Məhkəmə qərarları › İş №2-1(118)-2191/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2191/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2191/2022 19.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı şikayət ərizəsinin aidiyyəti üzrə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin X3 qanunsuz hərəkətləri barədə şikayət ərizəsinin aidiyhyəti üzrə Azərbaycan Respublikasının Kiçik və X6 Agentliyinə göndərilməsinin qanunsuz və əsassız hesab edilməsi vəşikayət ərizəsinin adiyyəti üzrə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə verərək özünün əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan torpsaq sahələrinni suvarma suyu ilə bağlı təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Naziri, Dövlət Su Komissiyasının üzvü cənab Mikayıl Cabbarova “X3 qanunsuz hərəkətləri barədə” şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri X9 oölunun qanunsuz hərəkətlərinin araşdırılmasına göstəriş verilməsini xahiş etmişdir. Nazirlik şikayət ərziəsini Azərbaycan Respublikası Kiçik və X6 Agentliyinə göndərmişdir. Agentlik isə xx.xx.2022-ci il tarixli cavab məktubunda aidiyyəti üzrə müraciət edilməsini tövsiyyə etmişdir. beləliklə, cavabdan bəlli olur ki, şikayət ərizəsi adiyyəti üzrə göndərilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək idida tələbini müdafiə etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, torpaqların suvarma suyu ilə təmin olunması funksiyası İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə Nazirliyin tabeliyində fəaliyyət göstərən Kiçik və X6 Agentliyinə göndərilmişdir. Agentlikdən iddiaçınını nümayənfəi Yaşar Ağazadəyə ünvanlanmış cavabda bildirilmişdir ki, müraciətdə qeyd edilən məsələ ilə bağlı sahibkara kömək edilməsi məqsədilə ərazi üzrə KOB dostunun təşəbbüsü ilə torpaq sahəsinin yerləşdiyi Nəvahi kənd İcra Nümayəndəliyinin, X1 Birliyinin səlahiyyətli nümayəndələri ilə görüşü keçirilmiş, mövsümün quraq olduğu və vətəndaşlara suyun verilməsinin növbəlilik əsasında həyata keçirildiyi izah edilmiş və müraciəti aidiyyəti üzrə baxılması üçün xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilmişdir. Bununla bağı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddia tələbi İqtisadiyyat Nazilriyinə ünvanladığı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədrinin qanunsuz hərəkətlərindən etdiyi şikayət ərizəsinin Kiçik və X6 Agentliyinə göndərilməsinin qanunsuz hesab edilməsi və həmin şikayətin aidiyyəti üzrə həmin ASC-yə göndərilməsinin cavabdehə həvalə edilməsi barədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının şikayət ərizəsi iddiaçının sahibkar kimi qarşılaşdığı problemin həllinə kömək məqsədi ilə tabeliyindəki Kiçik və X6 Agentliyinə ünvanlamışdır. Daha sonra həmin şikayət ərizəsi Agentlik tərəfindən iddiaçının hazlrki iddiada tələb etdiyi kimi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə ünvanlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 yanvar tarixli 6 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Kiçik və X6 Agentliyi” publik hüquqi şəxsi “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kiçik və X6 Agentliyinin Nizamnaməsi”nin 3.1.36-cı yarımbəndinə əsasən sahibkarların rastlaşdıqları problmlərin həllinmdə kömək göstərmək və aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq sözügedən qurumun vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı subyektiv hüququnun pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünüİPM-in37-cimaddəsinəuyğunyoxlamalıdırlar. X7 əsasən hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır(4.2, 5.1, 5.2, 5.3-cü bəndlər) Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı şikayət ərizəsinin aidiyyəti üzrə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar