Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2170/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən 25 nömrəli mənzildə qeydiyyatda olan 17.06.1976-cı il təvəllüdlü Məmmədbəyli Fuad Ramazan oğlunun pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, 17.08.2016-cı il tarixli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış"a əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 43.5 m2 olan mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı həmin mənzili 10 avqust 2016-cı il tarixdə X1 ilə bağlanmış AZ-İ N- 0574028 nömrəli alqı-satqı müqaviləsi əsasında satın almışdır. Mənzili satın alan zaman həmin mənzildə əvvəlki mülkiyyətçinin qohumu Məmmədbəyli Fuad Ramazan oğlu qeydiyyatda olmuş və sonuncunun da notariusda verdiyi razılıq əsasında mənzilin alqısatqısı həyata keçirilmişdir. Lakin mənzilin İddiaçı xüsusi mülkiyyətinə keçməsindən uzun illər keçməsinə, faktiki olaraq başqa ünvanda yaşamasına və mənzilə hər hansı hüququnun olmamasına baxmayaraq Məmmədbəyli Fuad Ramazan oğlu bu günədək iddiaçıya məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 25 saylı mənzildən pasport qeydiyyatından çıxmamışdır. Məmmədbəyli Fuad Ramazan oğlu mənzilin iddiaçı tərəfindən satın alınmasından sonra heç vaxt iddiaçıya məxsus mənzildə yaşamamışdır və qeydiyyatı tamamilə formal xarakter daşıyır. Onun mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının xüsusi mülkiyyətinə sərəncam hüquqlarını məhdudlaşdırır və kommunal xidmətlər üzrə hesablaşmalarda qeyri- müəyyənliklər yaradır. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh onun tələbini təmin etməmişdir. Bu səbəbdən də məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəməyə ərizə ilə müraciət etmiş üçüncü şəxs Məmmədbəyli Fuad Ramazan oğlu həmin mənzildə formal olaraq qeydiyyatda olduğunu və Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 25 saylı mənzildən pasport qeydiyyatından çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-3959M-3221 nömrəli, 26.10.2021-ci tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş ******* nömrəli, 17.08.2016-cı il tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən 25 nömrəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********43-05104-99041 reyestr nömrəli çıxarış əsasında İddiaçı məxsusdur. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs– Məmmədbəyli Fuad Ramazan oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Ona görə də məhkəmə hesab edir ki, Məmmədbəyli Fuad Ramazan oğlu Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən 25 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 17.06.1976-cı il təvəllüdlü Məmmədbəyli Fuad Ramazan oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22-də yerləşən 25 nömrəli mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2170/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2170/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver