Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2189/2023 24.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçılar X3, İddiaçı2 iştirakı ilə İddiaçılar X3, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "X2 X11 və X7 atası olması faktının müəyyən edilməsi" barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar X3, İddiaçı2 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların 2014-cü ildə el-adətinə uyğun toyu olmuş və ər-arvad münasibətlərində yaşamağa başlamışdırlar. Bu münasibətlərindən iki övladları - xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. İddiaçı2 İddiaçı1 ilə ailə quran zaman X9 ilə rəsmi qaydada ayrılmamışdır. Lakin uzun müddət idi ki, ər-arvad münasibətləri pozulmuşdur. İddiaçı1 ilə tanış olmuş və eladətinə uyğun olaraq toyları olmuş və birgə yaşamağa başlamışdırlar. Belə ki, X9 ilə heç bir əlaqəsi olmamışdır. Sonradan məlum olmuşdur ki, o, xx/xx/2022-ci il tarixdə vəfat etmişdir. Birinci övladı - Hüseyn dünyaya gələn zaman doğum haqqında şəhadətnamə almaq istədikdə X9 ilə nikah dövrünə düşdüyü üçün doğum haqqında şəhadətnamənin ata qrafasında X9 yazılmış və üstəlik övladlarının hər ikisinə Zalov soyadı yazılmışdır. İddiaçı hüquqi savadı olmadığı üçün bu məsələni ciddi qəbul etməmiş və son dövrlər sənəd lazım olan zaman X5 imzası, sənədi bir ata kimi ondan tələb olunmuşdur. Övladlarının öz doğma atasının onlar üzərində heçbir hüququnun olmamasını bilmişdirlər. 18 oktyabr 2021-ci il tarixdə nikahlarını rəsmiləşdirsələr də, övladlarının doğum haqqında şəhadətnamələrini dəyişdirə bilməmişdirlər. Bir daha Cavabdeh1nə müraciət etmişdirlər, lakin Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu verilərək, məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılara hüquqi yardım edilmiş, onlara mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçılar X2 X11 və X7 atası olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə ilkin olaraq qeyd edir ki, faktın təsdiq edilməsinin məhkəmədən tələb edilməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüququdur. Lakin, bu tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçılara hüquqi yardım edilmiş, onların tələbləri aydınlaşdırılmışdır. İddiaçlar qeyd edir ki, ana rəsmi nigahda olsada, faktiki olaraq digər iddiaçı ilə faktiki nigah münasibətlərində olmuş və bu uşaqların faktiki atalarının rəsmi qaydada müəyyən olunması niyyətindədirlər. Üşaqların ananın rəsmi nigahda olduğu dövrdə ana bətninə düşmələri işin mübahisə olunmayan halıdır. İddiaçılar cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan əsaslı imtina edərək, məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Lakin iddiaçılar düzgün hüquq müdafiə vasitəsi seçməmiş, müvafiq ümumi məhkəməyə müraciət etməli olduqları halda, inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışlar. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələbini dəqiqləşdirib inzibati orqanın hərəkətlərini mübahisələndirsələr belə, iddia mümkün hesab edilə bilməz. Bekə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 dövlət qeydiyyatı qaydası” nın 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Hazırki iş üzrə uşaqlar ananın rəsmi nikahda olduğu dövrdə ana bətninə düşdükləri üçün inzibati məhkəmə icraatı qaydasında mövcud hüquq müdafiə vasitəsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara izah olunsun ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etmələri istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2189/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2189/2023
24.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver