Məhkəmə qərarları › İş №2-1(118)-2180/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2180/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2180/2022 04.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (SOCAR Karbamid zavodunun Karbamid və ammonyak istehsalı sahəsində böyük mexanik vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 55 yaşı tamam olan tarixdən, yəni 10 fevral 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 57 yaşı tamam olan tarixdən, yəni 10 fevral 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müracət edərək, 55 yaşı tamam olan tarixdən, yəni 10 fevral 2017-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1962-ci ildə anadan olmuşdur. O, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ildə X1 təhsil almışdır. Təyinatla işləmək üçün Sumqayıt şəhəri Boru Prokat zavoduna göndərilmişdir. xx.xx.1984-cü ildən xx.xx.2005-ci ilə qədər Sumqayıt Boru Prokat zavodunda işləmişdir. xx.xx.2005-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2005-ci ildə "xxxx" ASC-də işə qəbul edilmiş və xx.xx.2006-cı ilə qədər həmin Cəmiyyətdə işləmişdir. xx.xx.2006-cı ildən xx.xx.2009-cı il tarixə kimi “DET.AL.Limited” şirkətində, xx.xx.2009 ildən xx.xx.2010-cu ildə "xxxx" MMC-də, xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilə kimi "xxxx" MMC-də işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər Sumqayıt şəhər Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda alınmışdır. xx.xx.2018-ci ildən hal-hazıradək Dövlət Neft Şirkətinin Karbomid zavodunda işləyir. Ümumi iş stajı 38 il 10 ay 29 gün təşkil edir. 18 iyul 2018-ci il tarixdə əmək kitabçasına əsasən Sokar korbamid zavodunun insan resursları şöbəsinin rəisinin imzaladığı sığorta olunanın ümumi iş stajı barədə məlumat təsdiq edir. Onun işlədiyi illər zərərli iş yerlərində olduğuna görə (Azərbaycan Respublikası Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li Siyahının İİİ bölməsinin 4b yarımbölməsinin 2040400a-23187; 24125 şifri) onun 55 yaşından əmək pensiyası almaq hüququ yarannmışdlr. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmiş, lakin onun xx.xx.2006-cı ilə qədər tələb olunan 25 illik ümumi iş stajının tamam olmaması səbəbindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqia) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə çalışan kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, qadınlar isə 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddaçıya münasibətdə halhazırda qüvvədən düşmüş ’’Vətəndaşların pensiya təminatı” haqqında Qanun tətbiq edilə bilməz. Belə ki, iddiaçının Filiala təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, o, xx.xx.1998-xx.xx.1999-cu il tarixədək ümumilikdə 1 il 02 ay ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. “Əmək Pensiyaları haqında” Azərbaycan Respublikası Qanununa əsasən qeyd edilən dövrlərdə məcburi dövlət sosial haqları ödənilmədiyndən həmin müddət iddiaçının iş stajına daxil etmək mümkün deyil. Məhz bu səbəbdən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən az, yəni 24 il 10 ay 04 gün təşkil edir. İş materiallarında olan : -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. -KB № ********.seriyalı diplomdan görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1984-cü illərdə təhsil almışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 46 saylı arayışdan görünür ki, X3 xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində 45 gün təlim toplantısında iştirak etmişdir. -İddiaçının adına açılmış Б-№ ******* seriyalı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-xx.xx.1982-ci illərdə Lenin adına “Krivorjstal”–da, xx.xx.1984-xx.xx.2003-cü illərdə "xxxx" ASC-də, xx.xx.2005-xx.xx.2006-cı illərdə "xxxx" ASC-də, xx.xx.2006xx.xx.2009-cu illərdə “DET.AL Limited” şirkətində, xx.xx.2009-xx.xx.2010-cu illərdə "xxxx" MMC-də, xx.xx.2010-xx.xx.2016-cı illərdə “Embawood “MMC-də, xx.xx.2017-xx.xx.2018-ci illərdə Azneft İB H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsində işləmişdir. xx.xx.2018ci ildən hazırki tarixədək SOCAR Karbamid zavodunun Karbamid və ammonyak istehsalı sahəsində böyük mexanik vəzifəsində işləyir. - "xxxx" tərəfindən verilmiş 42 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1984-xx.xx.1986-cı illərdə, xx.xx.1987-xx.xx.1996-ci illərdə və xx.xx.2003-xx.xx.2005-ci illərdə boru mufta emalı sexində və boru yayma sexində böyük usta və rəis müavini vəzifəsində işləmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının İİİ bölməsinin 4b yarımbəndinin 2040400a-21187, 24125 şifrəsi altında göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Arayışa əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.1998-xx.xx.1999-cu illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. - ARDNŞ Karbamid zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən SOCAR Karbamid zavoduun Karbamid və ammonyak istehsalı sahəsində böyük mexanik vəzifəsində işləyir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 31.1 və 37.7-ci maddələrinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Bu zaman, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilən Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçı əvvəlcə 57 yaşdan əmək pensiyasının təyin olunmasını tələb etsə də, sonradan iddia tələbinə dəqiqləşdirmə baədə ərizə verərək 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya 55 yaşdan əmək pensiyasının təyin edilməsi üçün onun 1997-ci il avqustun 1-dək 25 ildən artıq ümumi iş stajına malik olması, bunun 12,5 ilini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması normanın dispozisiya şərtləridir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1997-ci il tarixə qədər ümumi iş stajı 20 ildən də az olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçının hətta xx.xx.2006-cı ilə qədər ümumi iş staı 25 il təşkil etmir. Belə ki, iddiaçı xx.xx.1998-xx.xx.1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğundan həmin müddət onun sosial sığorta stajına daxil edilə bilməz. Həmin dövrdə onun əmək haqqı alması təsdiqlənmədiyindən göstərilən dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi ilə bağlı mübahisə yaranmışdır. İddiaçının mübahisələndirilən dövrdə əmək haqqı almasını təsdiq edən sənədlər aşkar edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunvericiliyin mənasından görünür ki, əmək pensiyasının hesablanması üçün işçinin fəaliyyəti dövründə əmək haqqından məcburi sosial sığorta haqqının tutulması şərtdir. Əmək haqqının ödənilməıdiyi halda həmin müddətin sosial sığorta stajına daxil edilməsi qanunauyğun deyildir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 55 yaşı tamam olan tarixdən, yəni 10 fevral 2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasinın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar