Məhkəmə qərarları › İş №2-1(118)-2181/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2181/2022

25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2181/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiləsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafilə Fondu Publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “1981-ci ilin fevral ayının 10-dan 1986-cı ilin oktyabr ayının 10-na kimi Qax rayonunun Zəyər kəndində kolxozda, xx.xx.1987-ci ildənxx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil almağını, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Bor prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində, xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək SEMOCO MMC-də mexaniki avadanlıqların təmiri üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.2020-ci ildənxx.xx.2020-ci ilədək "xxxx" MMC-də təmirçi çilingər vəzifəsində işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə və zərərli iş şəraitinə görə güzəştli pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “həmin dövr üçün güzəştli stajın təsdiq edilməsi və 57 yaşı tamam olan tarixdən, yəni 01 dekabr 2021-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Qax rayonunun Zəyəm kəndində anadan olmuşdur. xx.xx.1982-ci ildən xx.xx.1986-cı ildə Qax rayonunun Zəyəm kəndində kalxozda işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstutunda oxumuşdur. xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Sumqayıt boru prokat zavodun mexanik sexinə mexanik köməkçisi peşəsinə işə girmişdir və həmin zavodda usta vəzifəsinə kimi zərərli sexlərdə işləmişdir. xx.xx.2016-cı ildə AR-nin Əmək məcəlləsinin 69 maddənin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (əmr 394-k). xx.xx.2016-cı ildə SEMOCO MMC-yə Mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə AR.Ə.M.-məcəlləsinin 690-cu maddəsinin 3ü bəndinə əsasən öz xahişim ilə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MMC-yə tamir-tikinti və rekonstruksiya işləri şöbəsinə mexaniki avadanlıqların təmirçi üzrə təmirçiçilingər işinə qəbul edilmişdir. xx.xx.2020- ci ildə AR.ƏM-nin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin bitməsi ilə əmək müqaviləsinə xitam verilmişdir (əmr 253k). xx.xx.2016-cı il tarixdə əmək kjitabçasına “X5 Həmkarlar İttifaqı Komitəsinin Sədrinin imzaladığı Sığorta olunan ümumi iştirakı barədə məlumat təsdiqi. İşlədiyi illər zərərli iş yeri olmuşdur. Ümumi iş stajım 36 il 8 aydır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmişdir. 2№-li siyahının İİİ bölməsinin 4b, 4a yarım bölməsinin 2040400a- 23187,23187,2040400a-18559 şifri ilə güzəştli şərtlərlə və qeyd edilmiş peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş” Güzəştli şərtlərləyaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.3(a) və 3.4(a) boru istehsalı bəndində” təmirçi-çilingərlər kimi öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiyr almağ hüququ verir. İddiaçı Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini AR-sı ƏƏSMN- yanında DSMF-nin xüsusi şərtlərlə təyinat idarəsinə təqdim etmişdir. Cavabdeh tərəf özünün 02 iyun 2022-ci il tarixli 226 313 405 02 saylı məktubda qeyd edilir ki, “sizin 25 il ümumi iş stajınız olduğu halda sizin sizin ( 19 il 3 ay 25 gün) və 01 yanvar 2006-cı il tarixində güzəştli iş stajınız 12 il 06 ay olduğu halda sizin (7 il, 6ay, 24 gün) güzəştli iş stajınız vardır. Eyn zamanda sizin fərdi hesabınızda Sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatınma imkan vermir. Belə ki, Əmək pensiyasını minimum məbləğindən az olmayan pensiya kapitalınız 56.400.00 manat olduğu halda sizin pensiya kapitalınız 30.480.16 manat təşkil edilir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanun vericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” AR-nin ƏƏSMN-nin yanında DSMF -nin xüsusi şərtlərlə təyinat idarəsi bilir ki, pensiya kapitalı 2006-cı ilin yanvar ayından hesablanır onun yazmış olduğu imtina məktubu əsassızdır. Belə olan halda cavabdehin imtinası əsassızdır və iddiaçıya zərərli iş stajına görə 01.dekabr.2021-ci ildən 57 yaşını tamam olan tarixdə 2-ci siyahı üzrə güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək 1981-ci ilin fevral ayının 10-dan 1986-cı ilin oktyabr ayının 10-na kimi Qax rayonunun Zəyər kəndində kolxozda, xx.xx.1987-ci ildənxx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil almağını, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Bor prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində, xx.xx.2016-cı ildən xx.xx.2020-ci il tarixədək SEMOCO MMC-də mexaniki avadanlıqların təmiri üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.2020-ci ildənxx.xx.2020-ci ilədək "xxxx" MMC-də təmirçi çilingər vəzifəsində işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə və zərərli iş şəraitinə görə güzəştli pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, 1981-ci ilin fevral ayının 10-dan 1986cı ilin oktyabr ayının 10-na kimi Qax rayonunun Zəyəm kəndində kolxozda işləmişdir, xx.xx.1987-ci ildən- xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənaye İnstitutunda ali təhsil almışdır, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Boru prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində işləmişdir, xx.xx.2016-cı ildən-27.012020-ci il tarixədək SEMOCO MMC mexaniki avadanlıqların təmiri üzrə təmirçi-çilingər vəzifəsində, xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilədək "xxxx" MMC-də təmirçi çilingər vəzifəsində işləmişdir. Hal-hazırda xəstədir. İş qabiliyyətini itirmişdir. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikasının ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ərizəsini rədd edərək bildirmişdir ki, “qeydə alınmış pensiya kapitalı- 56400.00 manat oıması zəruri olduğu halda, cəmisi 30480.16 manat olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qeyri-mümkündür.” Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Yuxarıda göstərdiklərini şahidləri də təsdiq edə bilərlər. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq ağır işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehslatlarm, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarm: kişilər 57 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalşmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması, tələb olunan 12 il 06 ay əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə sosial sığorta stajına qarşı ümumi 36 il 8 ay əmək stajımın 24 il 01 ay 5 gününün xüsusilə zərərli və ağır olan iş stajına malik olmağımla əıaqədar mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasımın təyin edilməsi qanunidir. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə müvafiq olaraq sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətləri qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən, müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında xüsusi ilə göstərilmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş Pensiya hüququ saxlanılmalıdır. Qərar Qanunda dəyişiklik edilən tarixədək əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Buna görə də, mənə qanunvericiliyə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, həmin tarixdə qüvvədə olmuş müvafiq normativ hüquqi aktların. normalarına uyğun olaraq qanunauyğundur. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü, 82-ci, 14.3-cü, 33.1-ci, 73.1-ci maddəsi, qüvvədə olan Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 21-ci, 25-ci maddəsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının İİİ bölməsinin 3.1.1-ci bəndi, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsi, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu, 10-cu maddələri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsi, İnzibati İcraat haqqında Qanunun 21, 24, 28, 45 və 61-ci maddələri, “Əmək Pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarf’nm 2.5-ci bəndi, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 27.1 maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi, “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci, 21-ci, 23-cü, 30-cu maddələri nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun ziahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən baxılaraq xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktuba əsasən ərizəçi İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12İİ6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı (qara metallar) bölməsinin (İİİ) 2040100a-23187 kodu ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995xx.xx.1998- ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 3 ay 25 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1998- ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 1 ay 9 gün kolxoz dövrü)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin İddiaçı dair 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1998- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddətin iş stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 111-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüquqları aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə və işəgötürənin razılığı ilə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə — uşaq dörd yaşına çatanadək; arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək; 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara — 14 təqvim gününədək və s. hallarda ödənişsiz məzuniyyətlər verilir. İstinad olunan müvafiq normalarda ödənişsiz məzuniyyətlərin növləri göstərilməsinə baxmayaraq, müəssisənin istehsal fəaliyyətinin azalması ilə bağlı olaraq işçiyə ödənişsiz məzuniyyətin verilməsi imkanı və ya belə bir məzuniyyət növü nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlagədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məgsədilə vətəndaşlara aylığ pul ödənişidir. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair plenum qərarı). Pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1,0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Yuxarıda istinad olunan qanunvericilik normalarındanda göründüyü kimi işçinin əməkhaqqı almadığı dövrlər onun sığorta stajına daxil edilmir Nəzərə alınmalıdır ki, əmək pensiyası itirilmiş gəlirlərin konpensasiyası məqsədilə edilən ödənişdir. Eyni zamanda İddiaçı məxsus fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 30480,16 manat təşkil edir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, həmçinin onu da qeyd etmək lazımdır ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri (mübahisəli dövrlər də daxil olmaqla), kolxozda işlədiyi dövrü və 855481 nömrəli diplomda əks olunan təhsil dövrünü qəbul etsək belə, xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. Lakin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı 1981-ci ilin fevral ayının 10-dan 1986-cı ilin oktyabr ayının 10-na kimi Qax rayonunun Zəyər kəndində kolxozda, xx.xx.1987-ci ildən-xx.xx.1992-ci ilə kimi Azərbaycan Sənay İnstitutunda ali təhsil almağını, xx.xx.1992-ci ildən-xx.xx.2016-cı ilə kimi Sumqayıt Bor prokat zavodunda usta vəzifəsində zərərli istehsalat sexlərində, xx.xx.2016-cı ildən 27.012020-ci il tarixədək SEMOCO MMC-də mexaniki avadanlıqların təmiri üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.2020-ci ildən-xx.xx.2020-ci ilədək "xxxx" MMC-də təmirçi çilingər vəzifəsində işlədiyi illəri sosial sığorta stajına daxil edilməklə və zərərli iş şəraitinə görə güzəştli pensiya təyin olunmasını istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi usta köməkçisi vəzifəsi ustalar və böyük ustalar vəzifəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (7 il 6 ay 24 gün (xx.xx.1995-xx.xx.1998- ci il, xx.xx.2001 -xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (19 il 3ay 25gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1998- ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 1 ay 9 gün kolxoz dövrü)) təşkil edir. Əlavə olaraq bildirirlər ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin İddiaçı dair 13 noyabr 2020-ci il tarixli 19 nömrəli arayışında onun xx.xx.1998- 01.01,2001-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu müddətin iş stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin onu da qeyd edirlər ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri (mübahisəli dövrlər də daxil olmaqla), kolxozda işlədiyi dövrü və 855481 nömrəli diplomda əks olunan təhsil dövrünü qəbul etsək belə, xx.xx.2006-cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. Lakin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliyə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Hazırki iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbi üzrə xx.xx.2006-cı il tarixədək 25 il ümumi sığorta stajı tələb olunur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006cı il tarixədək ümumilikdə 21 il 9 ay 25 gün sosial sığorta stajı mövcuddur. Bu halda məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Həmçinin iddiaçının 60 yaşı da tamam olmadığına görə məhkəmə hesab edir ki, iddiaçının hazırdada belə bir hüququ yaranmır. Lakin onun, 60 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbi ilə yenidən cavabdeh orqana müraciət etmək hüququ istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddi rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar