Məhkəmə qərarları › İş №2-1(118)-2168/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2168/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2168/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı “iddiaçının doğum haqqında akt qeydində soyadının “İsmayılov”, doğum tarixinin “xx xxxx 1954” kimi düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı “iddiaçının doğum haqqında akt qeydində soyadının “İsmayılov”, doğum tarixinin “xx xxxx 1954” düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1954-cü ilə Zəngilan rayonu Şəfibəylı kəndində anadan olmuşdur. X1, anası X2r. Valideynlərinin birgə nikahlarından, ondan başqa böyük bacıları Vəliyeva (qızlıq soyadı İsmayılova) Ayna Abdulla qızı, X5 və X7 adlı daha üç övladları var. Onun şəxsiyyət vəsiqəsində ad, soyad və doğum tarixi düzgün göstərilsə də, doğum haqqında şəhadətnaməsində soyadı və doğum tarixi düzgün göstərilməmişdir. 3 saylı Bakı ASAN xidmət mərkəzindən verilmiş doğum haqqında arayışda mənim soyadım Haxverdiyev doğum tarixi isə "30 iyul" əvəzinə "20 avqust" qeyd edilmişdir. Halbu ki onun doğum tarixi 30 avqust 1954-cü il, soyadı isə İsmayılovdur. Bu fakt onun şəxsiyyətini təsdiq edən sənəddə öz əksini tapır. Soyadının İsmayılov olması isə bacılarının soyadlarına nəzər yetirdikdə müəyyən etmək olur. Doğum haqqında şəhadətnaməsində isə soyadı və doğum tarixinin ayı səhv göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində qeyd edilən soyadın əslində anasıın X3 qızlıq soyadıdır, tarix isə səhvdir əslində onun və bacılarının soyadları İsmayılovdur. Bunu ərizəyə əlavə edilmiş bacılarına məxsus şəxsiyyət vəsiqəsi və digər hüquqmüəyyənedici sənədlərə nəzər yetirdikdə anlamaq olur. Hesab edir ki, doğum haqqında şəhadətnaməsində olan səhvlər aradan qaldrılmalı, soyadı şəxsiyyət vəsiqəsində olduğu kimi İsmayılov, doğum tarixi isə xx xxxx 1954 göstərilməlidir. Bununla bağlı tərəfindən Cavabdehnə və 3 saylı ASAN xidmət mərkəzinə ərizə ilə müraciət edərək doğum haqqında şəhadətnaməsindəki səhvliyin, soyadının Haxverdiyevdən İsmayılova doğum tarixinin 20 avqust 1954-dən xx xxxx 1954 kimi yazılması barədə müraciət ünvanlamıdır. Cavabdeh və 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən müraciətim müsbət cavablandırlmamış, qeyd olunan halla bağlı məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, növbəti məhkəmə iclasının iştirakının olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdeh məhkəmə ünvanladığı ərizədə işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin, НЗ№1997110 saylı hərbi biletin, AA№267479 saylı məcburi köçkün vəsiqəsinin, eyni zamanda iddiaçının bacılarına məxsus ЛB№022062 saylı və Ц№540928 saylı diplomların surətlərindən, “Nikahın bağlanması haqqında” İİİ- ЖГ№ 478645 və AЗ№250877 saylı şəhadətnamələrin surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının və onun bacı qardaşlarının soyadı “İsmayılov”, iddiaçının doğum tarixi isə xx.xx.1954-cü il kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş 11 saylı, 30 avqust 1954-cü il tarixli doğum haqqında akt qeydindən görünür ki, iddiaçının soyadı “Haxverdiyev”, doğum tarixi isə xx.xx.1954-cü il kimi qeyd olunmuşdur. - Cavabdeh iddiaçıya ünvanladığı 14 yanvar 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə ona məxsus digər sənədlər arasında (hərbi bilet, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə) arasında uyğunsuzluq mövcuddur (iddiaçının doğum akt qeydində soyadı “Haxverdiyev”, doğum tarixi xx.xx.1654-cü il kimi, digər sənədlərində isə soyadı “İsmayılov”, doğum tarixi isə xx.xx.1954 kimi qeyd olunmuşdur) və qeyd edilən ziddiyyətin aradan qaldırılaraq, ona məxsus doğum haqqında akt qeydində soyadının “İsmayılov” kimi, doğum tarixinin isə xx.xx.1954-cü il kimi qeyd olunması üçün qeydiyyat yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (soyadın və doğum tarixinin düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının soyadı və doğum tarixi ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının soyadına münasibətdə qanunvericiliklə “soyadın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının soyadı və doğum tarixinə düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı soyadının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə soyadın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının soyadı ilə bağlı doğum haqqında akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun soyadının doğum haqqında akt qeydində onun soyadının “Haxverdiyev”dən “İsmayılova”a, doğum tarixinin “xx.xx.1954-cü il”dən “xx.xx.1954-cü il”ə düzəliş edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində soyadı “Haxverdiyev”, doğum tarixi “xx.xx.1954” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - iddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsində, НЗ№1997110 saylı hərbi biletdə, AA№267479 saylı məcburi köçkün vəsiqəsində onun soyadı “İsmayılov”, doğum tarixi isə “xx.xx.1954” kimi qeyd edilmişdir. Bir sənəddə soyadının “Haxverdiyev”, doğum tarixinin “xx.xx.1954” kimi digərlərində isə “İsmayılov” və “xx.xx.1654” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus 11 saylı, 30 avqust 1954-cü il tarixli doğum haqqında akt qeydində soyadının “Haxverdiyev”dən “İsmayılova”, doğum tarixinin “30 avqust 1954-cü il”dən “xx xxxx 1954-cü il”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçıya məxsus 11 saylı, 30 avqust 1954-cü il tarixli doğum haqqında akt qeydində soyadının “Haxverdiyev”dən “İsmayılova”, doğum tarixinin “30 avqust 1954-cü il”dən “xx xxxx 1954-cü il”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar