Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-218/2023 06.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,25 ha olan əvvəllər 27 saylı, 2 dekabr 2013-cü ildən Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən bağ sahəsinin nömrəsi 3907а kimi oxunması qərara alınan 3907а saylı bağ torpaq sahəsinə X1na münasibətdə daşınmaz əmlak hüquqlarının ona aid olması barədə arayışın verilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,25 ha olan əvvəllər 27 saylı, 2 dekabr 2013-cü ildən Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən bağ sahəsinin nömrəsi 3907а kimi oxunması qərara alınan 3907а saylı bağ torpaq sahəsinə X1na münasibətdə daşınmaz əmlak hüquqlarının ona aid olması barədə arayışın verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı ailəsi ilə ilə birlikdə 1965-ci il tarixindən "‘Novxanı” (Qurd dərəsi) bağlar massivində yerləşən sahəsi 0, 25 ha olan 27 saylı bağdan istifadə etmişdir. Bağ sahəsi həmin vaxtdan və hazırda istifadələrindədir. Bağ-torpaq sahəsinin sənədlərini qaydaya salaraq onu özəlləşdirmək istədikdə Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatı şöbəsində bildirilmişdir ki, mərhum atası X4 adına bağlanmış müqaviləyə möhür vurulmamışdır. O, bu halın necə baş verdiyini soruşduqda məntiqli bir cavab ala bilməmişdir. Halbuki 44 ildir ki, göstərilən bağ sahəsi istifadəsindələrindədir və bu illər ərzində bir dəfə də olsun ona irad və ya xəbərdarlıq edilməmişdir. Müqavilənin maraqlı şəxsin arxivində olan surətindən görünür ki, müqavilənin tarixi qoyulmuş, onun qüvvədə olma müddəti xx.xx.1965-ci ildən xx.xx.1975-ci ilə qədər müəyyən edilmişdir, müqavilə tam şəkildə doldurulmuşdur. Yalnız möhür vurulmamışdır. Müqavilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X3 rəisi tərəfindən imzalanmışdır. Yalnız Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X3 vəzifəli şəxslərinin səhlənkarlığı səbəbindən həmin müqaviləyə möhür vurulmamışdır. Belə ki, müqavilə imzalanan zaman Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. İddiaçı ərizəçi kimi maraqlı şəxs Sumqayıt şəhər Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsinin mərhum atası X4 istifadəsinə verilməsi faktının tanınması və həmin bağ torpaq sahəsinə dair xx.xx.1965-ci il tarixli icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. X1 ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X9 arasında “Novxanı” bağlar massivində yerləşən sahəsi 0,25 ha olan 27 saylı bağ sahəsindən istifadə edilməsi barədə 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən bağdan istifadə müddəti xx.xx.1975-ci il tarixə qədər müəyyən edilmişdir. Ərizəçi həmin bağı özəlləşdirmək, məqsədilə müraciət etdikdə Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatı şöbəsi xx.xx.1965-ci il tarixli 28 nömrəli müqaviləyə möhür vurulmaması səbəbindən bağın özəlləşdirilməsi üçün sənədləri hazırlamaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş 28 nömrəli, xx.xx.1965-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə həm mərhum D.Əliyev həm də Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X3 rəisi tərəfindən imzalanmışdır. Yalnız Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X3 vəzifəli şəxslərinin səhlənkarlığı səbəbindən həmin müqaviləyə möhür vurulmamışdır ki, bu da həmin müqavilənin bağlanmamış hesab edilməsinə əsas ola bilməz. Belə ki, müqavilə imzalanan zaman Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmahdırsa, o həm tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, teleqram, telefonoqram və şairənin mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə hesab etmişdir ki, göstərilənlərə əsasən X1 “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsindən, istifadəyə dair 17 aprel 1965-ci il tarixli 28 nömrəli müqavilə bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Nəticədə Sumqayıt şəhər məhkəməsinin 2(060) 372/2009 saylı iş üzrə, 29 yanvar 2009 cu il tarixli qətnamə ilə X1 “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsindən, istifadəyə dair 17 aprel 1965-ci il tarixli 28 nömrəli müqavilə bağlanmış hesab edilmişdir. Lakin iddiaçının ərizəsinin təmin edilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi **********11 saylı, 11 fevral 2021-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda cavablandırmışdır: Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 3907а ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli ********** Ə-0005 qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı qətnaməsinin fotosurətindən görünür, həmin iddia Sumqayıt Bələdiyyəsinə qarşı qaldırılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin işdə iştiraka cəlb edilməyib, qətnamənin müvafiq qaydada təsdiq edilmiş surəti də məlikəmə tərəfindən rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməyib. Sözügedən mülk iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətinin rəsmi olaraq təqdim edilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin məhkəməyə sorğu göndərilmişdir. Buna görə bildiririk ki, poçt vasitəsi ilə göndərdiyiniz qətnamənin fotosurətində istinad edilən mübahisə ilə bağlı məhkəmə qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surəti rəsmi olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin qətnaməyə münasibət bildiriləcəkdir.” Sumqayıt şəhər məhkəməsinin 2(060) 372/2009 saylı iş üzrə , 29 yanvar 2009 cu il tarixli qətnaməsindən verilən apelyasiya şikayəti təmin edilmiş hüquq barədə mübahisələndirildiyinə əsasən hüquqi faktın tanınması barədə xüsusi icraat qaydasında baxılmış qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət“ mərkəzində xüsusi notariat kontoru Xüsusi notarius X8 tərəfindən 23 fevral 2017-ci il tarixdə 1353 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisinə X2 miras qalmış Sumqayıt şəhəri .X17 ünvanında yerləşən 0, 25 ha torpaq sahəsinə X4 oğlu İddiaçı vərəsə kimi tanınması, Sumqayıt şəhəri,X17 ünvanında yerləşən 0, 25 ha torpaq sahəsinə dair İddiaçı Diavər oğluna vərəsə kimi tanındığı üçün hüquq müəyyən edici sənəd verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2saylı Sumqayıt Ərazi İdarəsinin **********31 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, “X4 vərəsəsi İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 3907а ünvanda yerləşən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin verilməsi ilə bağlı ərizənizə“ Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, məktubunuzda qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı “müqavilənin bağlanmış hesab edilməsi” barədə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2363/2021 saylı qərardadı ilə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu səbəbdən sözügedən xx.xx.1965-ci il tarixli, 28 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə veriməsi barədə icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri” haqqındaAzərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin veriməsi ilə bağlı ərizənizin icrası mümkün olmamışdır”. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 1.0.1-ci, 8-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu, 139.1-1-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci , 12.1-ci, 33.1-ci, 33.2-ci, 73.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı etibarnämə üzrə nümayəndəsi Vəkil Sumqayıt şəhəri, X17 ünvanda yerləşən 27 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti **********31 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə edilmiş məktubda qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-372/2009 saylı “müqavilənin bağlanmış hesab edilməsi" barədə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2363/2021 saylı qərardadı ilə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu səbəbdən, sözügedən xx.xx.1965-ci il tarixli, 28 nömrədi bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Cavabdeh "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə istinad edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrasıdır, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,25 ha olan əvvəllər 27 saylı, 2 dekabr 2013-cü ildən Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən bağ sahəsinin nömrəsi 3907а kimi oxunması qərara alınan 3907а saylı bağ torpaq sahəsinə dair hüquqların X1na ona aid olması barədə arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-372/2009 saylı “müqavilənin bağlanmış hesab edilməsi" barədə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2363/2021 saylı qərardadı ilə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu səbəbdən, sözügedən xx.xx.1965-ci il tarixli, 28 nömrədi bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, X1 ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X9 arasında bağlanmış torpaq sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında 28 nömrəli müqaviləyə əsasən sahəsi 0.25 ha olan 27 nömrəli bağ sahəsi xx.xx.1965-ci ildən xx.xx.1975-ci ilə qədər X4 icarəsinə verilmişdir. Hazırki mübahisənin səbəbi həmin bağ torpaq sahəsinə dair icarə müqaviləsinin möhürlə təsdiqlənməməsindən ibarətdir. İşin hallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)372/2009 saylı Qətnaməsi ilə Novxanı (Qurd dərəsi) bağlar massivində yerləşən 27 saylı bağ sahəsinin X4 istifadəsinə verilməsi faktı tanınmış, həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilə bağlanmış hesab edilmişdir. Sözügedən 3907a saylı bağ torpaq sahəsinə Sumqayıt şəhər İH BTİ və İB-nin xx.xx.1965-ci il tarixli, 28 saylı Müqaviləsi və Sumqayıt şəhər Məhkəməsin xx.xx.2019-cu il tarixli, 2(060)372/2019 saylı Qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 497876 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X12 kitabında xx.xx.2014-cü il tarixdə 6918 nömrə ilə uçota alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2363/2021 saylı qərardadı ilə məhkəmənin 29 yanvar 2009-cu il tarixli, 2(060)372/2009 saylı Qətnaməsi ləğv edilərək iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdeh orqan Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Məkhəmə hesab edir ki, icarə müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsinə zərurət yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bağlar Təsərrüfatı İdarəsinin müqavilələri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir, habelə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X13 barədə, həmçinin həmin qurumun sənədlərinin harada saxlanılması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsində heç bir məlumat yoxdur. (Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 11 noyabr 2022-ci il tarixli, 260 saylı məktubu və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 03 aprel 2023-cü il tarixli, 5-6/2- 516/2023 saylı məktubu) Lakin eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh arxivində Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən təhvil verilmiş arxiv qovluğunda X17 ünvanında yerləşən 27 saylı bağa xx.xx.1965-ci ildən xx.xx.1975-ci il tarixədək icarəsinə verilmiş 28 nömrəli icarə müqaviləsinin surəti mövcuddur. Həmçinin Sumqayıt şəhər İH-nin BTl-nin xx.xx.1965-ci il tarixli 28 saylı müqaviləsi və AR adından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli № 2(060)-372/2009 saylı Qətnaməsi əsasında X17 3907а saylı bağ sahəsinə xx.xx.2014-cü il tarixli (sizin sorğunuzda xx.xx.2004-cü il qeyd edilmişdir) 6918 qeydiyyat, A № 497876 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən icarə müqaviləsi möhürlə təsdiqlənməsə də həmin müqavilənin surəti Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən təhvil verilmiş cavabdeh inzibati orqanın arxiv qovluğunda saxlanılır. Məhkəmə hesab edir ki, müqavilənin möhürlə təsdiqlənməmiş olması və ya bağ təsərrüfatı idarəsinin müqavilələrinin dövlət arxivinə verilməmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh inzibati orqanın özünün arxivində bu həmin müqavilənin saxlanılması müqavilənin mövcudluğun sübutu qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı 0.25 ha torpaq sahəsinin müayinə aktı və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, 2 tərəfi yol, digər tərəfləri qonşudur. Mübahisəli hal yoxdur. Üzərində icazəsiz tikili yoxdur. Torpaq sahəsində texniki inventarlaşdırma işləri aparılmış və müəyyən edilmişdir ki, üzərində 112.0 kv.m yaşayış evi və 24.0 kv.m tikili mövcuddur. Torpaq sahəsi yerüstü kommunikasiya xətlərinin mühafizəsi zonasında yerləşmir. Habelə məhkəmə araşdırması zamanı bağ torpaq sahəsinin qonşuluğunda olan və üzərində mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlaklara dair ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surəti və ortofoto görüntüləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. “Torpaq islahatı haqqında” Qanuna əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Avropa Məhkəməsi bu mövqeyini sonrakı qərarlarında da inkişaf etdirmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, Sumqayıt Bələdiyyəsi tərəfindən təhvil verilmiş arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən 0,25 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüqunun X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-218/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-218/2023
06.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver