Məhkəmə qərarları › İş №2-1(118)-218/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-218/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-218/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə qarşı “cavabdehin vurduğu maddi zərərə görə 17,841 manat, iddiaçının işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5000 manat, cəmi 22,841 manat alınaraq İddiaçı MMC-yə ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə qarşı iddia qaldıraraq, “cavabdehin vurduğu maddi zərərə görə 17,841 manat, iddiaçının işgüzar nüfuzuna vurduğu ziyana görə isə 5000 manat, cəmi 22,841 manat alınaraq İddiaçı MMCyə ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC AR Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı ** RG *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh, Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən saxlanmaqla, sürücü X5 barəsində xx.xx.2016- cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı olan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə inspektorun qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. xx xxxxxx 2017-ci il tarixdə yenə də həmin inspektor yenə də həmin maşını başqa sürücü, X6 idarə edərkən saxlamış və ona xx.xx.2017- ci il tarixli protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin zaman inspektor özünün tərtib etdiyi xx.xx.2016-cı il tarixli qərara əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Həmin vaxt onlar inspektora bildirmişdir ki, onun istinad etdiyi qərar məhkəmənin qərarına əsasən ləğv edilib və icra edilməsi üçün cavabdehə göndərilib, amma inspektor bu qanuni tələblərə baxmayaraq, özbaşınalıq edərək avtomaşının cərimə dayanacasında qalmasına nail olmuşdur. Bundan sonra sürücü inspetorun həmin maşın barədə olan qərarından da məhkəməyə şikayət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən inspektorun bu qərarı da ləğv edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin qərarı ləğv edilərək yeni məhkəmə baxışına qaytarılmış, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən yenidən inspektorun qəran ləğv edilmişdir. Onu da qeyd edir ki, inspektorun qanunsuz hərəkətləri nəticəsində MMC-yə məxsus avtomaşını qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 102 manat ödənmişdir. Ondan əlavə, inspektorun qanunsuz qərarına əsasən təyin edilmiş cəriməni ödəməyə məcbur edilmiş və MMC 160 manat ödəmişdirlər. Bundan əlavə, avtomaşın 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMCyə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və inspektorun qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 4.680 manat (52x90= 4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Belə ki,onun həm qəbul elədiyi qərar, həm də hərəkətləri qanunsuz olmuşdur. Belə ki, əvvəla xx.xx.2017-ci il tarixdə avtomaşın dayanacağa qoyularkən inspektorun istinad etdiyi qərar məhkəmə qaydasında ləğv edilmişdi. Bundan əlavə, inspektorun tərtib etdiyi protokol və qərar sürücü barəsində olmuşdur və həmin sürücü tərəfindən özünün törətdiyi inzibati xətaya görə cəriməni ödəməməsi MMC-yə məxsus avtomaşının cərimə meydançasına salınması üçün hüquqi əsas ola bilməzdi. Buna görə inspektor həmin sürücünün sürücülük hüququndan məhrum edilməsi barədə protokol tərtib edərək məhkəməyə göndərməli idi və bu zaman MMC-yə məxsus avtomaşını cərimə meydançasına aparıb orada saxlamağa hüququ olmamışdır. Onun bu hərəkətləri özbaşınalıq və qanunsuzluq kimi qiymətləndirilməli və buna görə MMC-yə dəymiş maddi ziyan- 4.942 manat( 4.680+ 102+ 160) cavabdehdən alınaraq MMC-yə verilməlidir. Əlavə olaraq, MMC-yə məxsus İsuzu Ekobus markalı ** AE *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən xx xxxxxx 2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. İddiaçının şikayət və tələblərinə baxmayaraq cavabdeh avtobusu cərimə meydançasından buraxmamışdır. Onlar müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra cavabdeh qanunsuz olaraq artıq MMC-dən işdən çıxarılmış və həmin avtobusu idarə etməyə heç bir hüququ olmayan sürücünü şöbəyə dəvət edərək avtobusu cərimə meydançasında ona təhvil vermiş, sürücü də avtobusu MMC-nin qarajına qədər sürərək qarajın qarşısında atıb qaçmışdır. İddiaçı avtobusu qarajın qarşısında görərkən başa düşmüşdür ki, cavabdeh şikayətlər üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün bu hərəkətləri etmişdir. Avtobusu idarə edib qaraja salmaq istədikdə avtobus işə düşməmiş və məlum olmuşdur ki, mühərriki sıradan çıxıb. Servizə müraciət etdikdən sonra iddiaçının ehtimalı öz təsdiqini tapmış və məlum olmuşdur ki, mühərrik sıradan çıxıb. Bununla əlaqədar qüsur Aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilir. Cavabdehin bu hərəkətlərə yol vermiş inspektorunun qanunsuz hərəkətləri barədə vermiş olduğu şikayət üzrə araşdırma aparılmış və onun əməlində qanun pozuntuları aşkar edilərək ona inzibati cəza verilmişdir. Onu da qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının MMCyə məxsus avtomaşını qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 1.440manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar, cəmi olaraq 3181 manat (1713+28+1440= 3181) cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Bundan əlavə, onu da bildirir ki, xx xxxxxxx 2017-ci il tarixdə cavabdehin inspektoru MMC-yə məxsus 50AE069 dövlət nömrə nişanlı İsuzu Ecobus markalı avtobusu cərimə meydançasına qoymuş və bildirmişdir ki, həmin avtobusu idarə edən sürücü X3 xx.xx.2017-ci il tarixli protokol üzrə ödənməmiş cəriməsi vardır. Sürücü isə bildirmişdir ki, onun barəsində belə bir protokol tərtib edilməmişdir. İddiaçı həmin protokolu tələb etsə də ilk günlər bunu onlara verməmişdirlər. Bundan əlavə cavabdehə bildirilmişdir ki, sürücünün ödənməmiş cəriməsi olsa da belə, bu hal MMC-nin mülkiyyətində olan avtomaşının cərimə meydançasına salmaq üçün əsas ola bilməz və bu əsasla də avtomaşının cərimə meydançasından buraxmağı tələb etsələr də bir nəticəsi olmamışdır. Bu azmış kimi, cavabdeh avtomaşın cərimə meydançasında olduğu dövrdə ikinci qanunsuz protokol və qərar qəbul etmişdir. İddiaçı min əziyyətlə hər iki protokol qərarı əldə edib məhkəməyə şikayət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə hər iki inzibati qərar ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə avtomaşını nəhayət ki, cərimə meydançasından çıxara bilmişdirlər. Bu müddət ərzində avtomaşın xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək, yəni 86 gün cavabdehin qanunsuz hərəkətləri nəticəsində cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə MMC tərəfindən 258 manat ( 86x 3 manat) ödənmişdir. Bundan əlavə, həmin maşın MMC-yə hər gün 110 manat plan verirdi. 86 gün ərzində MMC cavabdehin qanunsuz hərəkətləri nəticəsində 9460 manat ziyan çəkmişdir. Bu qanunsuz hərəkət nəticəsində MMC-yə 9718 manat( 9460+ 258= 9718) ziyan dəymişdir. Cavabdehin bu hərəkətləri MMC-nin işgüzar nüfuzuna da xələl gətirmişdir. Belə ki, bütün şəhərdə avtobus sürücüləri arasında məlumat yayılmışdır ki, inspektor MMC-yə məxsus avtobusları izləyərək qanunsuz protokol və qərarlar yazaraq sürücüləri 100 manat cərimə edir, avtomaşınları cərimə meydançasına apararaq sürücülərə pul qazanmağa imkan vermir. Bu da sürücülərin şirkətdən qaçmasına, uzaqlaşmasına, MMC-nin işgüzar nüfuzuna xələl yetirilməsinə səbəb olmuşdur. Həqiqətən də bu inspektor tərəfindən 5-6 qanunsuz protokol yazılaraq sürücülər haqsız yerə cərimmələnmişlər və onların məhkəməyə müraciətləri nəticəsində qərarlar ləğv edilmişdir. Bütün bunlar həm sübut edir ki, cavabdeh inspektor MMC-yə qarşı qərəzli mövqe tutmuş, həm də onu sübut edir ki, bu hərəkətlər nəticəsində iddiaçının işgüzar nüfuzuna ziyan dəymiş və MMC buna görə maddi zərərlərə məruz qalmışdır. Ona görə də MMC cavabdehin işgüzar nüfuzuna vurduğu ziyanı 5000 manat miqdarında qiymətləndirir və bu məbləği cavabdehdən tələb edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan iş baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla biər. İddiaçı cavabdeh inzibati orqanın qanunsuz qəraraları və hərəkətləri nəticəsində ona dəymiş ziyanın kompensasiya edilməsini istəyir və ziyanın hesablanmasını aşağıdakı kimi əsaslandırır. İddiaçı MMC AR Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçməklə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. MMC-yə məxsus İsuzu Ekobus markalı ** RG *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən cavabdeh, Yol Patrul Xidmətinin inspektoru X10 tərəfindən saxlanmaqla, sürücü X5 barəsində xx.xx.2016- cı il tarixdə protokol tərtib edilmiş və həmin tarixdə qərar qəbul edilmişdir. Həmin protokoldan narazı olan sürücü A.Rzayev məhkəməyə şikayət etmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə inspektorun qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir və qərar qanuni qüvvəsini alaraq icra olunmasından ötrü Sumqayıt şəhər DYPŞ-nə göndərilmişdir. xx xxxxxx 2017-ci il tarixdə yenə də həmin inspektor yenə də həmin maşını başqa sürücü, X6 idarə edərkən saxlamış və ona xx.xx.2017- ci il tarixli protokol tərtib etmiş və qərar qəbul etmişdir. Həmin zaman inspektor özünün tərtib etdiyi xx.xx.2016-cı il tarixli qərara əsasən borcun ödənməməsini əsas gətirərək avtomaşını cərimə meydançasına apararaq orada saxlamışdır. Həmin vaxt onlar inspektora bildirmişdir ki, onun istinad etdiyi qərar məhkəmənin qərarına əsasən ləğv edilib və icra edilməsi üçün cavabdehə göndərilib, amma inspektor bu qanuni tələblərə baxmayaraq, özbaşınalıq edərək avtomaşının cərimə dayanacasında qalmasına nail olmuşdur. Bundan sonra sürücü inspetorun həmin maşın barədə olan qərarından da məhkəməyə şikayət etmiş və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən inspektorun bu qərarı da ləğv edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx xxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin qərarı ləğv edilərək yeni məhkəmə baxışına qaytarılmış, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən yenidən inspektorun qəran ləğv edilmişdir. Onu da qeyd edir ki, inspektorun qanunsuz hərəkətləri nəticəsində MMC-yə məxsus avtomaşını qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 102 manat ödənmişdir. Ondan əlavə, inspektorun qanunsuz qərarına əsasən təyin edilmiş cəriməni ödəməyə məcbur edilmiş və MMC 160 manat ödəmişdirlər. Bundan əlavə, avtomaşın 52 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMCyə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və inspektorun qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 4.680 manat (52x90= 4.680) gəlirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Belə ki,onun həm qəbul elədiyi qərar, həm də hərəkətləri qanunsuz olmuşdur. Belə ki, əvvəla xx.xx.2017-ci il tarixdə avtomaşın dayanacağa qoyularkən inspektorun istinad etdiyi qərar məhkəmə qaydasında ləğv edilmişdi. Bundan əlavə, inspektorun tərtib etdiyi protokol və qərar sürücü barəsində olmuşdur və həmin sürücü tərəfindən özünün törətdiyi inzibati xətaya görə cəriməni ödəməməsi MMC-yə məxsus avtomaşının cərimə meydançasına salınması üçün hüquqi əsas ola bilməzdi. Buna görə inspektor həmin sürücünün sürücülük hüququndan məhrum edilməsi barədə protokol tərtib edərək məhkəməyə göndərməli idi və bu zaman MMC-yə məxsus avtomaşını cərimə meydançasına aparıb orada saxlamağa hüququ olmamışdır. Onun bu hərəkətləri özbaşınalıq və qanunsuzluq kimi qiymətləndirilməli və buna görə MMC-yə dəymiş maddi ziyan- 4.942 manat( 4.680+ 102+ 160) cavabdehdən alınaraq MMC-yə verilməlidir. Onu da qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının MMCyə məxsus avtomaşını qanunsuz olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2017- ci il tarixə kimi cərimə meydançasında saxlanmış, həmin müddət ərzində saxlanmaya görə MMC tərəfindən dayanacağa 28 manat ödənmişdir. Ondan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində avtomaşın 16 gün cərimə meydançasında qanunsuz saxlanması nəticəsində MMC-yə maddi ziyan dəymişdir. Belə ki, həmin avtomaşın hər gün MMC-yə 90 manat plan verirdi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində MMC həmin avtomaşından əldə edəcəyi 1.440manat (16x90=1440) xeyirdən məhrum olmuşdur. Ona görə də bu maddi ziyanlar, cəmi olaraq 3181 manat (1713+28+1440= 3181) cavabdehdən alınaraq MMC-yə ödənməlidir. Bundan əlavə, onu da bildirir ki, xx xxxxxxx 2017-ci il tarixdə cavabdehin inspektoru MMC-yə məxsus 50AE069 dövlət nömrə nişanlı İsuzu Ecobus markalı avtobusu cərimə meydançasına qoymuş və bildirmişdir ki, həmin avtobusu idarə edən sürücü X3 xx.xx.2017-ci il tarixli protokol üzrə ödənməmiş cəriməsi vardır. Sürücü isə bildirmişdir ki, onun barəsində belə bir protokol tərtib edilməmişdir. İddiaçı həmin protokolu tələb etsə də ilk günlər bunu onlara verməmişdirlər. Bundan əlavə cavabdehə bildirilmişdir ki, sürücünün ödənməmiş cəriməsi olsa da belə, bu hal MMC-nin mülkiyyətində olan avtomaşının cərimə meydançasına salmaq üçün əsas ola bilməz və bu əsasla də avtomaşının cərimə meydançasından buraxmağı tələb etsələr də bir nəticəsi olmamışdır. Bu azmış kimi, cavabdeh avtomaşın cərimə meydançasında olduğu dövrdə ikinci qanunsuz protokol və qərar qəbul etmişdir. İddiaçı min əziyyətlə hər iki protokol qərarı əldə edib məhkəməyə şikayət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə hər iki inzibati qərar ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə avtomaşını nəhayət ki, cərimə meydançasından çıxara bilmişdirlər. Bu müddət ərzində avtomaşın xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək, yəni 86 gün cavabdehin qanunsuz hərəkətləri nəticəsində cərimə meydançasında qalmışdır. Cərimə meydançasında saxlanmaya görə MMC tərəfindən 258 manat ( 86x 3 manat) ödənmişdir. Bundan əlavə, həmin maşın MMC-yə hər gün 110 manat plan verirdi. 86 gün ərzində MMC cavabdehin qanunsuz hərəkətləri nəticəsində 9460 manat ziyan çəkmişdir. Bu qanunsuz hərəkət nəticəsində MMC-yə 9718 manat( 9460+ 258= 9718) ziyan dəymişdir. Göründüyü kimi iddiaçı nəqliyyat vasitələrinin cərimə meydançasında saxlanması ilə bağlı hər gün üçün müxtəlif nəqliyyat vasitələrinə müvafiq olaraq 90 manat və 110 manat məbləğlərinə qazanc hesablayır. Lakin hər gün üçün konkret hesablanan 90 manat və 110 manat bu qazancın yaranma əsaslarını və mütəmadiliyini göstərə bilməmişdir. İddiaçının istifadəsində olan nəqliyyat vasitələri ilə bağlı fəalyyətindən yaranan və vergi orqanındakı hesabatları, ödənişləri ilə bağlı müvafiq sorğular edilmiş, lakin təqdim edilən sənədlərdə iddiaçının müxtəlif dövrlərdə fərqli hesabatlar verdiyi müxtəlif miqdarlarda sadələşdirilmiş vergi ödədiyi müəyyən edilmişdir. Təqdim edilən sənədlərdəndə iddiaçının nəqliyyat vasitəsinə görə gündəlik qazancının konkret məbləği müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri ilə bağlı yaranmış ziyanı əsaslandıra bilmədiyinə görə iddia həmin hissələrdə təmin edilməməlidir. İddiaçı eyni zamanda nəqlyyat vasitəsinin mühərrikinin sıradan şıxması ilə bağlı inzibati orqandan ziyanla bağlı kompensasiya tələb edir. İddiaçı qeyd edir ki, əlavə olaraq, MMC-yə məxsus İsuzu Ekobus markalı ** AE *** dövlət nömrə nişanlı avtobus marşrutda olarkən xx xxxxxx 2017-ci il tarixdə sürücü xırda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra cavabdehin inspektoru qanunsuz olaraq avtobusu marşrutdan çıxararaq cərimə meydançasına yerləşdirmişdir. İddiaçının şikayət və tələblərinə baxmayaraq cavabdeh avtobusu cərimə meydançasından buraxmamışdır. Onlar müvafiq orqanlara cavabdehin qanunsuz hərəkətlərindən şikayət etdikdən sonra qanunsuz olaraq artıq MMC-dən işdən çıxarılmış və həmin avtobusu idarə etməyə heç bir hüququ olmayan sürücünü şöbəyə dəvət edərək avtobusu cərimə meydançasında ona təhvil vermiş, sürücü də avtobusu MMC-nin qarajına qədər sürərək qarajın qarşısında atıb qaçmışdır. İddiaçı avtobusu qarajın qarşısında görərkən başa düşmüşdür ki, cavabdeh şikayətlər üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün bu hərəkətləri etmişdir. Avtobusu idarə edib qaraja salmaq istədikdə avtobus işə düşməmiş və məlum olmuşdur ki, mühərriki sıradan çıxıb. Servizə müraciət etdikdən sonra iddiaçının ehtimalı öz təsdiqini tapmış və məlum olmuşdur ki, mühərrik sıradan çıxıb. Bununla əlaqədar qüsur Aktı tərtib edilmiş və həmin akta əsasən mühərrikin təmir və bərpa edilməsi üçün 1713 manat xərc tələb edilir. Məhkəmə hesab edir ki, həmin ziyanın cavabdeh inzibati orqan tərəfindən vurulması əsaslı sayıla bilməz. Bu ziyan nəqlyyat vasitəsini idarə edən şəxsdən tələb edilə bilər. İddiaçı eyni zamanda cavabdehin işgüzar nüfuzuna vurduğu ziyanı 5000 manat miqdarında qiymətləndirir və bu məbləği cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanlarının qərar və hərəkətləri nəticəsində dəymiş real zərər kompensasiya edilə bilər. İşgüzar nüfuzuna vurulan zərər real zərər kimi kompensasiya edilib ödənilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar