Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2187/2025 23.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində birinci dərəcəli yol montyoru işlədiyi dövrləri, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmət dövrünün, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi Şəmkir SES TQ 7 kolxozda naxırçı; xx.xx.1982-ci ildən 10.1986-cı ilədək üzümçülük sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylısubay mal-qara briqadasinda naxırçı işləməsini sığortalıstaj hesab edilərək əmək kitabçasına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun 2 saylı Quba-Xaçmaz regional filialına həvalə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə kimi Dəmir Yolu 1 nömrəli Xaçmaz yol distansiyasının Qızılburun məntəqəsində birinci dərəcəli yol montyoru işlədiyi dövrləri, xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixə kimi hərbi xidmət dövrünün, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi Şəmkir SES TQ 7 kolxozda naxırçı; xx.xx.1982-ci ildən 10.1986-cı ilədək üzümçülük sovxozunda işlədiyi dövrlərin sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25.xx.xx.1956-cı ildə Dəvəçi-hazırki Şabran rayonu, Çuxurazəmi kəndində doğulmuşdur. xx.xx.1995-ci ildə Dəvəçi rayon Sabran kəndində yerləşən Ədliyyə Nazirliyinin 3 N-li İslah Əmək koloniyasının inzibati binasında yanğın hadisəsi baş vermiş və orada yerləşən “Liman”cinsalma-kökəltmə sovxozunun arxivi də yanmışdır. Həmin vaxt iddiaçının əmək kitabçası dayanmışdır. xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədəkŞabran /keçmiş Dəvəçi/rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylısubay mal-qara briqadasinda naxırçı işləmişdir. Rayon Dövlət Arxivində işə qəbul olunmaq barədə xx.xx.1982-ci il tarixli 83/1/ saylı Əmr aşkarlansa da, işdən çıxmaq barədə əmr aşkarlanmamışdır.Həmçinin sovxozun əmək haqqı cədvəllərində aldığı əmək haqları barədə məlumatlar ilə də həmin dövrdə üzümçülük sovxozunda işlədiyini təsdiq edir. İddiaçı ilə birlikdə işləmiş X2, X1 xx.xx.2022-ci ildə Şabran rayon İH-nin Cuxura zəmi İƏD-si üzrə nümayəndəliyinin inzibati binasında iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Şabran keçmiş Dəvəçi rayonu Siyəzən üzümçülük sovxozunda 5 saylı subay mal-qara briqadasında naxırçı işləməsi faktını təsdiq edən xx.xx.2022-ci il tarixli Akt tərtib etmişlər. Lakin pensiyasına əlavələr edilməsi ilə əlaqədar iddiaçıya əmək kitabçasını və iş stajını bərpa etmək lazımdır. Həqiqətən Siyəzən üzümçülük sovxozunda naxırçı işləməsi barədə iddiaçıya arayış verilmişdir. Lakin arayışla dövlət idarə və təşkilatlarda hüquq münasibətlərini tənzimləmək, əmək kitabçasını bərpa etmək mümkün deyildir. Cavabdeh isə iddiaçının iş stajını tanımaq istəmir. Cavabdehə arxiv arayışlarında qeyd olunan müddətin sığortalı staj hesab olunaraq əmək kitabçasına salınmasını xahiş etsə də, buna imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra - Mərkəzi Filial)qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-2187/2025 nömrəli inzibati iş vardır. Bununla əlaqədar iddia ərizəsinə etirazı təqdim edirlər və icraatınıza qəbul edib, hüquqi qiymət vermənizi xahiş edirlər. Filialından daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmış və aşağıdakı əsaslarla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, sözügedən imtinada iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi sığorta stajı 16 il 11 ay 29 gün təşkil etdiyi bildirilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında “Siyəzən Üzümçülük” sovxozunda işə qəbul edilməsi barədə məlumat olsa da, işdən çıxma barədə məlumatlar qeyd olunmadığndan xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrün onun sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı Şabran rayon Məhkəməsinə hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə müraciət etmişdir. Sözügedən müraciət əsasında Şabran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(031)-381 /2024 nömrəli qətnaməsi ilə İddiaçı ərizəsi qismən təmin edilmiş, xx.xx.1980ci ildən xx.xx.1982-ci ilə kimi “Liman” cinsalma-kökəltmə sovxozunda naxırçı vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Şabran rayon Məhkəməsindən daxil olmuş məktuba əsasən həmin dövrlər iddiaçının sığorta stajına daxil edilərək onun sığorta stajı yenidən hesablanmış və iddiaçının mübahisələndirilməyən ümumi sığorta stajının 19 il 5 ay 5 gün təşkil etməsi müəyyən edilmişdir. Həmçinin, iddiaçının xx.xx.2006-cı ıl tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda iddiaçının “Siyəzən Üzümçülük” sovxozunda işlədiyini iddia etdiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixdək olan dövrlər nəzərə alınsa belə onun sığorta stajı tələb olunan müddətdən (25 ildən) azdır. Məlumat üçün bildirirlər ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ olmadığından ona xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ИT-1797326 saylı əmək kitabçası; xx.xx.2023-cü il tarixli, 167 saylı arxiv arayışı; cavabdehin iddiaçıya ünvanladığı 27 iyul 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxx 1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının 23 dekabr 1974-cü il tarixindən 04 may 1975-ci il tarixinədək, 08 may 1975-ci il tarixindən 24 iyun 1977-ci il tarixinədək, 01 yanvar 1980-ci il tarixindən 10 iyun 1982-ci il tarixinədək, 01 iyul 1982-ci il tarixindən 01 fevral 1983-cü il tarixinədək, 01 iyul 1983-cü ildən 01 sentyabr 1984-cü ilədək, 02 yanvar 1988-ci ildən 30 dekabr 2004-cü ilədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT- 1797326 saylı əmək kitabçası, Şabran rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnamədə ilə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 25 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 25 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva