Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2166/2022 01.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı "Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 7 oktyabr 2021-ci il tarixli ica qeydinin əsassız hesab edilərək ləğv edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barələrində müvafiq araşdırmalar aparılaraq məsulliyyətə cəlb edilmələri, Sumqayıt şəhəri İcra İdarəsi ondan iddiaçıya vurduqları sarsıntı və mənəvi ziyana görə rəsmən üzr istəmələri, Sumqayıt şəhər İcra İdarəsinin sabatsızlığı üzündən həm 2020-ci ilin iyun ayında həm də 2022-ci ilin cari dövründə iddiaçıya dəymiş maddi ziyan müvafiq qurumlar vasitəsilə təyin edilərək məhkəmə qərarı ilə təsdiq edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə qarşı iddia qaldıraraq "Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 7 oktyabr 2021-ci il tarixli ica qeydinin əsassız hesab edilərək ləğv edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barələrində müvafiq araşdırmalar aparılaraq məsulliyyətə cəlb edilmələri, Sumqayıt şəhəri İcra İdarəsi ondan iddiaçıya vurduqları sarsıntı və mənəvi ziyana görə rəsmən üzr istəmələri, Sumqayıt şəhər İcra İdarəsinin sabatsızlığı üzündən həm 2020-ci ilin iyun ayında həm də 2022-ci ilin cari dövründə iddiaçıya dəymiş maddi ziyan müvafiq qurumlar vasitəsilə təyin edilərək məhkəmə qərarı ilə təsdiq edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə iddiaçı “Bank of Baku" MMC arasında iddia edilən 23 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə məhkəmə çəkişməsi olmuş, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinov iddiaçını 05 may 2018-ci ildə məhkəmə iclasına çağırmış, lakin iddiaçını məhkəmə iclasına çağırdığı gündən 1 gün əvvəl - 04 may 2018-ci ildə "xxxx" MMC- nin xeyrinə Qərar vermişdir iddiaçı həmin Qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə etdiyi şikayət təmin edilməsə də (həmin şikayət ərizəsində Vladimir Ruvinovu və "xxxx" MMC-ni saxtakarlıq etdiklərinə görə məsuliyyətə cəlb edilmələrini tələb etmişdir) Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli Qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il tarixli Qərarı ləğv edilmişdir.(Qərardadın sürəti əlavə edilir). 2020-ci ilin iyun ayında "xxxx" MMC saxtakarlığa əl ataraq Cavabdeh1ndən Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu ildə ləğv etdiyi Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2018-ci il Qərarına əsasən iddiaçının əməkhaqqından "xxxx" MMCnin xeyrinə tutulmalar tələb etmiş, Cavabdeh1 rəisi Fuad Nəbiyev iş yerinə - "xxxx" MMCуə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək, əməkhaqqının 50 faizi mislində məbləği "xxxx" MMC-nin xeyrinə tutulmasını tələb etmiş (sürəti əlavə edilir), iddiaçının işə vaxtında müdaxilə etməsi ilə Cavabdeh1 "xxxx" MMC-nin onları aldatdıqlarını - Apellyasiya Məhkəməsinin 04 iyul tarixli Qərardadını onlardan gizlətdiklərini bildirərək öz səhvlərini etiraf etmiş və xx.xx.2020-ci il tarixli məktub ilə (sürəti əlavə edilir) icra sənədini icra etmədən geri qaytarmağı xahiş etmişdir. "xxxx" MMC nəyin bahasına olursa olsun iddiaçıya vermədiyi krediti və ona hesabladığı faizləri ondan tutmaq üçün növbəti saxtakarlığa gedərək, (öz saxtakarlığına Sumqayıt şəhəri 4 saylı notariat ofisini və Cavabdeh1 şərik etmiş, ondan gizlin Sumqayıt şəhəri 4 saylı notariat ofisindən 7 oktyabr 202 1-ci ildə İcra Qeydi almış və həmin İcra Qeydini təmin etmək üçün xx.xx.2021-ci ildə Cavabdeh1nə yönətmişdir. Cavabdeh1 icra məmuru Gündüz Aslanov 12 may 2021-ci ildə Qərar çıxartmış (sürəti əlavə edilir), həmin Qərarda guya ki, ona “könüllü icra” üçün hansısa Qərar və bildiriş göndərdiyini iddia edərək, saxtakarlığa yol vermiş, bununla da "xxxx" MMC-nin vəkili və reketi funksiyasını üzərinə götürərək, vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, həm Notariat Qeydini, həm də özünün Qərarını iddiaçıdan gizlədərək, onun özünü müdafiə hüququnu kobud pozmuşdur. Cavabdeh1 rəisi Fuad Nəbiyev icra məmuru X5 əsasən imzaladığı 27.05. 2Q22-Cİ il tarixli məktubla (sürəti əlavə edilir) "xxxx" MMC-dən iddiaçıdan əməkhaqqından 50 faiz tutulma tələb etmişdir. Hörmətli Məhkəmə, "xxxx" MMC Cavabdeh1nə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda daha bir saxtakarlıq etmişdir. Belə ki, "xxxx" Sumqayıt Şəhər Məhkəməsinin olmayan xx.xx.2021-ci il tarixli icra vərəqəsinə (?) istinad edərək, onun maaşından tutulmalar edilməsini xahiş edir. 10 iyun 2022-ci ildə həyat yoldaşı Cavabdeh1ndə olmuş və icra məmuru ilə etdiyi söhbətlərdən məlum olmuşdur ki, icra məmuru ümumiyyətlə adına heç bir bildiriş göndərməmiş, lakin çıxartdığı Qərarda xüsusi qeyd etmişdir ki, guya ona hansısa bildiriş göndərmişdir. Üstəlik Sumqayıt şəhəri 4 saylı notariat ofisi verdiyi İcra Qeydində "xxxx"nun pul tələbini kor-koranə təsdiq etmişdir. Belə ki, həmin İcra Qeydində pulun mənbəyi - pulun kredit borcu olub-olmaması, verilmə tarixi və s. göstərilməmişdir. Cavabdeh1 də "xxxx"nun pul tələbinin mənbəyini araşdırmadan, yəni kreditin verilmə tarixi, verilmə məbləği və s. zəruri bilgilərə yiyələnmədən və çox guman ki, bankla şərikliyə gedərək qeyri-qanuni hərəkətlərə yol verərək və ən əsası bütün bu maxinasiyaları ondən gizlin edərək, iddiaçının özünü müdafiə hüququnu ciddi pozmuş və bunla da ona maddi və mənəvi zərər yetirmişlər. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddiaçı tərəfə hüquqi yardım edilmiş, hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədən Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 7 oktyabr 2021-ci il tarixli ica qeydinin əsassız hesab edilərək ləğv edilməsini, vəzifə səlahiyyətlərindən suiistifadə edən şəxslər barələrində müvafiq araşdırmalar aparılaraq məsulliyyətə cəlb edilmələrini, Sumqayıt şəhəri İcra İdarəsi ondan iddiaçıya vurduqları sarsıntı və mənəvi ziyana görə rəsmən üzr istəmələrini, Sumqayıt şəhər İcra İdarəsinin sabatsızlığı üzündən həm 2020-ci ilin iyun ayında həm də 2022-ci ilin cari dövründə iddiaçıya dəymiş maddi ziyan müvafiq qurumlar vasitəsilə təyin edilərək məhkəmə qərarı ilə təsdiq edilməsini xahiş edir. Göründüyü kimi iddiaçının narazılığının yaranmasına ikin səbəb Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 7 oktyabr 2021-ci il tarixli ica qeydidir. İlkin olaraq məhkəmə qeyd edir ki, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №li Qərarına əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin.”; Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarlarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, notariusun hərəkətləri və onun əsasında dövlət qeydiyyatına alınmış hüquqlar mülki məhkəmə icraatında yol verilən hüquqi müdafiyə vasitələrindən istifadə edilərək həll edilməli və iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Bundan əlavə iddiaçı Sumqayıt şəhəri İcra İdarəsi ondan iddiaçıya vurduqları sarsıntı və mənəvi ziyana görə rəsmən üzr istəmələri, Sumqayıt şəhər İcra İdarəsinin sabatsızlığı üzündən həm 2020-ci ilin iyun ayında həm də 2022-ci ilin cari dövründə iddiaçıya dəymiş maddi ziyan müvafiq qurumlar vasitəsilə təyin edilərək məhkəmə qərarı ilə təsdiq edilməsini istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının kompensasiyanı ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, icra qeydinin ləğvi ilə bağlı müvafiq umumi məhkəməyə müraciət edərək, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Bundan əlavə iddiaçıya izah edilsin ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2166/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2166/2022
01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver