Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2168/2022 03.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ona məxsus Şamaxı rayonu Göylər kəndində faktiki istifadəsində olan, Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X4 X7 başqa şəxsin adına qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “ona məxsus Şamaxı rayonu Göylər kəndində faktiki istifadəsində olan, Şamaxı rayonu Engels adına sovxoz tərəfindən 29 iyun 1996-cı il tarixli 76 saylı əmri ilə verilmiş 0,08 ha həyətyanı torpaq sahəsinə X4 X7 başqa şəxsin adına işlənmiş (şifahi olaraq bildirilib ki, X3 adına işlənmiş) qeydlərin etibarsız hesab edilməsi və onun torpaq sahəsinə qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, o, Şamaxı rayon Göylər kəndində yaşayır. Ona 29 iyun 1996-cı ildə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Şamaxı rayonu “Engels” adına sovxozun 29 iyun 1996-cı il tarixli 76 saylı əmri vardır. Həmin torpaq sahəsi onun faktiki istifadəsindədir. Onda olan arxiv çıxarışının bu torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən sənəd bilib, bu barədə qeydiyyat vəsiqəsi almaq üçün aidiyyəti üzrə müraciət etməmişdir. Ona məxsus torpaq sahəsinə qeydiyyat vəsiqəsi almaq üçün aidiyyəti üzrə 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmiş, ona rəsmi bildirilmişdir ki, torpaq sahəsi elektrona başqa şəxsin adına işlənib, ona görə də torpaq sahəsi qeydiyyata alına bilməz. Şifahi olaraq isə bildirilmişdir ki, bu şəxs X5r. Müraciət etsə də, bu barədə ona sənəd verilməmişdir. Bildirir ki, 1996-cı ildən bu torpaq sahəsi onun faktiki istifadəsindədir, bu torpaq sahəsi ona Şamaxı rayonu Engels adına sovxoz tərəfindən həyətyanı torpaq sahəsinə ehtiyacı nəzərə alaraq verilmişdir. Şamaxı 14 saylı Ərazi İdarəsi tərəfindən ona məxsus həyətyanı torpaq sahəsinə qeydiyyat vəsiqəsi verilməmiş, bildirmişdirlər ki, bu torpaq sahəsi elektron xəritədə başqa şəxsin adına işlənmişdir. Mübahisənin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçının cavabdeh orqana müraciəti ilə iddia tələbi eyni deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, digər şəxsə aid mülkiyyət sənədinin ləğv edilməsini istəyirsə bununla ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2168/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2168/2022
03.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver