Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-219/2021 10.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 iştrakı ilə, İddiaçı “X11 LTD” MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““X11 LTD” MMC-nin sub-uçot hesabında əməliyyatların aparılmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “X11 LTD” MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********200300 nömrəli və xx.xx.2020-ci il tarixli **********524900 nömrəli Qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəyişdirərək, “X11 LTD” MMC-nin sub-uçot hesabına əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin subuçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyinin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,vergi orqanları tərəfindən cəmiyyətin ƏDV sub-uçot hesabına qanunsuz şəkildə süni məhdudiyyətlər tətbiq olunmuşdur. Müəyyən müddətdir cəmiyyətə məxsus ƏDV sub-uçot hesabı vergi orqanı tərəfindən qanunsuz texniki üsullarla "bloka" salınmış və tərəfimizdən ƏDV-nin məxarici üzrə hər hansı əməliyyatın aparılması texniki baxımdan qeyri-mümkündür. Buna səbəb isə həmin hesabda proqram təminatı tərəfindən yaradılan texniki məhdudiyyətlərdir. Belə ki, ƏDV sub uçot hesabında hər hansı əməliyyat aparmaq istəyərkən "VÖEN səhvdir", "Məlumatın formatı düzgün deyil" kimi standart xətalar ortaya çıxır. Qeyd olunan texniki problemlərlə bağlı dəfələrlə vergi orqanına müraciət olunsada hər hansı texniki problemin olmadığını bildirilir. Halbuki ƏDV sub-uçot hesabına texniki blokun qoyulması vergi orqanlarının çoxillik ənənəsidir. Bundan başqa, digər vergi ödəyiciləri "X11 LTD" MMC-nin ƏDV subuçot hesabına ƏDV mədaxil etmək istərkən "Bu vergi ödəyicisinin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur" yazısı çıxır ki, bu da cəmiyyətin işgüzar nüfuzuna zərər vurur və həmin şəxslərlə cəmiyyət arasında münasibətlərin pozulmasına gətirib çıxarır. Qeyd olunan hallan əyani şəkildə məhkəmə baxışı zamanı sübut edə bilərlər. Vergi Məcəlləsinin: 13.2.40-cı maddəsinə əsasən ƏDVnin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyvəti orqanı tərəfindən müəyyən edilir. Vergi Məcəlləsinin 175.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 50 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi" Qaydaları təsdiq edilmişdir. Həmin Qavdaların:1.2-ci bəndinə əsasən Əlavə dəyər vergisinin depozit hesabı - ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır. ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. ƏDV sub-uçot hesabı-ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Bu müddəalardan aydın olur ki, vergi ödəyicisinin ƏDV üzrə 2 hesabı mövcuddur: depozit hesabı və sub-uçot hesabı Depozit hesabı faktiki olaraq pul vəsaitlərinin toplanmasını, əməliyyatların aparılmasını əks etdirən hesab olduğu halda, sub-uçot hesabı hər bir vergi ödəyicisinə münasibətdə yaradılan və vergi ödəyicisinə həmin vəsaitlərlə bağlı əməliyyatların həyata keçirilməsinə imkan verən elektron proqram təminatıdır. ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesab fakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həvata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub uçot hesabı üzrə hərəkətlərin aparılmasında yalnız özü səlahiyyətlidir. Bu halda cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi əsaslan qanunvericilikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatın aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istilada etməklə o həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. Qanunvericiliyin tələbi ondan ibarətdir ki, vergi ödayicisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış ƏDV sub-uçot hesabı üzrə əmaliyyatların aparılmasında yalnız vergi ödəyicisi səlahiyyətlidir, lakin həmin hesabda cəmləşmiş məbləğlər vergi ödayicisinin depozit hesabında olan məbləğləri əks etdirməlidir. Depozit hesabından Azərbaycan Respublikası lqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ödəniş tapşırığına əsasən müvafiq məbləğ tutulduqda, sub-uçot hesabında olan göstəricilərdən hamin məbləğin tutulması vergi ödəyicisinə məlum olmalıdır. Bundan başqa, cavabdeh tərəfindən yalnız müvafiq hallar mövcud olduqda elektron xidmətdən istifadə ilə bağlı imtina edilə bilər ki, qeyd edilən hallar məhdudiyyətlə bağlı deyil, bilavasitə elektron sistemdə aparılan əməliyyatlarla bağlıdır. Yəni qeyd edilmiş hallarda cavabdeh tərəfindən sub-uçot hesabına hər hansı bir məhdudiyyət qoyulmur, lakin proqram təminatından istifadə edilməklə cavabdeh informasiya texnologiyaları vasitəsilə vergi ödəyicisinə sub uçot hesabdan istifada edilməsindən imtina edə bilər. Belə ki, vergi ödəyicisinin dövlət büdcəsinə borcu olduqda, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi olan X5 yaradılmış onun səhifəsindən digər sub-uçot hesaba ödənişlərin aparılmasından sistem tərəfindən imtina edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericilikdə nəzərdə tutulan hallar olmadığı halda, qanunsuz şəkildə proqram təminatı vasitəsilə "X11 LTD" MMC-nin ƏDV sub uçot hesabına müdaxilə edir, sub-uçot hesabından istifadə edilməsindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda, əsassız texniki xətalar vasitəsilə imtina edir və nəticədə "X12 LTD" MMC-nin fəaliyyətini iflic edir. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməlivyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəviciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Məhkəmənin nəzərinə çatdırım ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən riskli vergi ödəyicisinin meyarları xx.xx.2020-ci il tarixdə təsdiq edildiyi halda, cavabdeh inzibati orqanlar 2020-ci ilin mart ayında "X13 LTD" MMC-ni əmtəəsiz və riskli əməliyyat aparan şəxs kimi qəbul edərək ona qanunsuz məhdudiyyətlər tətbiq etməvə başlamış və cəmiyyət ilə əməliyyat aparan vergi ödəyicilərinə "Bu vergi ödəyicisinin əmtəəsiz və riskli əməliyyat aparan vergi ödəyicisi olması ehtimal edilir" məzmunlu yazı (mesaj) ilə xəbərdar edərək, cəmiyyətin sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edir və qanunla qorunan hüquqlarını pozur. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələbləri və ümumi prinsiplərinə müvafiq olaraq inzibati orqanların ehtimallar əsasında hərəkət edərək vergi ödəyicilərinin qanuni fəaliyyətinə müdaxilə etməsi kobud və ciddi qanun pozuntusu hesab edilir. Cəmiyyətin xx.xx.2020-ci il tarixli məktubuna İqtisadiyyat Naziriliyi yanında Dövlət Vetgi Xidmətindən ünvanlanmış cavab məktubunda qeyd olunur ki, "cəmiyyətin ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılması üçün istifadə olunan elektron proqram təminatında texniki nasazlıq va ya müəssisənin riskli vergi ödavieisi olması barədə qeyd müəyyən olunmamışdır". Koronovirus pandemiyası dövründə cəmiyyətin fəaliyyətinə bu cür qanunsuz müdaxilə mövcud iqtisadi şəraitdə sahibkarın maliyyə vəziyyətini daha da çətinləşdirməkdən başqa bir məqsədə qulluq etmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçının nümayəndə və vəkili X6 eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmənin sonuncu iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia tələbinə etiraz edərək bildirmişdir ki, Dövlət Vergi Xidməti aşağıda qeyd olunan səbəblərə əsasən iddia ərizəsi ilə razı deyil: Məlum olduğu kimi, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 13.2.8-ci maddəsinə əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM, 109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM 178.11-ci maddə). Belə ki, vergi ödəyicisinin fəaliyyətinin qida məhsullarının istehsalı olmasına baxmayaraq fəaliyyəti qida məhsulları ilə bağlı olmayan, o cümlədən müxtəlif tarixlərdə riskli əməliyyatlar apardığı müəyyən edilən "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 7,2 min manat, "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 17,3 min manat, "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 13,1 min manat ƏDV daxil olmuş və həmin vəsaitlər eyni tarixlərdə "xxxx" MMC-yə (**********) köçürülməklə şəkər tozu və başqa qida əlavələri alınmışdır. xx.xx.2020-ci il tarixdə isə "xxxx" MMC-dən (**********) 30 min manat ƏDV daxil olmuş və müxtəlif vergi ödəyicilərinə köçürülmüşdür. Qeyd olunan 4 riskli vergi ödəyicisindən daxil olan vəsaitin qarşılığında həmin müəssisələrə “şəkər tozu, peçenye, vafli” göstərilməklə 442,8 min (67,5 min ƏDV-lik) manat dəyərində elektron-qaimələr təqdim edilmişdir ki, bu da həmin vergi ödəyicilərinin fəaliyyətinə uyğun deyildir. Belə ki, "xxxx" MMC (**********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə “kran icarəsi, qovşaq qutusu, qızdırıcı naqil və s.” olmaqla 73,6 min manat ƏDV dəyərində alışında və idxalında olmayan mallar təqdim etmiş və daxil olan vəsaitdən 30 min ƏDV məbləği “X11 LTD” MMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) tərəfindən 17,2 min manat ƏDV dəyərində alışında və idxalında olmayan “kreslo, divan,stol dəsti, televizor, soyuducu, yataq” "xxxx" MMC-yə (**********), “kondisioner, pendant, kabel bağı, qazon toxumu və s.” "xxxx" MMC-yə (**********), heç bir işçisinin olmadığı halda xidmətlər isə “maliyyə-marketinq məsələləri üzrə məsləhət xidməti” "xxxx" MMC-yə (**********) təqdim edilmiş, əldə olunan vəsait “X11 LTD” MMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 (**********) “napor, asfalt, katinka, naqil, boru, qaynaq çubuğu və s.” olmaqla (boru istisna) alışında və idxalında olmayan mallar təqdim etmiş və daxil olan 13,2 min manat ƏDV məbləği “X11 LTD” MMC-yə köçürülmüşdür. "xxxx" MMC (**********) işçisi olmadan "xxxx" MMC-yə (**********) “film çəkilişi üçün lisenziya xidmətləri” təqdim etmiş və daxil olan 7,2 min manat ƏDV-ni fəaliyyətinə uyğun olmayan malların alışı üçün “X11 LTD” MMC-yə ödəmişdir. Göründüyü kimi, 4 riskli vergi ödəyicisi tərəfindən əmtəəsiz və ya riskli əməliyyatlar aparılmaqla əldə olunan ƏDV məbləği təqdim etdikləri qaimələrdə göstərilən mal və xidmətlərdə istifadəsi mümkün olmayan qida məhsullarının alışı kimi göstərilərək “X11 LTD” MMC-yə köçürülməsi qeyd olunan qida məhsullarını faktiki olaraq almadıqları ehtimalını yaradır. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən “X11 LTD” MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin ƏDV subhesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin aradan qaldırılmasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssiəsə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. Analoji məhkəmə mübahisəsinə baxmış Ali Məhkəmənin xx.xx.2018ci il tarixli 2- 1(102)-830/18 nömrəli (hakim Sevda Hüseynova) qərarında qeyd edilmişdir ki, iddiaçı hesab etmişdir ki, onun ƏDV sub-uçot hesabına məhdudiyyət cavabdeh tərəfindən qoyulmuşdur. Bu halın əsaslandırılması kimi hər hansı bir sübutu təqdim etməmişdir. Aşağı instansiya məhkəmələri tərəfindən iddiaçının əsaslandığı hallar hər hansı bir qaydada yoxlanılmamış və iddiaçının ƏDV sub-uçot hesabına məhdudiyyətin qoyulması hüququnun cavabdehlərdə olub-olmaması, mövcud olduğu halda, hansı əsaslarla və hansı qaydada qoyulması, qoyulduğu təqdirdə iddia tələbi ilə bağlılığı müəyyən edilməmişdir. ”. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, bildiririk ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Göründüyü kimi, “X11 LTD” MMC-nin iddiası tam əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, vergi ödəyicisinin fəaliyyətinin qida məhsullarının istehsalı olmasına baxmayaraq fəaliyyəti qida məhsulları ilə bağlı olmayan, o cümlədən müxtəlif tarixlərdə riskli əməliyyatlar apardığı müəyyən edilən "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 7,2 min manat, "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 17,3 min manat, "xxxx" MMC-dən (**********) xx.xx.2020-ci il tarixdə 13,1 min manat ƏDV daxil olmuş və həmin vəsaitlər eyni tarixlərdə "xxxx" MMC-yə (**********) köçürülməklə şəkər tozu və başqa qida əlavələri alınmışdır. xx.xx.2020-ci il tarixdə isə "xxxx" MMC-dən (**********) 30 min manat ƏDV daxil olmuş və müxtəlif vergi ödəyicilərinə köçürülmüşdür. Qeyd olunan 4 riskli vergi ödəyicisindən daxil olan vəsaitin qarşılığında həmin müəssisələrə “şəkər tozu, peçenye, vafli” göstərilməklə 442,8 min (67,5 min ƏDV-lik) manat dəyərində elektron-qaimələr təqdim edilmişdir ki, bu da həmin vergi ödəyicilərinin fəaliyyətinə uyğun deyildir. Göründüyü kimi, 4 riskli vergi ödəyicisi tərəfindən əmtəəsiz və ya riskli əməliyyatlar aparılmaqla əldə olunan ƏDV məbləği təqdim etdikləri qaimələrdə göstərilən mal və xidmətlərdə istifadəsi mümkün olmayan qida məhsullarının alışı kimi göstərilərək “X11 LTD” MMC-yə köçürülməsi qeyd olunan qida məhsullarını faktiki olaraq almadıqları ehtimalını yaradır. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən “X11 LTD” MMC-nin riskli vergi ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin ƏDV sub-hesabı üzrə əməliyyatların aparılmasında yaradılmış məhdudiyyətin aradan qaldırılmasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması üçün hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyətlə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda, bildiririk ki, ƏDV-nin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları (bundan sonra - Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2.3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafiq olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Göründüyü kimi, “X11 LTD” MMC-nin iddiası tam əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında iştrak edən və hər iki cavabdeh təşkilatı təmsil edən Musayev Ruslan Cəlil oğlu eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdirlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının pxxxxmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından və iddiaçının vəkilinin ifadələrindən müəyyən olunur ki, cavabdehlər tərəfindən iddiaçı “X11 LTD” MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin subuçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) məhdudiyyətlər qoyulmuş və cəmiyyət riskli vergi ödəyicilərinin siyahısına salınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı “X11 LTD” MMC-nin tələbi iki hissədən ibarətdir. 1) “X11 LTD” MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, 2) “X11 LTD” MMC-nin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması, Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İddia tələbinin birinci hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, məhkəmə iclas zamanı keçirilmiş sınaq zamanı “X11 LTD” MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında “X11 LTD” MMC-nin şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı kompüterdə edilmiş əməliyyatların ardıcıl çıxarışlarından görünür ki, iddiaçının nümayəndəsi “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələblərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə” əməliyyatını icra etmək üçün bütün zəruri hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, (…) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (…) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı-ƏDVnin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV sub-uçot hesabı-ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə lə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı-depozit və sub-uçot hesabı mövcüddür. ƏDV sub hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; 4.2-ci bəndinə əsasən ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: 1) dövlət büdcəsinə; 2) dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; 3) ƏDV sub-uçot hesablarına; Qaydaların 4.3-cü bəndinə əsasən elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2007-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 27 saylı qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan X8 (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə X5 yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyicisinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-cü maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında göstərilmişdir. Həmin reqlamentin 3.3.2 bəndinə uyğun olaraq imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: 1) Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri; 2) İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; 3) Dövlət büdcəsinə borcu olduğü halda digər subuçot hesaba ödəniş aparılmasından imtina edilir; 4) Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci bəndinə əsasən idxala görə ƏDV köçürmə əməliyyatı ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bunun üçün əməliyyat növündən “İdxala görə ƏDV köçürməsi” bəndi qeyd edilir. Sonra alanın VÖEN-i siyahısından müvafiq Gömrük idarəsi seçilir, ödənişin məbləği və ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin subuçot hesabından təyin edilmiş Gömrük idarəsinə köçürülür. İşin materialları ilə müəyyən edilmişdir, “X11 LTD” MMC sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərildiyi müəyyən edilmişdir. Məhkəmədə işə baxılarkən məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia etdiyi məhdudiyyət əyani olaraq göstərilmişdir. Nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında “X11 LTD” MMC-nin şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələblərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə əməliyyatını” icra etmək üçün bütün zəruri düzgün hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil.” yazısı göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx xxxxxx 2012- ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina halları müəyyən edilmiş və bu zaman sistem tərəfindən istifadəçinin ekranına verilən mesajların qəti siyahısı müəyyən edilmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən əməliyyatın nümayişi zamanı sistem tərəfindən kompüter ekranına verilən “Səhv!!! Məbləğin formatı düzgün deyil.” yazısı həmin imtina hallarının və kompüter ekranına verilən mesajların siyahısında göstərilməmişdir. Beləliklə, iddiaçı “idxala görə ƏDV köçürmə əməliyyatım” sistemdə mövcud olan məhdudiyyətlərə görə icra edə bilməmişdir. Bundan başqa, məhkəmədə işə baxılarkən, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də əməliyyatın icra edilməsi üçün bütün zəruri hərəkətlərin düzgün edildiyi təsdiq edilmiş, lakin onlar iddiaçının ƏDV sub-uçot hesabının işlək vəziyyətdə olmasını da nümayiş etdirə bilməmişlər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” xx xxx 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına məsuliyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi daşıyır. Buna baxmayaraq, cavabdeh tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün maraqlı şəxsin sub-uçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Həmçinin, sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan ərizəçinin hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmayacaq yaxud xeyli dərəcədə çətinləşəcək. Beləliklə, qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia tələbinin birinci hissəsi təmin edilməli və cavabdehlər tərəfindən “X11 LTD” MMC-nin ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması və sub-hesabının aparılmasına qoyulmuş məhdudiyyətlər aradan qaldırılmalıdır. İddia tələbinin ikinci hissəsinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X11 LTD” MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü şəkər (qənd) və un məmulatlarının istehsalı və satışı ilə əlaqədardır. 2020-ci ilin fevral ayında “X11 LTD” MMC digər vergi ödəyiciləri olan "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC" kimi şirkətlər ilə alış veriş əməliyyatı həyata keçirmişdir. Belə ki, "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “kran icarəsi, qovşaq qutusu, qızdırıcı naqil və s.” ibarət olmasına baxmayaraq, ondan dəyəri 166.667 manat olan “şəkər tozu, peçenye” almış, "xxxx" MMC vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “kreslo, divan, stol dəsti, televizor, soyuducu, yataq” satışı olmasına baxmayaraq, ondan dəyəri 95.833 manat olan “şəkər tozu,peçenye,vafli,kraker” almış, "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növü “napor, asfalt, katinka, naqil, boru, qaynaq çubuğu və s.” satışı olmasına baxmayaraq, ondan dəyəri 72.778 manat olan “şəkər tozu” almış və "xxxx" MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növünün “film çəkilişi üçün lisenziya xidmətləri” göstərilməsindən ibarət olmasına baxmayaraq, ondan dəyəri 40.000 manat olan “qənd,vafli,peçenye” almışdır. Buna görədə vergi orqanı “X11 LTD” MMC-ni riskli ödəyicilərin siyahısına daxil etmiş və `onunla əməliyyat aparan hər bir vergi ödəyicisi qarşısında “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs!” qrafası əks olunur. Vergi orqanı elədiyi əməliyyatı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun həyata keçirildiyini bildirir. Belə ki, Həmin Məcəllənin 13.2.82-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab edilir. “X11 LTD” MMC-ti buna etiraz edərək, bildirirki, onunla əməliyyat aparan digər vergi ödəyicilərinin qarşısında “riskli vergi ödəyicisi” qrafasının əks olunması onun işgüzar nüfuzuna xələl gətirir. Belə ki, “X11 LTD” MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliiyət növü şəkər tozu və un məmulatlarının istehsalı və satışından ibarətdir və o, qeyd olunan şirkətlərin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növünə aid olmayan fəaliyyətlə məşğul olmasına görə təqsirli ola bilməz. Ona görədə “X11 LTD” MMC onun adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə riskli vergi ödəyicisi barədə 13.2.82-ci maddə xx xxxxxx 2019-cu ildə əlavə edilmişdir. Qeyd olunan Məcəllənin 13.2.82-ci maddəsində müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab verən şəxsin riskli vergi ödəyicisi hesab edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa həmin maddədə şəxsin riskli vergi ödəyicisi hesab edilməsi üçün mütləq şəkildə müvafiq qərarın olması zəruri bilinmişdir. “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qeyd olunan Meyarlar iki hissəyə bölünməklə 1) riskli vergi ödəyiciləri və 2) riskli vergi əməliyyatları anlayışını özündə əks elətdirir. Hazırki mübahisə ilə bağlı Meyarlara nəzər saldıqda vergi orqanın Meyarların 2.1.2. və 3.1.1 bəndlərinə əsaslanması müəyyən olunur. Meyarların digər bəndlərinin “X11 LTD” MMC aidiyyatının olmaması müəyyən olunur. Qeyd olunan Meyarların 2.1.2,3.1.1-ci bəndlərinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edilməsi onun riskli vergi ödəyicisi olması, vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi həmin əməliyyatların riskli olması anlamına gəlir. Məhkəmə hesab edir ki, “X11 LTD” MMC-nin əmtəəsiz əməliyyatlar aparan şəxslərdən “şəkər və un məmulatlarının” alması onun riskli vergi ödəyicilərin siyahısına daxil edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, qeyd olunan meyarlar əmtəəsiz əməliyyatlar aparan şəxsin birbaşa özünə aid edilir. Hazır ki, mübahisə ilə bağlı "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC" və "xxxx" MMC vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növündən başqa digər fəaliyyət növü ilə məşğul olduğuna görə əmtəəsiz əməliyyatlar aparan şəxslər kimi həmin Meyarların təsiri altına düşə bilərlər. Lakin iş materillarına nəzər saldıqda “X11 LTD” MMC-nin vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növündən kənar fəaliyyətin həyata keçirilməsi müəyyən olunmadı. Belə ki, vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş siyahıdan məlum olmuşdur ki, “X11 LTD” MMC qeyd olunan şirkətlərdən şəkər tozu və un məmulatları almışdır. Nəzərə alınmaılıdır ki, Qanunvericilikdə qida məhsullarının pərakəndə alqı-satqısı zamanı alıcının satıcıdan mal aldığı zaman satıcının vergi uçotunda qeydiyyata alınan əsas fəaliyyət növünün müəyyən edilməsi vəzifəsin olması nəzərdə tutulmayıb. Qeyd olunan halların müəyyən edilməsi aidiyyatı qurumların səlahiyətlərinə aid edilmişdir. Ona görədə məhkəmə hesab edir ki, riskli ödəyicilər ilə mal alqı satqısının həyata keçirilməsi səbəbi ilə “X11 LTD” MMC-ni riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi yolverilməzdir. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə vergi orqanı tərəfindən qərar qəbul edilməlidir. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan qərarın müvcud olması öz təstiqini tapmadı. Bundan başqa oda nəzərə alınmalıdır ki, “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilməsinə baxmayaraq, vergi orqanı “X11 LTD” MMC adını riskli vergi ödəyicilərinin siyahısına 2020-ci ilin mart ayında daxil etmişdir. Riskli vergi əməliyyatların və ödəyicilərin meyarların nədən ibarət olması müəyyən olunmadığı tədqirdə “X11 LTD” MMC adını riskli vergi ödəyicilərinin siyahısına dail edilməsi qanunun tələblərinə uyğun deyil. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarların olması riskli vergi ödəyicisi anlayışının əsasını təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin ikinci hissəsidə təmin edilməloidir. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübütlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.1 maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “X11 LTD” MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “X11 LTD” MMC-nin ƏDV sub-uçot hesabında əməliyyatların aparılmasına (ƏDV məbləğinin sərbəst hərəkətinə və digər şəxslərin sub-uçot hesablarına ƏDV məbləğinin köçürülməsinə) qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması və cəmiyyətin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-219/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-219/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver