaməsində yaş göstərilməmişdirsə) vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında məhz əmək kitabçası deyil, ailə başçısını itirməyə görə pensiya növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ailə üzvlərinin vəfat etmiş ailə başçısı ilə qohumluq münasibətlərini təsdiq edən, ailə başçısınının ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın şəhadətnaməsi və ya onun itkin düşməsini təsdiq edən sənəd, ailə başçısının yaşı barədə sənəd (əgər ölüm haqqında şəhadətnaməsində yaş göstərilməmişdirsə) vəfat etmiş (həlak olmuş) ailə başçısının ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunları təsdiq edən sənədləri (ölüm haqqında şəhadətnaməni, nikah haqqında şəhadətnaməni, arxiv arayışını, mərhumun əmək kitabçasını, attestatını və hərbi biletini) cavabdehə təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci bəndinə əsasən bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan ata, ana, ər, arvadın ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda təyin olunur. Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən mübahisəli dövr iddiaçının mərhum əri N.Məcidovun sosial sığorta stajına daxil edilməlidir. Onun işə qəbul edilməsi və işdən azad edilməsi barədə əmrlər və əmək haqqı cədvəlləri mövcuddur. Bu səbəbdən həmin dövrün onun əmək kitabçasında qeyd edilməməsi iddiaçının tələbindən imtina üçün əsas ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum həyat yoldaçı N.Məcidov 18 ilə yaxın sosial sığorta stajına malik olmuşdur və bununla iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 iyun 1996-cı il tarixdə vəfat etmiş həyat yoldaşı X2 1980-1996-ci il tarixlərdə keçmiş Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 26 iyun 1996-cı il tarixdə vəfat etmiş İddiaçı həyat yoldaşı X2 1980-1996-ci il tarixlərdə keçmiş Quba rayonu XXİİ Partiya Qurultayı adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar