Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2174/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X3, X4 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı “Şamaxı rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 05 saylı qərarına və JN-0067, kod 41010005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Şamaxı rayon, Qəleybuğurt kəndində onlara ayrılmış 2.52 ha torpaq sahəsinə dair maraqlı şəxslər X10, X4 adına verilmiş Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin 03 nömrəli, xx.xx.2006-cı il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şamaxı rayon Məlhəm Bələdiyyəsinə qarşı “Şamaxı rayon AİKnın xx.xx.2001-ci il tarixli, 05 saylı qərarına və JN-0067, kod 41010005 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən, Şamaxı rayon, Qəleybuğurt kəndində onlara ayrılmış 2.52 ha torpaq sahəsinə dair maraqlı şəxslər X10, X4 adına verilmiş Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin 03 nömrəli, xx.xx.2006-cı il tarixli qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanunvericiliyə əsasən bələdiyyələr birləşmə yolu ilə yenidən təşkil olunmuşdur. Hazırkı iddia tələbində göstərilmiş Qaleybuğurd Bələdiyyəsi birləşmə yolu ilə Məlhəm Bələdiyyəsinə birləşdirilmişdir. Ona görə də məhkəmə cavabdeh qismində Şamaxı rayon Məlhəm Bələdiyyəsini qəbul etmişdir. İddia tələbi onunla əsaslandırılmıdır ki, JN-0067, kod41010005 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Şamaxı rayon, Qəleybuğurt kəndində yerləşən 2.52 ha torpaq sahəsi ona, X5, X1, X7, X2, X11, X12 ayrılmışdır və Şamaxı rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 05 saylı qərarına əsaslanmışdır. Torpaq sahəsinin təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. Onlara məxsus torpaq sahəsi X13, X10 tərəfindən zəbt edilmiş və qanunsuz istifadə edilmişdir.Son 4-5 ilə kimi həmin sahəni əkib- becərmişdir. 4-5 il əvvəl kənddə torpaq satılarkən maraqlı şəxslərin istifadəsində olan torpaq sahəsinin 0.50 ha-nı onlara məxsus 0.85 ha torpaq sahəsinin 0.50 ha hissəsi olduğu halda onlara məlum olmuş, tam əmin olmadığınzdan müxtəlif təşkilatlara yazaraq bir neçə dəfə torpağı yoxlatmış, bütün təşkilatlar da onlara həmin torpaq sahəsini göstərmişdirlər. Maraqlı şəxslərin əlindəki sənədlər həmin torpaq sahəsinə aid deyil, maraqlı şəxslər onun torpaq sahəsini çəpərləmişdirlər, dəfələrlə maraqlı şəxslərə torpaq sahəsini boşaltmağı və çəpəri sökməyi təklif etmişik, lakin bu nəticəsiz qalıb. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, onlara məxsus torpaq sahəsi maraqlı şəxslər X14ma ayrılmış 1200.43 kv. m. torpaq sahəsi ilə, X15ma ayrılmış 1200.12 kv. m. həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Həmin torpaq sahəsi maraqlı şəxslərə Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə ayrılmışdır. X6 ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsi ilə bağlı X18 kitabında xx.xx.2008-ci il tarixli, 2746 nömrəsi ilə A 051843 saylı uçot qeydi tərtib edilmişdir.X15ma ayrılmış 1200.12 kv. m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Torpaq sahəsi ilə bağlı X18 kitabında xx.xx.2008-ci il tarixli 2749 nömrəsi ilə A 051844 saylı uçot qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, həmin bələdiyyə qərarı ilə faktiki olaraq ona məxsus torpaq sahəsi maraqlı şəxslərə ayrılmışdır. Bu onun hüquqlarını məhdudlaşdırır, həm də ona ayrılmış kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi maraqlı şəxslərə fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Hansı ki kənd təsərrüfatı təyinatlı torpaqlarda fərdi yaşayış evinin tikintisi inzibati məsuliyyətə səbəb olur. Odur ki, həmin bələdiyyə qərarının ləğv edilməsinə zərurət meydana gəlmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən iddiaçı mübahisələndirilən cavabdehin 03 nömrəli, xx.xx.2006-cı il tarixli qərarından 2017ci ildən məlumatlı olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı münasibət bildirməmişdir. Üçüncü şəxslər X3, X4 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia edir ki, onun 2,52 ha torpaq sahəsinin bir hissəsi Bələdiyyə qərarı ilə 3-cü şəxslərin mülkiyyətinə satılmışdır. Bu mövqeyini əvvəllər tərəflər arasında Sumqayıt Apellyasiya məhkəməsinin icraatında olmuş mülki işin icraatı zamanı alınmış 19.01.21-ci il tarixli 10/3032 saylı ekspert rəyinə istinadən izah edir. İddiaçı və bu iş üzrə 3cü şəxslər arasında əvvəl mövcud olmuş məhkəmə mübahisəsi zamanı alınmış rəylər.İddiaçı bu iş üzrə 3-cü şəxslərə və digərlərinə qarşı Şamaxı rayon məhkəməsinə verdiyi “Zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına daif iddia ərizəsi ilə bağlı mülki iş üzrə keçirilmiş 07.02.20-ci il tarixli 20790 saylı ekspert rəyinə görə (surətini əlavə edirəm) iddiaçıya məxsus “JN-0067 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən konfiqurasiya faktiki vəziyyəti əks etdirmir və dəqiq yerini (kv.m) müəyyən etmək mümkün deyildir.”Ekspret rəyini və digər sübutları məcmuyu qaydasında qiymətləndirən məhkəmə xx.xx.2020-ci il tarixli 2(074)-34/2020 saylı qətnaməsi ilə (surəti əlavə olunur) İddiaçı tələblərinin əsassız olduğu qənaətinə gələrək iddia tələbini təmin etməmişdir.Bu qətnamədən İddiaçı verdiyi şikayət ilə bağlı Sumqayıt Apellyasiya məhkəməsinin icraatında olmuş mülki işin icraatı zamanı alınmış və İddiaçı hazırki inzibati iş üzrə istinad etdiyi 19.01.21 -ci il tarixli 10/3032 saylı ekspert rəyində (surəti əlavə olunur) mütəxəssis rəyinə istinadən qeyd olunur ki, bu iş üzrə iddiaçının və nümayəndəsi olduğum 3-cü şəxslərin torpaq sahələri elektron baza məlumatlarına əsasən üst-üstə düşür (rəyin nəticəvi hissəsi, 3-cü, 4-cü və 5-ci suallar üzrə cavablar).Eyni zamanda ekspert sonda “Qeyd” olaraq yazır ki, “Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır, odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 13.11 maddəsinə görə dövlət reyestri kağız üzərində və elektron formada aparılır; dövlət reyestrin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumatlara üstünlük verilir; dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.Beləliklə, iddiaçının bu iş üzrə istinad etdiyi 19.01.21 -ci il tarixli 10/3032 saylı ekspert rəyi baza məlumatlarına deyil, elektron baza məlumatlarına əsaslandığı üçün mötəbər (obyektiv) sübut kimi qəbul edilə bilməz. Yerigəlmişkən, bu rəy alındıqdan sonra iddiaçı iddiadan imtina etmiş və Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2021-ci il tarixli 2(105)- 286/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam vermişdir. Hazırkı inzibati iş üzrə məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3- 41/2-1622/2025 saylı arayışında qeyd olunur:“Torpaq islahatı” zamanı tərtib edilmiş xəritələr və torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında Dövlət Aktlarında göstərilmiş torpaq sahələri və faktiki istifadəçilik arasında sahə, konfiqurasiya, cooğrafi yerləşmə mövqeyi cəhətindən uyğunsuzluqlar mövcuddur;daha sonra deyilir ki, elektron uçot məlumatlarında İddiaçı adına qeyd edilmiş 0,85 ha torpaq sahəsi ilə İddiaçı naturada iddia etdiyi torpaq sahəsi fərqli ərazilərdə yerləşir;bu uyğunsuzluqlar səbəbindən İddiaçı Dövlət Aktının 67Q hissəsində olan 0,85 ha torpaq sahəsini naturada dəqiqliklə müəyyən etməyin mümkün olmaması göstərilir;arayışa görə qeyd olunan uyğunsuzluqlar 14 saylı Şamaxı Ərazi İdarəsinin sözügedən arayışına əlavə olunmuş ortofoto və sxemdə öz əksini tapmışdır (bu sənədlər inzibati işdə var)\ həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsinin konfiqurasiyası onun Dövlət Aktında göstərilən konfiqurasiya ilə uyğun deyildir; bundan başqa, iddiaçının torpaq sahəsi 9 nəfər mülkiyyətçinin və Bələdiyyənin torpaq sahələri üzərinə düşür və bu 9 nəfər mülkiyyətçinin içərisində hazırki inzibati iş üzrə 3-cü şəxslərin torpaq sahələri yoxdur, yəni iddiaçının torpaq sahəsi 3-cü şəxslərin torpaq sahələri ilə üst-üstə düşmür; inzibati işdə olan başqa bir sxemdə isə iddiaçının torpaq sahəsinin konturları asfalt yolunun üzərinə düşməklə yolun digər tərəfinə də keçir.daha sonra, Ərazi İdarəsinin sözügedən arayışında göstərilir ki, “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07.10.21 -ci il tarixli, 1455 nömrəli Fərmanına uyğun olaraq, torpaq islahatı nəticəsində pay torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işlərinin sürətləndirilməsi məqsədilə qeyd olunan mövcud uyğunsuzluqların aradan qaldınması ilə bağlı işçi qrupu yaradılmışdır; həmin işçi qrupu Şamaxı rayonunda fəaliyyət göstərdiyi zaman qeyd olunan məsələyə qanunauyğun qaydada baxılaraq müvafiq tədbirlər görüləcəkdir”.İddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-0067 saylı Dövlət Aktının 67Q hissəsində olan 0,85 ha torpaq sahəsi barədə hal-hazırki vaxta mülkiyyət hüququ haqqında dürüstləşdirilmiş məlumatları əks etdirən hüquq müəyyən edici sənəd yoxdur. Müvafiq olaraq o, həmin Dövlət Aktına istinadən başqalarına qarşı iddia tələbi irəli sürə bilməz.Buna görə də İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərardan iddiaçı məlumatlı olmasına baxmayaraq qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Belə ki, işin araşdırılan hallarından müəyyən olundu ki, iddiaçının Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin 03 nömrəli, xx.xx.2006-cı il tarixli qərarının varlığından 2017ci ildən xəbəri olmuşdur. İddiaçı müvafiq orqanın mübahisələndirilən qərarından ya yuxarı səlahiyyətli orqana, ya da məhkəməyə müraciət etməli idi. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü ildə İnzibati məhkəmədə iddia qaldırmasına baxmayaraq, cavabdeh tərəfindən qəbul edilmiş qərar iddiaçıya təqdim (məlum) olunduqdan 30 gündən çox müddət keçdikdən sonra mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X25
Məhkəmə qərarları › İş №2-1(118)-2174/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2174/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver