Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2189/2022 27.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona təyin olunmuş əmək pensiyasının bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona təyin olunmuş əmək pensiyasının bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi”-nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-4480/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə 1974-cü il tarixdən başlamışdır. 1 il 2 ay 15 gün işlədikdən sonra, 1975ci ilin noyabr ayında hərbi xidmətə getmişdir. 2 il hərbi xitməti müddətindən sonra 1977-ci ilin dekabr ayında yenidən əmək fəaliyyətinə başlamışdır. Müxtəlif sahələrdə əmək fəaliyyəti olmuşdur. xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatdığına görə işdən azad edilmişdier. Bütün bu fəaliyyət dövrü ərzində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müddətdə 20 gün və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 ay 18 gün müddətində olmaqla ümumilikdə 4 ay 7 gün əmək fəaliyyəti ilə məşğul olmamışdır. Cavabdeh təşkilatın ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilir ki, "Əmək pensiyaları haqqında" AR Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsi ilə hesablanır və 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il nəzərdə tutulur. Qeyd edir ki, 2006-cı ilin yanvar ayının 1-dək olan dövr üçün ona 25 il staj hesablanması ilə razı deyil. Belə ki, onun həmin dövr ərzində 31 il 2 ay 15 gün əmək stajı olmuşdur. Cavabdeh təşkilatın məktubunda özlərinin də qeyd etdiyi kimi sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxlsərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 və 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. O, belə bir arzunu ifadə etməmişdir və onun fikri nəzərə alınmadan əmək stajı 25 il hesablanmışdır. O, həmin dövr üçün faktiki 31 il 2 ay 15 gün staj müddətinin hesablanmasını tələb edir. Həmçinin cavabdeh təşkilat xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixə kimi X1 X2 məcburi dövlət sosial sığorta haqlarının qeydə alınmaması səbəbi ilə həmin dövrü onun sosial sığorta stajına daxil etməmişdir. Bildirir ki, sosial sığorta haqlarını köçürülməməsi iddiaçının səhvi deyil, nə də ki, vəzifəsi deyil. O, həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur, bu onun əmək kitabçası ilə təsdiq olunur. Bu görə də həmin dövrün əmək kitabçasına hesablanmasını tələb edir. Sözügedən Qanunun 29-cu maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Hesab edir ki, cavabdeh təşkilat onun fəaliyyət dövrünü hissələrlə bölməklə düzgün indeksləşdirməmiş, yuxarıda qeyd etdiyi dövrlər də nəzərə alınsa, onun üçün müəyyən edilmiş pensiya kapitalı kifayət qədər azdır. Ona görə də əmək stajı düzgün hesablanmaqla və əmək pensiyasının sığorta hissəsi düzgün indeksləşdirilməklə yenidən hesablanmalıdır. Cavabdeh təşkilatın mövqeyinə əsasən, ona xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada 243,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxanda qeyd etdiyi səbəblərdən təyin olunmuş pensiya məbləği ilə razı deyil və hesab edir ki, pensiyası yenidən hesablanmalıdır. Həmin Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların,eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin,vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixnə azaldılmamaqla ödənilir.Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR İPM-nin 32.1 maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi dövrlərdə əmək haqqı almamışdır, lakin ona bildirilmişdir ki, əmək haqqı almasada sğorta stajı hesablanmalıdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyini iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması qərarı”nda xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada onun xx.xx.2006-cı il tarixə kimi 17 il 03 ay 02 gün sosial sığorta stajına və xx.xx.2006 - xx.xx.2021-ci illər ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınan 16053,32 manat pensiya kapitalına müvafiq olaraq 243,78 manat məbləğində ona yaşa görə əmək pensiyasının təyin edildiyi, həmçinin xx.xx.1992xx.xx.2008-ci illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti”ndə işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alınmadığı üçün qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması qeyd edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Belə ki, iddiaçı Ə. Ə. Orucova xx.xx.2021-ci il tarixdə 243,78 manat məbləğində yaşa görə pensiya təyin edilmişdir. Daha sonra iddiaçı Ə. Ə. Orucov xx.xx.2021-ci il tarixdə xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı nəzərə alınaraq ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.2.1-ci maddəsinə əsasən, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta hagqı ödənilən hər hansı işinin müddəti sığorta stajına daxil edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Qanunun 2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. DSMF-nin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 04 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”nın 2.1.2-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunurlar. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” AR Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 181 nömrəli qərarına müvafiq olaraq Azərbaycan Respublikasının əlaqədar nazirlik, dövlət komitələri, idarə və müəssisə rəhbərləri, yerli icra hakimiyyəti orqanları tərəfindən əraziləri işğal olunmuş rayonların mövcud idarəetmə strukturlarını saxlamaq və onların fəaliyyətindən bilavasitə istifadə etməklə büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş məcburi köçkünlərin təcili surətdə işlə təmin edilməsi üçün qəti tədbirlərin görülməsi, məcburi köçkünlərin müvəqqəti məskunlaşmış olduqları şəhər və rayon icra hakimiyyətləri işlə təmin edilmiş köçkünlərə əmək haqlarının verilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına lazımi köməklik göstərilməsi, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2017-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsinin təmin edilməsi müəyyən edilmişdir. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 79 nömrəli qərarına müvafiq olaraq büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlər üzrə müvafiq əmək müqaviləsi bildirişlərinin büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlar tərəfindən 2015-ci il aprelin 1-dək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasının təmin edilməsi, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirilməsi müəyyən edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1992 - xx.xx.2008-ci illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti”ndə işlədiyi dövlərin yenidən hesablanmasını tələb edir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı dondurulmuş əmək haqqı verilməsini iddia edir, lakin xx.xx.2006 xx.xx.2008-ci illər ərzində İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən müəssisənin xx.xx.1992 - xx.xx.2008-ci illər ərzində sığortaedən kimi DSMF-də qeydiyyata alınmasına dair hər hansı məlumat əldə edilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********872300 nömrəli məktubunda “Zəngilan rayon İstehlak Cəmiyyəti” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə hər hansı məlumatın mövcud olmaması qeyd edilmişdir. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyasının hesablanması qanunamüvafiq deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiaya etirazı müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona təyin olunmuş əmək pensiyasının bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsini istəyir. Cavabdeh orqan isə qeyd edir ki, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli “yaşa görə əmək pensiyasının yenidən hesablanması qərarı”nda xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada onun xx.xx.2006-cı il tarixə kimi 17 il 03 ay 02 gün sosial sığorta stajına və xx.xx.2006 - xx.xx.2021-ci illər ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınan 16053,32 manat pensiya kapitalına müvafiq olaraq 243,78 manat məbləğində ona yaşa görə əmək pensiyasının təyin edildiyi, həmçinin xx.xx.1992-xx.xx.2008-ci illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti”ndə işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək AR ƏƏSMN-nin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alınmadığı üçün qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması qeyd edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.1992 xx.xx.2008-ci illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti”ndə işlədiyi dövlərin yenidən hesablanmasını tələb edir. Həmçinin qeyd edilməlidir ki, İddiaçı dondurulmuş əmək haqqı verilməsini iddia edir, lakin xx.xx.2006-xx.xx.2008-ci illər ərzində İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Sözügedən müəssisənin xx.xx.1992 - xx.xx.2008-ci illər ərzində sığortaedən kimi DSMF-də qeydiyyata alınmasına dair hər hansı məlumat əldə edilməmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********872300 nömrəli məktubunda “Zəngilan rayon İstehlak Cəmiyyəti” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə hər hansı məlumatın mövcud olmaması qeyd edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən əsaslarla müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Maddə 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi halda sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1992-xx.xx.2008-ci illər ərzində “Zəngilan rayon İstehlak Cəmiyyəti”ndə işlədiyi dövlərin yenidən hesablanmasını tələb edir. Lakin məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Zəngilan rayon İstehlak Cəmiyyəti adlı hüquqi şəxsin dövlət reyestrində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 25 fevral 2022-ci il tarixli, **********872300 saylı məktubu ) Habelə məhkəmə araşdırmasının nəticəsi olaraq İddiaçı-sığortaolunanın hesabı məhkəməyə təqdim edilmişdir. Lakin xx.xx.2006 - xx.xx.2008-ci illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınması müəyyən edilməmişdir. İddiaçı məhkəmə iclasında özü də həmin dövrlər üzrə əmək haqqın almadığını etiraf etmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaması, pensiyanın yenidən hesablanaraq indeksasiya olunması tələbindən imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2189/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2189/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver