Məhkəmə qərarları › İş №2-1(118)-219/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-219/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-219/2022 01.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 (işləməyən, ünvan 1 ünvanında yaşayan ) Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 (işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsi, ev 1, mənzil 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair X1 adına verilımiş A N 314188 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən 0,10 ha sahəsinə dair X1 adına verilımiş A N 314188 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Novxanı qəsəbəsi, ərazisində yerləşən 0.10 ha sahəsinə dair cavabdeh X1 adına verilmiş A N 314188 saylı xx.xx.2018-cu il tarixli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi və üçüncü şəxs X1 adına Abşeron rayon XDS İcrayyə Komitəsinin 268 №li 28 noyabr 1991-ci il tarixdə verilmiş qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izah etdi ki, Qaradağ tikinti materialları kombinatı direktorunun təqdimatına əsasən 25 oktyabr 1991-ci il tarixdə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 240 № li qərarı ilə Novxanı sovxozu ərazisində 1381№li 0,10 ha torpaq sahəsi iddiaçıya bağ evinin tikilməsi üçün ayrılaraq Bağçılıq-yoldaşlıq birliyinin sədri T.Abdullayev tərəfindən bağ qonşusu Məmmədşərifov Zahidin iştirakı ilə tanıdılmışdır. Həmin gündən bu günə kimi adı çəkilən torpaq sahəsi bilavasitə iddiaçının istifadəsindədir. Ona məxsus torpağ sahəsinin hasara alınması məqsədilə 1991-ci ildə öz hesabına dörd yük avtomaşını daş aldırmaq istəyərkən bağ qonşusu Məmmədşərifov Zahidlə razılığa gəlmişlər ki, torpaq sahəsinin giriş hissəsi ümumi istifadələrində olsun, ona görə də, həmin torpaq sahəsinin üç tərəfini hasara aldırmış, yalnız giriş hissəsinə dəmir reşotka tipli qapı quraşdırmışdır. Həmin ərazidə əkmiş olduğu meyvə ağaclarının quruması səbəbi ilə, qamışlı, gölməçəli, eyni zamanda çuxurlu olduğundan 2014-cü il tarixdə 40 ədəd yük nəqliyyat vasitəsiylə torpaq gətizdirərək ərazini hamarlatdırmışdır. Bu günə kimi öz torpaq sahəsinə vaxtaşırı gedib baş çəkir. Qeyd olunanları bağ qonşuları təsdiqləyə bilər. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə aldırmaq üçün cavabdeh idarəyə müraciət etmişdir. xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən rəsmi məktubla imtina olunaraq, **********99 №li reystr nömrəsi ilə qeydə alınmış X1 adına çıxarış verilməsi bildirilmişdir. Abşeron rayon arxivinin rəsmi məktubla vermiş olduğu məlumatından görünür ki, X3 0,10 ha torpaq sahəsinin verilməsi barədə qərarın və torpağın nömrəsi iddiaçının adına torpaq sahəsinin ayrılması barədə XDS-in qərarın nömrəsi və torpaq sahəsinin nömrəsiylə fərqlidir. 0,10 ha torpaq sahəsinin verilməsi barədə qərar verildiyi və T.Abdullayev tərəfindən tanıdıldığı gündən otuz iki gün sonra cavabdehin adına başqa nömrəli qərar və başqa nömrəli torpaq sahəsi verilmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, X2 Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 268 nömrəli qərarı əsasında 13.11,2018-ci il tarixli, **********99 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28.11,1991-ci il tarixli, 268 nömrəli qərarı əsasında ayrılmış 0,10 ha torpaq sahəsindən X5 tərəfindən xx.xx.2018-ci il tarixli, 8İ-1320 nömrəli ərizə əsasında 0,01 ha hissəsindən imtina edilmişdir. Üçüncü şəxsin nümayəndəsi iddianl qəbul etməyərək izah etdi ki, iddiaçı X3 xx.xx.1991-ci il tarixdə Abşron rayon XDS İK-nin qərarı ilə ayrılmış torpaq sahəsinə iddia edir. Halbuki, iddiaçı ona ayrılmış torpaq sahəsinin harada yerləşməsini belə bilmir. Torpaq sahəsi ayrıldığı vaxtdan R.Nəsirovanın qanuni istifadəsindədir. Həmin torpaq sahəsinin Bağçılıq- yoldaşlıq birliyinin sədri T.Abdullayev tərəfindən İddiaçı bağ qonşusu Zahid Məmmədşərifovun iştirakı ilə göstərilməsi iddia olunmuşdur. Əgər torpaq sahəsi İddiaçı ayrıldıqdan sonra Bağçılıqyoldaşlıq birliyinin sədri T.Abdullayev tərəfindən bağ qonşusu Zahid Məmmədşərifovun iştirakı ilə tanıdılmışdırsa onda nəyə görə xx.xx.2019-cu il tarixdə məhkəmə iclası zamanı şahid qismində çıxış edən Zahid Məmmədşərifov ona ayrılan torpaq sahəsinin yanında boş torpaq sahəsinin olduğunu və əvvəllər Qaradağ tikinti materialları kombinatında birlikdə işlədiyi Yunsuradlı dostuna zeng vuraraq həmin torpaq sahəsini almaq niyyəti ilə onunla görüşdüyünü və birlikdə bağlar İdarəsinə gedərək həmin torpaq sahəsini aldıqlarını bildirmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş proses zamanı şahid qismində ifadə verən sabiq Bağçılıq -yoldaşlıq birliyinin sədri T. Abdullayev İddiaçı bir dəfə də olsun görmədiyini və vətəndaşa heç bir torpaq sahəsi göstərmədiyini bildirmişdir. İş materiallarında olan : - Abşeron XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli qərarından çıxarıdan görünür ki,Qaradağ tikinti materialları kombinatı direktorunun təqdimatı nəzərə alınaraq İddiaçı Novxanı sovxozu ərazisindən 0.10 ha torpaq sahəsinin (N1381) ayrılması qərara alınmışdır. - DƏDRX –nin 4 saylı Abşeron rayon Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd X1 xüsusi mülkiyyətində olan 0.09 ha torpaq sahəsi barəsindədir. -RX ******* seriyalı reyestrdən çıxarışdan görünür ki,Abşeron rayon Novxanı kədində 0.09 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. - Abşeron rayon Dövlət arxivinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Abşeron XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli 240 saylı qərarı ilə İddiaçı bağçılı-bostançılıq məqəsi ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 268 saylı qərarından çıxarışdan görünür ki, “Mahmud” kiçik müəssisəsi direktorunun xx.xx.1991-ci il tarixli 04 saylı məktubu nəzərə alınaraq X3 Novxan sovxozu ərazisindən 0.10 ha torpaq sahəsi ayrılmış (bağ N1648) və bağ evinin tiktinsinə icazə veilmişdir. - -Məhkəmənin sorğsuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron XDS İH-nin xx.xx.1991-ci il tarixli 240 saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. -Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X1 Novxanı kəndi A.Səhhət küçəsində mülkiyyətində 0.09 ha torpaq sahəsi mövcuddur.Vətəndaşa məxsus torpaq sahəsinin vergisi hər il ödənilmişdir 31 dekabr 2021 ci il tarixədək vergi borcu yoxdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin Abşeron rayon XDS İcrayyə Komitəsinin 268 №li 28 noyabr 1991-ci il tarixli qərarının ləğv olunması tələbinə dair hissəsi məhkəmənin ayrıca qərardadı ilə mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İşin hallarında görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 240 N0-li qərarı ilə İddiaçı Novaxnı sovxozu ərazisindən 0.10 ha 1381 saylı, xx.xx.1991-ci il tarixli 268 saylı qərarı ilə R.nəsirovaya 0.10 ha 1648 saylı torpaq sahəsi ayrılmışdlr. Hər iki qərarda torpaq sahəsdinin vətəndaşlara göstərilməsi müvafiq vəz\ifəli şəxs T.Abdullayevə həvalə edilmişdir. Qərarlardan göründüyü kimi torpaq sahələrinin sahəsi və yerləşdiyi ərazi eyni olsa da, onların nömrələri fərqlidir. Bununla yanaşı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Yeminova torpaq sahəsinin ayrılmasına dair qərarına ayrıc aktı və ya torpaq sahsinin plan sxemi əlavə edilməmişdir. Bu səbəbdən torpaq sahələrinin koordinatlarının üst-üstə düqşüb-düşməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti texnkik ekspertizasının təyin olunması da mümkün olmamışdır. R.Nəsriova qeydiyyat orqanına əvvəlcə müraciə ermiş və 1991-ci ildən istifadəsində olan torpaq sahəsinə hüququnun qeydə aldırmışdır. Əgər söhbət eyni torpaqdan gedirsə, onda iddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən isitfadə edir ki, bu da ağlabatan deyildir. Məhkəmə hesab edir ki, mübahiəsləndirilən plan və ölçü sənədi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun tərtib edildiyi və verildiyi üçün onun ləğv edilməsinə əsas mövcud deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, idida təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar