Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-218/2021 09.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazriliyinə qarşı mühairibə veteranı adı və vəsiqsəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçının iddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mühairibə veteranı adı və vəsiqsəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsini əldə etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamana cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2021-ci il tarixli 11/766 saylı məktubla məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq məsələləri üzrə komissiya”nın xx xxxxxx 2020-ci il tarixli 731 nömrəli protokolu ilə İddiaçı müharibə veteranı adı verildiyini bildirərək iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisə həll olunduğundan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazriliyinə qarşı mühairibə veteranı adı və vəsiqsəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-218/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-218/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver