Məhkəmə qərarları › İş №2-1(118)-2186/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2186/2021

16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2186/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 2qayıt Regional Vəkil bürosunun vəkili, ünvan 2qayıt şəhəri, 9-cu mikrorayon, ev 9 v, mənzil 25-də yaşayan) iştirakı ilə İddiaçı cavabdeh ünvan 2qayıt şəhər Polis İdarəsinə qarşı X2 ünvan 1 ünvanda yerləşən 22 saylı (yeni qaydalarla ünvan 2qayıt şəhəri, Heydər Əliyev prospekti, 323, M1, m2) mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 2qayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ünvan 2qayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 2qayıt İnzibati Məhkəməsinə müraciət edərək, X2 ünvan 1 ünvanda yerləşən 22 saylı (yeni qaydalarla ünvan 2qayıt şəhəri, Heydər Əliyev prospekti, 323, M1, m2) mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01.11.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2qayıt şəhəri, 2-ci mikrorayon, ev 24/61 ünvanda yerləşən 22 (Yeni qaydalarla: Az 5006. ünvan 2qayıt şəhəri. Heydər Əliyev prospekti.

323. M1, mənzil 2) saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. X1 ögey qardaşıdır. İddiaçının anası X7 04 aprel 2016-cı il tarixdə mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 20-cı məhəllə, ev 20/29 ünvanında yerləşən 32 saylı mənzili satmış, bir neçə aydan sonra sözügedən ünvan 2qayıt şəhəri, 2-ci mikrorayon, 24/61 sayı evdə yerləşən 22 saylı mənzili satın almışdır. X7 cavabdehin öz istəyi ilə ünvan 2qayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən, ev 4/A saylı sənədsiz fərdi evi oğlu X3 vermişdir. ünvan 2qayıt şəhəri, 2-ci mikrorayon , ev 24/61 ünvanda yerləşən 22 saylı mənzili isə 08 iyul 2016-cı il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. A.Səlimov da bu prosesdə iştirak etmiş və qanunla müəyyən edilmiş qaydada mənzilin iddiaçıya bağışlanmasına etiraz etməməsi barədə razılıq ərizəsi vermişdir. A.Səlimov mübahisəli mənzildə heç vaxt yaşamamış, onun İnşaatçılar qəsəbəsində yerləşən evinin sənədləri olmadığından o, formal olaraq iddiaçının mənzilinə qeydiyyata düşmüşdür. Məhkəmə iclasdında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs X5 şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. ünvan 2qayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 evdə yerləşən 22 saylı mənzil (yeni qaydalara əsasən ünvan 2qayıt şəhəri, Heydər Əliyev prospekti, 323, M1, m2) İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X5, X8 və X4 ünvan 2qayıt şəhəri, 2- ci mikrorayon, ev24/61 ünvanda yerləşən 22 saylı mənzil ünvanında qeydiyyatdadırlar. - 6 saylı MKS tərəfinfən verilmiş 898 saylı 29.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 2- ci mikrorayon, ev24/61 ünvanda yerləşən 22 saylı mənzildə X5, X8 və X4 qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh ünvan 2qayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Üçüncü şəxs mənizlin mülkiyyətçisinin dəyişməsindən əvvək həmin ünvana qeydiyyata düşmüş və mülkiyyətçinin dəyişməsinə razılıq vermişdir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 İddiaçı mülkiyyətində olan ünvan 1 evdə yerləşən 22 saylı (yeni qaydalarla ünvan 2qayıt şəhəri,Heydər Əliyev prospekti, 323, M1,m 2) mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh ünvan 2qayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X2 İddiaçı mülkiyyətində olan ünvan 1 evdə yerləşən 22 saylı (yeni qaydalarla ünvan 2qayıt şəhəri, Heydər Əliyev prospekti, 323, M1, m2) mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh ünvan 2qayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 2qayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (ünvan 2qayıt Məhkəmə Kompleksi) ünvan 2qayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar