Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-216/2020 18.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinə qarşı “xx xxxx N2-ci il tarixdə ölmüş X2 şəhid hesab edilməsi və onun ailəsinə verilmiş “Şəhid ailəsi” statusunun bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin üzərinə qoyulması”na dair iddiası barədə işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx N2-ci il tarixdə ölmüş X2 şəhid hesab edilməsi və onun ailəsinə verilmiş “Şəhid ailəsi” statusunun bərpa edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən xx xxxxxxxx 2019-cu il tarixli, 646 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 1973-cü ildə doğulmuş, N1ci ildə Dəvəçi hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq etmiş, həmin hərbi hissədə xidmət apararkən xx xxxx N2-ci ildə əsgər yoldaşının silahdan düzgün istifadə etməməsi nətəcəsində aldığı güllə yarasından həlak olmuşdur. Bakı şəhərində “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş, Siyəzən rayon, Qozağacı kəd orta məktəbi onun adını daşıyır. Ona görə X2 ailəsinə şəhid ailəsi statusu verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, onların şəhid ailəsi statusu ləğv edilmişdir. Bununla bağlı ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinə müraciət etdikdə ona yazılı surətdə cavab olaraq bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx xxxxxx 2007-ci il tarixli 26/2-7521 saylı məktubla daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 45 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, əsgər X5 xx xxxx N2-ci il tarixdə silahla düzgün rəftar etməməsi nəticəsində həlak olmuşdur. Bu səbəbdən X2 ailəsinin şəhid ailəsi statusu ləğv edilmişdir. Bu qanunsuzdur və şəhid atası olaraq iddiaçının hüquqlarını pozur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, X5 müddətli həqiqi hərbi xidmət zamanı xx xxxx N2-ci il tarixdə həlak olmuşdur. Onun ailəsi şəhid ailəsi statusundan istifadə etmişdir. “Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 №li Fərmanının icrası ilə əlaqədar verilən göstərişə əsasən araşdırma məqsədilə xx xxxxxx 2007-ci il tarixdə Siyəzən rayon Hıərbi Komissarlığı tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx xxxxxx 2007-ci il tarixli 26/2-7521 nömrəli məktubla daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 45 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, əsgər X5 xx xxxx N2-ci il tarixdə silahla düzgün rəftar etməməsi nəticəsində həlak olmuşdur. Bu səbəbdən X2 ailəsinin şəhid ailəsi statusu ləğv edilmişdir. Tərəflər hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N4-cü il tarixli 10 №-li Qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Həmin qaydaların 1.2.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərşəhid hesab edilirlər. Qanunvericinin iradəsindən göründüyü kimi bir şəxsin şəhid hesab edilməsi üçün tələb olunan şərt, həmin şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması, hərbi əməliyyatla əlaqədar itkin düşməsi və ya qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının oğlu X5 xx xxxx N2-ci ildə aldığı güllə yarasından həlak olmuş, “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş, İddiaçı 2007-ci ilin sentyabr ayına kimi “Şəhid ailəsi” kimi müavinət almış, bundan sonra isə müavinət dayandırılmışdır. İddiaçı uzun müddət sonra şəhid adının və şəhid ailəsi statusunun bərpa olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. X2 ölüm səbəbini müəyyən edən, şəhid statusunun ləğv edilməsinə əsas olan sənəd N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 45 nömrəli əmridir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində saxlanılan həmin sənəddə göstərilir ki, əsgər X5 xx xxxx N2-ci il tarixdə silahla düzgün rəftar etməməsi nəticəsində həlak olmuşdur. Məhkəmə hesab edir ki, bu halda cavabdeh inzibati orqanın imtinası əsaslı hesab olunmalıdır. Beləki, silahla düzgün rəftar edilməməsi nəticəsində ölümün baş verməsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olma kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanların məsuliyyətsizliyi nəticəsində lazımı araşdırma aparılmadan X3 şəhid adı verilmiş, o “Şəhidlər Xiyabanı”nda dəfn olunmuş və onun atası İddiaçı 2007-ci ilin sentyabr ayına kimi “Şəhid ailəsi” kimi müavinət almış, bundan sonra müavinət dayandırılmışdır. İddiaçıda bu halı mübahisələndirməmiş, hadisələrin üzərindən uzun müddət keçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə tərəfindən X2 ölümü ilə bağlı müvafiq sorğular edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxx 2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı şəhid oğlu X3 görə 2007-ci ilin sentyabr ayına kimi şöbədən “Şəhid ailəsi” kimi müavinət almışdır.X2 şəhidlik statusu 2007-ci ilin sentyabr ayından ləğv edilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon Bölməsinin cavab məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx xxxxxx 2007-ci il tarixli 26/2- 7521 nömrəli məktubla daxil olmuş N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli 45 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, əsgər X5 xx xxxx N2-ci il tarixdə silahla düzgün rəftar etməməsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında xx.xx.N4cü il tarixli 10 nömrəli qərarının 1.2.6-cı yarımbəndinə, xx.xx.N9-cu il tarixli 35 nömrəli qərarına və xx.xx.2009-cu il tarixli107 nömrəli qərarında əlavə və dəyişikliklərə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Yuxarıda göstərilən qərara əsasən mərhum X5 xidməti vəzifələrinin icrası zamanı həlak olmadığına onun şəhidlik statusu yaradılmış komissiya tərəfindən dayandırılmışdır. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun cavab məktubunda qeyd olunmuşdur ki, xx xxxxxx N2-ci il tarixli İV-JQ №361793 saylı ölüm haqqında şəhadətnamədə X2 ölümünün səbəbi xx xxxx N2-ci il tarixdə “döyüş yoldaşının silahla düzgün rəftar etməməsi nəticəsində qarın boşluğuna keçən güllə yaralanması, hemorrogik şok, şiddətli qanaxma” olması qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivindən daxil olmuş xx.xx.2019-cu il tarixli 9/2-9651 №li məktubda qeyd olunmuşdur ki, xx.xx.N2ci il tarixdə Dəvəçi RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, 1973-cü il təvəllüdlü X2 N №hərbi hissə komandirinin xx xxx N2-ci il tarixli N №li əmrilə N №li hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınaraq “sıravi” hərbi rütbəsinin verilməsi, N №li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli N №li əmri ilə N №li hərbi hissənin sıravi əsgəri X2 N №li hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlarına salınması məlum olmuşdur. Həmin məktubdan görünür ki, silahla ehtiyatsız davrandığı üçün xx xxxx N2-ci il tarixində həlak olmuş X5 N №li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli N №li əmrilə hərbi hissənini şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Təşkilat Səfərbərlik idarəsindən daxil olmuş “Döyüş əməliyyatları başladığı gündən qaytarılmaz itkilərin şəxsi heyətinin siyahısı” qovluğunda 05.N2-ci il tarixdə Dəvəçi RHKdan çağırılmış,, xx.xx.1973-cü il təvəllüdlü, N №li hərbi hissənin sıravi əsgəri X2 xx.xx.N2ci ildə Füzuli şəhərində həlak olması və xx.xx.N2-ci il tarixdə Bakı şəhərində “Şəhidlər Xiyabanında” dəfn olunması barədə məlumat vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin Füzuli Rayonlararası Zona Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli 13 №li məktubdab görünür ki, Füzuli rayonlararası MTE və PA Zona Mərkəzinin “Meyitlərin qeydiyyatı kitabı”nda Dəvəçi rayon sakini, N №li hərbi hissənin hərbi qulluqçusu X2 “Döş və qarın boşluqlarının çoxsaylı güllə yaraları” səbəbindən ölməsi ilə bağlı xx.xx.N2-ci il tarixli, 34№li rəy tərtib olunmasına dair 34 №li qeyd vardır. Digər sənədlər, o cümlədən ölüm şəhadətnaməsi və rəyin surəti məlum səbələrdən işğal zonasında qalmışdır. N №li hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixli Füzuli şəhərində verilmiş 45 nömrəli əmrindən edilmiş çıxarışda göstərilmişdir ki, “xx xxxx N2-ci il tarixdə silahla qeyridüzgün rəftar nəticəsində həlak olmuş sıravilər X5 və X4 hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın”. Füzuli hərbi prokurorluğundan daxil olmuş xx.xx.2019-cu il tarixli 17/3078 №li məktubda göstərilmişdir ki, X2 xx.xx.N2-ci il tarixdə ölməsi faktı üzrə Füzuli hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırılmamışdır. Prokurorluqda xx.xx.N2-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 169 və 233-cü maddəsinin “v” bəndi ilə başlanmış və xx.xx.N3-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinə əsasən icraatı dayandırılmış cinayət işinə əlavə edilən “N №li hərbi hissədə həlak olan hərbi qulluqçuların adlı siyahısı”nda Elçin Yusifovun xx.xx.N2-ci il tarixdə ölməsi qeyd olunmuşdur. Füzuli rayon prokurorluğundan daxil olmuş xx.xx.2019-cu il tarixli 172x-19 №li məktubda göstərilmişdir ki, xx xxxxxx N3-cü ildə Füzuli şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyindən rayon prokurorluğunun arxivinin çıxarılması mümkün olmamışdır. Hazırda Füzuli rayon prokurorluğunun arxivində X2 ölməsi faktı ilə əlaqədar başlanılmış cinayət işi və material yoxdur. Göründüyü kimi müvafiq araşdırmalar nəticəsində X2 Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını müəyyən edən hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, bu halda cavabdeh inzibati orqanın xx xxxx N2-ci il tarixdə ölmüş X2 şəhid hesab edilməsi və onun ailəsinə verilmiş “Şəhid ailəsi” statusunun bərpa edilməsindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-216/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-216/2020
18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver